Ayaz Mütəllibov: "55 yaşımda həyata sıfırdan başlamalı idim"

Ayaz Mütəllibov: "55 yaşımda həyata sıfırdan başlamalı idim"
15 fevral 2013
# 08:30

Kulis.Az yeni və fərqli bir layihəyə başlayır. "Mən də yaşamışam"da tanınmış ictimai-siyasi xadimlər, incəsənət adamları, idmançılar həyatdan öyrəndikləri haqda danışıb təcrübələrini bölüşəcəklər. Layihənin ilk qonağı Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovdur.

Ayaz Mütəllibov - Azərbaycan Respublikasının birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi. 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Soyuducular Zavodunda işə düzəlib və 26 yaşında zavodunun müdiri təyin olunub.

1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri vəzifəsinə keçib. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə respublikanın yerli sənaye naziri, 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin mayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın prezidenti seçilib. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

# 8966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #