“Böyük Azərbaycan şairi Şəhriyarın oğlu Hadi Behcətin bizimlə bağlı çuğulluq etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur”.
Bunu bir müddət İranda həbsdə saxlanılmış gənc şair Fərid Hüseyn bu gün keçirilən mətbuat konfransında söyləyib.
Fərid Hüseyn deyib ki, onları İrana dəvət edən Bəhram Sürgünün da heç bir günahı yoxdur. Sadəcə olaraq Bəhram Sürgün müxalif düşüncədə olan şəxsdir, bu səbəbdən onun İrana dəvət etdiyi şəxsləri nəzarətdə saxlayıblar. Bəhram Sürgünün özünə isə üç ay Təbrizdən kənara çıxmamaq qadağası qoyulub.
Bir müddət İranda həbsdə saxlanılmış başqa bir şair-Şəhriyar Hacızadə isə məlumat verib ki, məhkəmə onlar haqqında bir illik həbs cəzası çıxarıb. Qaydaya görə onlar cəzanın yarısını çəkdikdən sonra əfv edilə bilərmişlər.
Ancaq Azərbaycanla İranın apardığı danışıqların nəticəsi olaraq onlar daha tez azadlığa çıxıblar.
“Bizi heç kim satmayıb”
18 sentyabr 2012
14:44
2276 dəfə oxunub