Kaş o dünyaya musiqiləri də apara biləydi - ANIM
9 aprel 2011
10:38
LAYİHƏ: Bizi tərk edənlər:
Bu layihədə yaxın keçmişdə vəfat etmiş görkəmli mədəniyyət adamları haqqında xatirələr yer alacaq.
9 aprel Hüseynağa Atakişiyevin xatirə günüdür. Yaxınları onu kulis.az-da xatırlayırlar.
Heç vaxt müəllim işləməyib, amma “müəllim” adını qazanıb. Yetirmələri haqqında «müəllim ”- deyə sevgi və ağrı ilə söhbət açırlar.
“Aktyor evinin” birinci mərtəbəsi, qapısı da arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir-birinin ardınca tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə aktyor aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində o aləmə dramaturq kimi daxil oldular.
Qısa ömründə yalnız öz işi ilə məşğul oldu və yetirmələrinə də bunu tövsiyə etdi. Hazırladığı tamaşalar bəlkə bu gün Azərbaycan teatr tarixinin bir küncünə belə yazılmayıb, amma teatr mədəniyyətinə yetişdirib bəxş etdiyi sənətkarlar nəsli hələ uzun illər fəaliyyət göstərəcək, sonra da yetirmələrinin yetirmələri yetişəcək. Hüseynağa Atakişiyev – deyiləndə hələ uzun illər onların gözləri dolacaq, hələ uzun illər “0, bir başqa kişi idi” deyəcəklər.
İlk məsuliyyət
Hüseynağa Atakişiyev 1949-cu ilin sentyabrında Bakıda, Çəmbərəkənddə kasıb bir ailədə dünyaya gəlmişdi. Atası sürücü, anası evdar qadın idi. Üç uşaq-bir qız, iki oğlan uşağından ibarət bu ailə xudmani dolanırdı. Ata axşam işdə gəlir, ailə süfrə arxasına yığışır Allah verəndən yeyib-içib bir-biriləri ilə söhbətləşir, şad-xürrəm yaşayırdılar. Ana dünyasını dəyişincəyə qədər.
Ananın gənc yaşında həyatdan köçməsi balaca tifillərin də, bu ailənin də tifağını dağıtdı. Tezliklə ata yenidən ailə qurdu. Uşaqların yükü onlardan bir az böyük, cəmi 12 yaşında Hüseynağanın boynuna düşdü.
Bacısı Elmira Atakişiyeva danışır, daha doğrusu göz yaşlarına boğulduğundan danışa bilmir. Qırıq-qırıq söylədiklərindən anlaşılır ki, onların dərsləri ilə maraqlanmaqdan tutmuş, əyin-başlarına, yemək-içməklərinə qədər Hüseynağa qayğı göstərir. Həm işləyir, həm oxuyur, həm də bacı - qardaşının qayğısına qalır.
Teatrda işə işıqçılıqdan başlayır
12 yaşında uşaq iş axtarmaqdan haldan düşüb, arzusuna rəğmən bəlkə teatrda bir iş tapılar-deyə ora baş vurur. Əslində bu binaya ali təhsilli aktyor kimi işləməyə gəlmək ən böyük arzusudur. Onun əsil teatr adamı olduğunu işə götürən şəxs də başa düşür: “Gəl, bizim işıqçıya ehtiyacımız var-deyir hələlik ondan başla, ardınca təhsil də alarsan, baxarıq”.
Bu minvalla teatr aləminə işıqçı kimi daxil olur. İllər keçir balaca Hüseynağa böyüdükcə teatrın bütün işlərində bir-bir işləyir, hamısının da sirlərinə yiyələnib ustalaşır. 1975-ci il gəlib çıxır, Hüseynağa bir gün teatra aktyor kimi daxil olur, Şəki Dövlət Teatrına. Çox keçmir ki, həmin teatra həm də baş rejissor olur.
Şəki Teatrı
Bu teatr artıq Hüseynağa Atakişiyev adlı bir sənətkarın varlığını ortaya qoyur. 1975-85-ci illərdə əvvəlcə rejissor, sonra baş rejissor olduğu truppa ilə Azərbaycan və dünya dramaturgiyasının şah əsərlərini tamaşaya qoyur. Şəki Teatrı ölkədən kənarlara çıxır, qastrollarda uğurlu tamaşalar göstərir. 1974-cü ildə 9 tamaşa ilə Moskvada qastrolda olması isə teatr tarixinin qırmızı səhifələrindəndir.
Bu uğurlara görə həmin il əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Sonra da onu Milli Dram Teatrına baş rejissor dəvət edirlər. Gəlir, amma Şəkidə qazandığı uğurlar nədənsə bu teatrda onu izləmir. Çox keçmir ki, “Gənclər teatr”ını yaradır.
““Kaş bu dünyadan köçəndə tamaşalarımın musiqilərini özümlə apara biləydim
Ayşad Məmmədov: (“Gənclər” teatrının aktyoru, indi Milli Dram Teatrında çalışır.) ““Kaş bu dünyadan köçəndə tamaşalarımın musiqilərini özümlə apara biləydim ”. Bir dəfə bu sözü mənim yanımda demişdi, hər an fikrimdə dolanır, yaman tutub o söz məni. İlk sənət addımlarımı onun yanında, onun özülünü qoyduğu teatrda o əllərimdən tutmaqla atmağa başlamışam. 3-cü kursda oxuyurdum, gəldim yanına ki, sizinlə işləmək istəyirəm, dedi gəl. Mənə ilk dəfədən “Romeo və Cülyetta ”da Romeo polunu verdi. Mənə, bizə onun yetirmələrinə onsuz çox çətindir. Hüseynağa müəllim bizə səhnədən tamaşaçı ilə canlı tellərlə bağlanmağı öyrətmişdi, onun ruhu ilə yetişmişik. İndi harda işləməyimdən asılı olmayaraq çox çətindir.”
“Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir”.
Qurban İsmayılov: (“Gənclər” Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışır) “17 il onunla bir yerdə işləmişəm, nə dostluğumuz olub, nə qardaşlığımız. İş vaxtı bədii rəhbərim olub, düşəndə bir məclisdə yeyib-içmişik. Əvvəl başqa teatrda çalışırdım, amma “Qətl günü” tamaşasına baxanda dostlara demişdim ki, çox istəyərdim bu, yəni “Gənclər Teatrının aktyorları ilə işləyim. Dostlar da Abbas Qəhrəmanov, Ayşad Məmmədov Hüseynağa müəllimə demişdilər, razı olmamışdı, çünki məni heç tanımırdı. Sonra elə oldu ki, premyeraya üç gün qalmış teatrdan gedən bir aktyorun yerinə məşqlərə çağırdılar. İlk tamaşadan sonra Hüseynağa Atakişiyev dedi sənədlərini götür gəl. Mənə həmişə baş rollar etibar edib. Başqa düşüncənin yiyəsi idi, məsələn, “Hamlet”də Hamlet obrazına hamı elə bilirdi ki, Ayşada verəcək, amma gözlənilmədən mənə verdi. Dedi ki, Hamlet indiki zamanda romantik olmaz, bir az kobud, hadisələrə real baxan biri olmalıdır.
Əməli ilə sözü eyni olan, sözü bütöv, danışmaqdan çox iş görən bir insan kimi yadımda qalıb, sevmişəm onu. İndiyə qədər həyatımda, sənətimdə yeri görünür, çox çətindir onsuz. İnanın iki-üç dəfə məni baş teatra dəvət etdilər, getmədim. Gənclər teatrının yerləşdiyi o çətin şəraitə baxmayaraq onunla işləmək zövqün başqa heç bir şeylə əvəz etmək olmazdı. İlin cəmi 4 ayını tamaşa göstərirdik, soyuq ayları geyinib-qıfıllanıb məşq elətdirərdi bizə ki, formadan düşməyək. Hamımızın üstündə əməyi var, hamı da bunu bilir və qiymətləndirir.
“Çoxdan heç nəyə təəccüblənmirdi ”
Dramaturq Əli Əmirli: “Meydan” adlı əsərimin ilk tamaşasından sonra Gənclər teatrı ilə mənim uzun çəkən əməkdaşlığım başladı: Hüseynağa müəllim on beş ilin içində daha yeddi pyesimi səhnələşdirdi. Bir qayda olaraq mən pyesi verirdim, bir neçə gündən sonra o mənə premyeranın nə vaxt olacağını deyirdi, heç vaxt da sözü yalan çıxmırdı. Pyeslərim haqqında yenə də fikir demirdi, ancaq qəzetlərə müsahibələr verəndə qiymətləndirdiyi iki-üç dramaturqun adını çəkirdisə, onlardan biri mütləq mənim imzam olurdu. Hüseynağa müəllim öz qiymətini çox yaxşı bilən təvazökar insan idi. Çox da qürurlu idi, amma onu həmişə gizlətməyə, göstərməməyə çalışırdı. Ömrünün axır illərində hiss olunurdu ki, onu çox şey sıxır, çox şey darıxdırır, amma on beş ildən çox davam edən tanışlığımız, dostluğumuz , işbirliyimiz müddətində onun nə şikayətləndiyini, nə gileyləndiyini gördüm. O çox mərd insan idi, gözü tox, təmənna sözü ona yad idi.
Hüseynağa Atakişiyevlə tanış, dost olduğum on beş ildə hər həftə onunla Aktyor evindəki qapısı hamının üzünə açıq iş otağında görüşürdüm, daha doğrusu mən onu görməyə gəlirdim, işim olanda da, olmayanda da, əslində bu bir mənəvi ehtiyac idi. O özü heç yerə, heç kimin görüşünə getməzdi, onu görmək istəyənlər və ya getməyə başqa yeri olmayanlar da gəlirdi bu hücrəyə. Hamıya xoş üz göstərirdi. Əslində bu iş otağı onun əsas evi, mənziliydi, səhər gəlib axşamdan neçə saat keçənəcən burda olurdu.
Teatr haqqında az danışardı, teatra gələn pyesləri müzakirə etməz, özündən söz salmaz, uzun söhbətləri xoşlamazdı, hərdən əhvalının yaxşı məqamlarında Şəki xatirələrindən əhvalatlar, məzəli hadisələri yada salardı. Həyatdan yorulmuş adam təsiri bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi.
Şəkidəki uğurlarına görə Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdü, davamı çoxdan olmalıydı, olmamışdı. Üzə vurmazdı, amma içində sıxıntı (bəlkə də pərtlik) çəkdiyi hiss olunurdu, axı gözü-könlü nə qədər tox olsa da, o da bu mühitin əhatəsində idi. İçində haqlı sualların baş qaldırması təbii idi.
Amma şikayətlənməyi, istəməyi, qəbullara getməyi bacarmırdı. Heç çoxdan onu incidən xəstəliyindən də danışmağı sevməzdi, yüz altmış, yüz səksən qan təzyiqi ilə işə gəlirdi, elə bil məqsədli şəkildə ölümünə doğru gedirdi, onun gəlişini sürətləndirirdi. Ətrafında olanlar da bunu görürdü, amma o məsləhəti, illah da öyüd-nəsihəti heç sevmirdi.
Üzeyir Hacıbəyov rolunda - Anarın “Uzun ömrün akkordları” filmində görüb yadda saxlamışdılar. Onu tanıyanların və sevənlərin xatirində Hüseynağa Atakişiyev elə o işıqlı, xeyirxah, mehriban, məlahətli təbəssümü ilə qalır.”
Ömrü boyu katibəsi olmadı, qapısının üstündə bədii rəhbər yazdırmadı
Sərvər Əliyev: (“Gənclər” Teatrının aktyoru, indi Gənc Tamaşaçılar Teatrında çalışır) “Qara qutu” tamaşasının birinci hissəsini tam hazırlamışdı. Bu onun yaradıcılığında ilk dəfə təsadüf olunan bir hal idi, əsasən o tamaşanın skeletini hazırlayırdı, sonra ona can verirdi. Bu dəfə isə martın 28-i idi, dedi ki, 1-ci hissə hazırdır, uşaqlar bir az istirahət etsinlər, sonra ikinci hissəni qurarıq. Məşqdən sonra yemək yeməyə hazırlaşırdıq, dedi ki, göyərti al gətir, o, yazqabağı göyərti ilə atlamanı xoşlayardı. Göyərtini doğramağım xoşuna gəlmədi, aldı əlimdən başladı özü doğramağa.
Birdən elə bıçaq əlində dedi əlim işləmir, oturdu stula, dedim o biri əlini qaldır görüm, cəhd etdi o əli də qalxmadı. Həsən müəllimə dedim ki, təcili yardım çağır, müəllim dedi lazım deyil, biz yenə çağırdıq. Apardılar, Həsən müəllim onunla getdi, mən aktyorlarla Gənc Tamaşaçılar Teatrına, oranın səhnəsini icarəyə götürüb Əli Əmirlinin “Kişi və qadın” əsərinin tamaşasını oynayırdıq. Onu çatan kimi reanimasiyaya aparmışdılar. Tamaşanı oynadıq, Nəsibə xanım (sonuncu həyat yoldaşı) səhnədə olmalı idi və tamaşanı bitirincəyə qədər ona bildirmədik.
Çox böyük şəxsiyyət idi, ömrü boyu yalnız başını aşağı salıb işi, sevdiyi sənəti ilə məşğul oldu. Bizə deyirdi ki, siyasətimiz sənətimizdir, başını aşağı sal işini gör, hər şey yaxşı olacaq. Adama böyük ümidlər verərdi, amma gəlişi gözəl sözlər, vədlər verməyi xoşlamazdı.
Bir əsəri tamaşaya qoymazdan əvvəl kollektivlə uzun müzakirələr edərdi, hamı həmin mövzunu artıq həzm edəndə məşqlərə başlayardı, qalırdı sadəcə mizan vermək. Gözəl insan idi, hamının kədərinə öz kədəri kimi baxardı. Bir dəfə Həsən müəllim danışdı ki, bir həmyerlisi ilə rastlaşıb, kişi ona danışıb ki, oğlugilə gedib, gəlin qapını ona açmayıb. Müəllimin gözləri doldu, həmin adamı tapdırıb onu dinlədi, dərdinə şərik oldu. Sonra da o mövzuda “Axırı sakitlikdir” adlı bir tamaşa qoydu ortaya, ssenarisini də Elçin Hüseynbəyliyə həvalə etmişdi.
27 mart teatrımızın 18 yaşı tamam olurdu, ona çox təntənəli hazırlıq gördü, elə bil hiss etmişdi. Elə bil özünə vida mərasimi keçirdi. Ayşad iştirak etmədi, dedi yorulmuşam, ona da zəng elədi ki, niyə burda yoxsan. İnsanlığı sənətindən də yüksək idi, hamıya yaxşılıq edirdi.
Onun otağının qapısına nə direktor, nə bədii rəhbər yazılmadı. Ömrü boyu katibəsi olmadı, qapısı hamının, onu deyib gələnləri üzünə açıq idi, dərdlərin paylaşanların otağı idi. Bir dəfə bir nəfər gəldi ki, bir sinifdə oxumuşuq, müəllim onu dinlədi, maddi kömək göstərdi, o, gedəndən sonra dedi ki, tanımıram, sinif yoldaşım-filan deyil, insandır də”.
Kəlbətinli rejissor
Bir dəfə hansısa tamaşasının premyerası idi, teatrın binasında xətlərdə nasazlıq ucundan işıqlar sönmüşdü. Hamı düşünürdü ki, premyeranın taleyi necə olacaq. Tamaşanın başlanmasına sanılı dəqiqələr qalmış işıqlar yandı, bir də gördüm ki, Hüseynağa Atakişiyev əlində kəlbətin foyedən keçir, xətti bərpa edib, indi də tamaşanı başlamaq üçün pərdə arxasına keçir. Məni görüb gülümsündü: “Həmişə də sən gələndə fövqəladə hal baş verir”. Belə deyildi o binada elə vəziyyətlər çox olurdu, o zülümlə üstəlik də icarə haqqı ödəyib teatrı yaşadırdı.
Tez-tez yolumuz bir düşərdi, “Xalqlar dostluğu” metro stansiyasından “Sahil” metrosuna qədər bir yerdə gələrdik. Maraqlı söhbətləri vardı, ömrü boyu kasıbçılıqla yaşayan bu insanda çox böyük daxili zənginlik vardı.
Qoyduğu “Hamlet” tamaşasını tənqid etmişdim, ətrafından mənə mesajlar gəldi, düşündüm ki, yəqin Hüseynağa müəllim bir daha üzümə baxmaz. Bir gün yenə yeni tamaşasına getdim. Həmişə olduğu kimi gülərüzlə qarşıladı məni, üstəlik sağ ol ki, bizi diqqətdən kənarda qoymursan-dedi.
Üç dəfə ailə qurub, üçü də...
Nə bilək, uğurlu, ya uğursuz, yalnız özü bilib. Bu adamı üç dəfə evlənməyə nə vadar etdi, bilən olmadı, o sirr onunla qəbir evinə getdi. 2006-ci ilin aprelin 9-da həyatından artıq sevdiyi-teatrdan-həyatdan köçdü. Çox az sənətkarlardandır ki, ətrafındakı hər kəsin həyatında yeri görünür.
Ramilə Qurbanlı

2663 dəfə oxunub
Oxşar xəbərlər
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib
10:38
11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik
09:15
11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı
10:12
10 dekabr 2024
“Boni” filminin təqdimatı keçirildi
18:40
9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq
09:15
5 dekabr 2024