Deyəsən, o sənsən...

Deyəsən, o sənsən...
31 oktyabr 2012
# 00:10

İçində yığılan ağırlığı hərdən harasa qoyub nəfəsini dərmək olmur.

Onun bir qismini arada bir mütləq gərək kiməsə verəsən saxlamağa ki, davam edə biləsən.

Amma kimə?....

Bəlkə də nə vaxtsa FB-dən və telefondan kənar imkanımız olacaq xeyli dərdləşməyə...

Onda bəlkə heç kimə demədiklərin bir qismini sənə danışacam.

Başqalarından bir az artıq tanıyacaqsan məni...

Hərdən danışmağa ehtiyacım olur heç vaxt danışmayacağım şeyləri.

Sakitcə oturub danışmaq və danışmaq.

Arada durub gəzinmək, gəzinmək, sonra yenə oturub diz-dizə şərab içmək və danışmaq, danışmaq.

Bunu məndən gözləyənlər də var açığı.

Bəziləri gecələrin birində danışmaq üçün məhz onların qapısını döyəcəyimi düşünürlər.

Yarıda başımı dizinin üstünə qoyacağıma ümid etdiyini söyləyən də var.

Amma mən kimisə seçməliyəm bu söhbət üçün.

Və Sən ona çox oxşayırsan...

# 4005 dəfə oxunub

Müəllifin son yazıları

# # #