Hamı yalana inanırdı. Gerçək heç kimə lazım deyildi. Xüsusilə də mənim gerçəklərim.
Gerçəyimi xilas etmək üçün Haqqa and içirdim əvvəllər. Amma kimsə inanmırdı. Sonra başladım yalan danışmağa. And içməyə ehtiyac qalmadı. Hamı inanırdı yalanlarıma.
Beləcə hamını aldadaraq yaşamağa başladım. Bütöv bir ömrün ən azı yarısından çoxunu. Adamlar məni məcbur etdilər əslində belə yaşamağa...
Bir gün bütün yalanlarımın üstü açıldı. Hamı məni atdı. Hamı. Bircə məni sevdiyinə inanmadığım o qızcığazdan başqa. Onu tapdığıma görə bütün yalanlarıma borcluyam. Sonralar yalana and içməyə başladım buna görə...
Bir axşam bomjlar olan parka gəldi, əlimdən tutdu, apardı məni qaldığı tələbə yataqxanasına və...
Və mən onu heç vaxt aldatmadım...