Onlar yastıqsız sevişirlər ÇƏKİLİŞ MEYDANI

Onlar yastıqsız sevişirlər ÇƏKİLİŞ MEYDANI
26 sentyabr 2012
# 04:00

2009-cu ildə “Dəccal” (Antichrist) filmiylə qalmaqal yaradan rejissor Lars von Trier polemikalara səbəb olacaq yeni filmin çəkilişlərinə başlayıb. 50 yaşlı qadının cinsi həyatından bəhs edən “Nimfomaniya” (The Nymphomaniac) filmində real sevişmə səhnələri olacaq.

“Nimfomaniya” filmi “dəhşətli” (hardcore) və “yüngül” (softcore) olaraq iki ayrı versiyada lentə alınacaq. Bu filmdə baş rolda çəkiləcək aktrisanın adı da açıqlanıb. Staki Martin böyük kinoda ilk imtahanını verəcək.

Staki Martin modeldir, daha əvvəl aktyor Benedikt Samuel ilə birgə verdiyi poza ilə diqqət mərkəzinə düşüb.

Ən maraqlısı isə odur ki, “Nimfomaniya” filmində çəkilən Şarlotta Qinsburqun anası Ceyn Birkin və atası Serge bu pozanı illər öncə veriblər. Əslində “Nimfomaniya” bu mövzuda çəkilmiş ilk film deyil.

Müxtəlif dövrlərdə aktyor və aktrisaların gerçəkdən sevişdiyi səhnələrin yer aldığı filmlər çəkilib. Ancaq bunlar pornoqrafik filmlər kateqoriyasına daxil edilməyib. Amma ümumilikdə, aktyor və aktrisalar sevişmək tələb edildikdə aralarına yastıq qoyur, kameranı müxtəlif cür qurur, dublyor oynadırdılar.

Rejissorlar - Maykl Vinterbottom, Naqisa Oşima, Lars von Trier filmlərində sevişmə səhnələrindən istifadə ediblər. Belə filmlər prestijli festivallarda nümayiş olunanda bəzi tamaşaçılar tərəfindən fitə basılıb, ancaq bu filmlərə yüksək diqqət də göstərilib.

1990 və 2000-ci illərdə çəkilmiş, real sevişmə səhnələri olan və müzakirələrə səbəb olmuş filmlərin siyahısını təqdim edirik.

“Dəccal”

Lars von Trierin 2009-cu ildə çəkdiyi “Dəccal” (Antichrist) filmi zorakılıq və sevişmə səhnələrinə görə müzakirəyə səbəb olmuşdu.

Film övladı ölən ailə haqqındadır. Film seks səhnəsi ilə başlayır. Sevişmə səhnələrində Şarlotta Qinsburqla Villem Dafonun əvəzinə onların dublyorları çəkilib.

Trier etiraf edib ki, bu filmin çəkilişi zamanı depressiyaya düşüb. Şarlotta Qinsburq filmdə oynadığı rola görə “Kann” Film Festivalında ən yaxşı qadın aktrisa mükafatını qazanıb. Bu, iki il öncə olub.

“Axmaqlar”

Trierin 1998-ci ildə çəkdiyi “Axmaqlar” (İdioterne) filmi normal insanların arasında zehni cəhətdən qüsurlu birisi kimi davranaraq, cəmiyyətin qəbul etdiyi dəyərlərə qarşı çıxan bir qrup insanın həyatından bəhs edir. Bu filmdə qrup seks səhnələrinin həqiqi olduğu iddia edilir.

“9 musiqi”

Böyük Britaniyalı Maykl Vinterbottomun rejissoru olduğu “9 musiqi” (9 Songs) filmi erotik səhnələrin çoxluğuna görə uzun müddət müzakirələrə səbəb olub. “9 musiqi” kinoşünaslar və tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb.

“Qəhvəyi dovşan” (“The Brown Bunny”)

Vinsent Qallonun çəkdiyi, özünün də oynadığı bu film sevgilisini itirən, Bud Klayın faciəvi həyatı haqqındadır.

Bud motosiklet sürəndir, film Nyu-Hempşirdə beş gün davam edən, onun da iştirak etdiyi yarışdan görüntülərlə başlayır.

Növbəti yarış isə Kaliforniyadadır. Bud ABŞ-a səyahət edəndə ayrıldığı sevgilisini xatırlayır. Unutmağa cəhd edir, ancaq alınmır. Başqasına aşiq ola bilmir.

V. Qallonun 2003-cü ildə çəkilmiş bu filmi “Kann” Film Festivalında göstərilib və filmə münasibət heç də yaxşı olmayıb. Qallo verdiyi açıqlamalardan birində belə bir film çəkdiyi üçün üzr istəyib.

“Bağla məni”

“Bağla məni” (Baise moi) filmində keçmiş fahişənin və təcavüzə məruz qalmış iki qadının intiqam hisslərindən danışılır.

Filmdəki erotik səhnələrə görə film Fransada uzun müddət qadağan olunub. Filmin rejissoru fransalı Virginye Despentesdir.

“Məhrəmlik”

“Məhrəmiyyət” (“İntimacy”) filmi Hənif Qureyşinin əsəri əsasında fransalı rejissor Patrik Şerau tərəfindən ekranlaşdırılıb. Filmdə bir-birini düzgün tanımayan, sadəcə fiziki ehtiyacları üçün çərşənbə günləri görüşən Klair və Jay haqqındadır.

Filmdə baş rolu oynayan aktrisa Kerri Foksun o vaxtkı sevgilisi “Məhrəmiyyət” filmində həqiqi sevişmə səhnələri olması barədə deyilənləri yalan adlandırıb. Fransalı rejissor Patrik Şeraunun ən məşhur filmlərindən biri də “Kraliça Mareqot”dur.

“Duyğu imperiyası”

Yaponiyali rejissor Naqisa Oşimanın ərsəyə gətirdiyi “Duyğu imperiyası” filmi real hadisələr əsasında çəkilib.

Film bir-birini sevən gənc oğlanla evli qadın haqqındadır. 80 yaşlı Oşima, Yaponiya kinosunda “Yeni dalğa axını”nın yaradıcısı hesab olunur. Başqa bir yaponiyalı rejissor Takeşi Kitono da Oşimadan təsirlənib.

“Kaliqula”

İtaliyalı rejissor Tinto Brass 1979-cu ildə çəkdiyi “Kaliqula” filmi Qədim Romanın pornoqrafik həyat tərzi barəsindədir.

Qora Vidalın ssenari müəllifi olduğu filmdə Malkolm Makdovell, Con Qielqud, Piter Otoole və Helen Mirren kimi tanınmış aktyorlar çəkilib. Tinto Brass əsasən erotik filmləriylə tanınır.

“Spetters”

“Spetters” filmi Hollivuda köçən hollandiyalı rejissor Pol Verhovenin əməyinin məhsuludur. Filmdə yetkinlik dövründəki problemlər ekranlaşdırılıb. Verhoven, Hollivudda çəkdiyi “Qara kitab” filmiylə də tanınıb.

“Zəhərli gözəllik”

İtaliyalı rejissor Marko Belloçionun Raymond Radiqutinin romanı əsasında lentə aldığı “Zəhərli gözəllik” (Devil in tehe Flesh) filmində ailəsini dəhşətli yanğında itirən gənc qızın həyatından söhbət açılır. Maruska Detmers filmdə oynadığı rolla uzun müddət yaddaşlardan silinmədi. 73 yaşlı Belloçio, 29-cu Beynəlxalq İstanbul Film Festivalının “Uğur mükafatı”na layiq görülüb.

“Pola X”

“Pola X” filminin rejissoru fransalı Leo Karaxdır. L. Karax filmi Herman Melvilin əsəri əsasında çəkib. “Pola X” Normandiyadakı qalada anası Mari ilə birlikdə yaşayan Oiyerrenin həyatı haqqındadır. Karaxın ən məşhur filmlərindən biri “Körpüüstü eşqlər” filmidir. Baş rollarda Culiyetta Binoke və Denis Lavant çəkilib.

“Romans”

Qalmaqallı rejissorlardan biri Ketrin Breyllatın müəllifi olduğu “Romans” filmi, həyat yoldaşı ilə birgə yaşaya bilməyən məktəb müəlliminin həyatı ekranlaşdırılıb.

Mariya gözəldir qadındır. Həyat yoldaşını da çox sevir. Ancaq əri onunla birlikdə yaşamaq istəmir. Həyatında dəyişiklik etmək istəyən Mariya özünə yoldaş axtarmaq qərarı verir.

# 4815 dəfə oxunub

Müəllifin son yazıları

# # #