Aqşin Yenisey: “Ramiz Rövşən çürük kartofunu tərifləyən gədəbəyli kimi danışır”

Aqşin Yenisey: “Ramiz Rövşən çürük kartofunu tərifləyən gədəbəyli kimi danışır”
4 aprel 2013
# 16:48

Aqşin Yenisey Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi Ədəbiyyat müsabiqəsinin katibi Fərid Hüseynin açıqlamasına münasibət bildirib.

Kulis.Az-a açıqlama verən Aqşin Yenisey Ramiz Rövşənin ona səsverməməsini özü üçün faciə saymır: “Mənim nə hansısa Ramizin, nə hansısa Rövşənin səsinə ehtiyacım var, öz səsim özümə bəsdir. Ramiz Rövşənin dilindən hələ bir istedadlı gəncin adını eşitməmişəm. O, mənə görə, poeziya haqqında öz çürük kartoflarını tərifləyən gədəbəyli kimi danışır. Mən boynuma alıram, artıq “gənc və istedadlı” deyiləm, istedadsız və qocayam”.

Müsabiqəyə dostların təkidi ilə qatıldığını söyləyən A. Yenisey mükafatları ədəbi meyar hesab etmədiyini də söylədi: “İndiyə qədər heç bir müsabiqədə özümü daş-tərəziyə qoymamışam. İmtina etdiyim müsabiqədə iştirak edən bütün yazarlara birinci yer arzulamışam. Doğrudan da, hamısı birinci yerə çıxarıldı”.

# 4271 dəfə oxunub

Müəllifin son yazıları

# # #