Orda nə var, nə yox, şair? – Vaqif Səmədoğluna

Orda nə var, nə yox, şair? – <span style="color:red;">Vaqif Səmədoğluna
28 yanvar 2015
# 16:18

Kulis.az şairə Esmira Məhiqızının Vaqif Səmədoğluna həsr etdiyi şeiri təqdim edir

Gecələri bilirəm uşaqlığımdan,

nənəmin gizli dualarından tanıyıram...

göz yaşları ay işığına bulaşırdı...

ay işığına bulaşmış göz yaşlarıydı

nənəmin gizlin duaları...

Güllü yorğanımın altından

görürdüm nənəmin

ay işığı titrəyən dodaqlarını...

bir soru var...

Deyirəm, göydə küçələr varsa,

o küçələrin adları da var.

sən hansı küçədəsən, şair!

indi o küçələrin adını bilirsənmi...?

Xoşbəxtlik deyə... bir şey varmı.

bəlkə çaşıb qalmısan göyün gözəlliyində...

bəlkə biləsən...

Uzaqlar yaxındı, yoxsa... göylər...

yoxsa... uzaq, yaşıl adalar.

neçə addım olar burdan yoxluğuna.

oralarda... nə var, nə yox, şair!

# 1396 dəfə oxunub

Müəllifin son yazıları

# # #