Kulis.Az məşhur roman qəhrəmanlarının fikirlərini təqdim edir.
Antuan de Sent-Ekzürepi: “Balaca şahzadə”
“Böyüklər heç bir şeyi tək başlarına anlaya bilmirlər, doğrusu onlara dayanmadan açıqlamalar etmək uşaqlar üçün çox darıxdırıcı olur.”
Cerom Selincer: “Çovdarlıqda uçurmdan qoruyan”
“Bir çox insanın haqqında danışdığımız üçün üzgünəm. Bildiyim tək şey; sizə anlatdığım hər kəsdən ötrü bir az darıxıram. Əsla heç kəsə danışmayın. Sonra hər kəsdən ötrü darıxmağa başlyırsınız.”
Ceyn Ostin: “Qürur və Qərəz”
“Dünyada qəbul edilmiş bir həqiqətdir ki, ağlı-başı yerində olan hər bir subay kişinin mütləq bir arvada ehtiyacı vardır.”
Mario Puzo: “Xaç atası”
“Hər böyük bir sərvətin arxasında bir cinayət gizlənib.”
Vladimr Nobokov: “Lolita”
“Lolita, həyatımın işığı, qasıqlarımın alovu. Günahım, ruhum Lo-Li-Ta; dilin ucu damaqdan dişlərə doğru üç pilləli bir yol keçər, üçüncüsündə gəlib dişlərdə dayanar. Lo-Li-Ta.”
Ədalət Ağaoğlu: “Bir toy gecəsi”
“İntihar etməyəcəyiksə heç olmaya içək.”
Silviya Plat: “Şüşə qapaq altında”
“Qəribə, boğucu bir yaz idi. Rosenbergləri elektrik stulunda edam etdikləri yaz. Və mən Nyu-Yorkda nə axtardığımı bilmirdim.”
Fyodor Dostoyevski “Yer altından qeydlər”
“Mən xəstə bir adamam.”
Səbahəddin Əli: “Xəz paltolu Madonna”
“İnsanlar bir-birlərini tanımağın nə qədər çətin olduğunu bildikləri üçün bu zəhmətli işə təşəbbüs etməkdənsə, korlar kimi necə gəldi gəzib və ancaq toqquşduqda bir-birlərinin mövcudiyyətindən xəbərdar olmağı uyğun görürlər.”
Oğuz Atay: “Tutunamayanlar”
“İntihar edənlərə mərasim hazırlamazlar, bu cür intiqamçı Tanrıya sitayiş etməzlər.”
Ahmet Hamdi Tanpınar: “Saatları nizamlama institutu”
“Saatın özü məkan, hərəkəti zaman, nizamı insandır.”
Ferens Molnar: “Pal küçəsinin oğlanları”
“Dayan hələ, indi sənə göstərərəm Pal küçəsi uşaqları arasında ürəkli uşaqlar olduğunu. Başqası olmasa da mən varam, bəli mən, Nemeçek, üstəlik artıq subay da deyiləm.”
Orxan Pamuk: “ Məsumiyyət muzeyi”
“Həyatımın ən xoşbəxt anı imiş bilmirdim. Bilsəydim də xoşbəxtliyi qoruya bilər, hər şey də başqa cür ola bilərdimi? Bəli, bunun həyatımın ən xoşbəxt anı olduğunu anlaya bilsəydim əsla o xoşbəxtliyi qaçırmazdım.”
Murat Menteş: “Ruhi-Mücerred”
“- Həyat necə gedir?
- Onu həyatı yaşayan adamdan soruş.”
Yaşar Kamal: “İncə Məmməd”
“Sizin belə nə gözəl Allahınız var. Bizim allah heç belə yeməklər vermir. Belə bir Allahınız varsa heç beliniz bükülməz. Sizin Allahınız çox yaxşıdı.”
Corc Oruel: “1984”
“Dərk etməyənə kimi üsyan etməzlər, üsyan etmədikcə də dərk etməzlər”
Səməd Behrəngi: “Balaca qara balıq”
“Mən bilmək istəyirəm, həqiqətən də yaşamaq dediyimiz şey bu bir ovuc yerdə yaşlanana qədər gəzib-dolanmaqdan ibarətdir? Yoxsa dünyada başqa cür də yaşamaq mümkündür?