Elçin Alim Qasımovun yaratdığı qalmaqaldan danışdı

Elçin Alim Qasımovun yaratdığı qalmaqaldan danışdı
1 aprel 2014
# 11:09

“Qatil” tamaşasının müəllifi Elçin muğam ifaçısı Alim Qasımovun “Qatil” tamaşasındakı yataq səhnələrinə etiraz etməsinə münasibət bildirdi.

Kulis.Az-a danışan Xalq yazıçısı sənətə bu cür münasibətin yolverilməz olduğunu söylədi: “Hər bir rejissorun dünyaya baxışı, sənətə münasibəti, bədii yozumu var. Dözüm göstərib tamaşanı sona qədər izləmək və bundan sonra fikir söyləmək lazımdır. İstər xalq artisti olsun, istərsə də adi tamaşaçı, kiminsə tamaşanı yarımçıq tərk etməsi düşünürəm ki, yaxşı hal deyil”.

# 4897 dəfə oxunub

Müəllifin son yazıları

# # #