Fikrət Qoca Şərif Ağayardan danışdı

Fikrət Qoca Şərif Ağayardan danışdı
4 iyun 2013
# 15:43

Fikrət Qoca Şərif Ağayarın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Kulis.Az-a açıqlama verən xalq şairi Ş. Ağayarın onu təhqir etdiyini söylədi: “Tərbiyəsi olan, özünü yazıçı hesab edən adam bu qədər yalan danışmaz. Oğlum 8 ildir işləmir. Üstəlik, onun kitabları çıxıb, 1995-ci ildən Yazıçılar Birliyinin üzvüdür. 6 nəfərlə 30 kvadrat metr evdə yaşayır. Oğlum vəziyyətini yaxşılaşdırmaq üçün növbəyə durub. Şərif Ağayar deyir ki, Fikrət Qoca Yazıçılar Birliyinin obyektlərini satıb. Yazıçılar Birliyinin obyektləri var? Məhkəməyə müraciət etsəm nə cavab verəcək? Atası yerində kişiyəm, danışan zaman bir fikirləşsin ki, nə danışır”.

Sonda F. Qoca Ş. Ağayarın ona görə Yazıçılar Birliyindən çıxarılmasına təəssüfləndiyini söylədi.

# 3623 dəfə oxunub

Müəllifin son yazıları

# # #