Çılpaq olub ağaca çıxmaqdan xoşu gəlirdi

Çılpaq olub ağaca çıxmaqdan xoşu gəlirdi
27 aprel 2013
# 07:15

Qəribə xasiyyətlər, vərdişlər, batil inanclar, xurafat... Kimdə yoxdu ki? Təbii ki, bu kimi xüsusiyyətlər ədəbiyyat adamlarında da var. Qoqolun, Kantın, Çexovun, Bentamın və daha kimlərin.

Kulis.Az “Flavorwire” saytının qəribə vərdişləri olan yazarlar haqqında tərtib etdiyi araşdırmanı təqdim edir.

Nikolay Qoqol

Nikolay Qoqol operanı çox sevirdi. Burda təəccüblənəcək bir şey yoxdur. Amma ölümünün səksən illiyində Şostakoviçin onun bir hekayəsindən təsirlənərək yazdığı operanın premyerasından təxminən bir il sonra, yazarın məzarının yerini dəyişdirilməsi məqsədilə açan hökumət nümayəndələri belə bir mənzərə ilə qarşılaşdılar. Qoqol məzarında tərs çevrilmişdi. Ya musiqini eşitmişdi, ya da yazıçını diri ikən basdırmışdılar.

Anton Çexov

Nobokov kimi kəpənək ardınca qaçmaqmı, Flanneri O'Konnor kimi tovuzquşu saxlamaqmı, yoxsa Ted Hyuqs kimi arı toplamaqmı? Heç biri Çexovun misir manqustası ilə yarışa bilməzlər. Çexov bu heyvanı belə tərif edir: “Timsah və siçan qarışığı bir şey, hətta meymun və pələngi də daxil etmək olar.”

Bir il yarım heyvanı yanında gəzdirən yazar daha sonralar səyahətləri zamanı maneçilik törətdiyi üçün əvvəllər bir neçə dəfə tənqid etdiyi və “Heyvan qəbiristanlığı” adlandırdığı Moskva Zooloji Parkına verir. Bundan sonra misir manqustası ancaq iki il yaşaya bilir.

Devid Herbert Lourens (1885-1930) ingilis romançı

D. H. Lourens çılpaq vəziyyətdə tut ağaclarına dırmaşmağı sevirmiş. Təbii ki, bu məqsədlə niyə məhz tut ağacını seçdiyini bilmirik. Ümid edirik ki, Lourens Meksikada yaşadığı müddətdə kaktuslara çıxmağa çalışmamışdır.

İmmanuel Kant

İmmanuel Kant adyallara sarılmadıqca yuxuya gedə bilmirdi. Elə bu səbəblə də səhərlər onu yuxudan oyatmaq üçün bir köməkçi tutmuşdu. Köməkçisi hər səhər saat beşdə gəlir və sarıldığı adyalları üstündən açırdı. Bu vəziyyət köməkçinin içki aludəçisi olduğu üzə çıxana qədər davam edir.

Çarlz Dikkens

Çarlz Dikkensin iki qarğası, iki senbernar, iki nyufaunlend, bir spaniel cinsli iti, bir çoban iti, bir pişiyi, bir sarı bülbülü və bir dənə də ponisi var imiş. Belə çıxır ki, yazar heyvanları çox sevirmiş.

Ketrin Enn Porter (1890-1980) amerikan yazar, ictimai xadim

Ketrin Enn Porter 90 yaşında olanda rəngarəng bir Meksika tabutu alıb evin küncünə qoyur. Evinə qonaq gələndə içinə girib yaraşıb yaraşmadığını soruşurmuş. Ölümə qarşı bu cür münasibəti olan yazar ölümündən sonra bu tabutla dəfn olunmayıb. Bu tabut Meryland universitetinin kitabxanasında Ketrin Enn Porter otağında saxlanılır.

Bentam Yeremi (1478-1832) ingilis sosioloq

Filosof Bentam Yereminin vəsiyyəti belə idi: Öləndən sonra qara dəst kostyumlarından birini əyninə geyindirib, həmişə oturduğu stulda əyləşdirərək London Universitetində açıq bir yerdə nümayiş olunsun. Bəli, Bentam hələ də ordadı, başı sonradan düzəldilmiş olsa da.

# 3250 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #