Vladimr Adolfovıç Nesterenko (1964, Kiyev). Ukraynalı yazıçı, jurnalist, bloqqer, kinossenarist. Virtual aləmdə daha çox “Adolfıç ” ləqəbi ilə tanınır. Üzünü insanlardan gizlədir, efirdə görünəndə üzünə maska taxır. İlk dəfə “Yad” əsəri ilə məşhurlaşıb. Bu yaxınlarda “Gəlmələr ” kitabı işıq üzü görüb.
Kriminal keçmişi olan “Adolfıç”ın əsərlərində əsasən 90-cı illərdən bəhs olunur. Rus oxucular tərəfindən olduqca maraqla qarşılanan “Adolfıç”ın “Yad” əsəri kinoya uyğunlaşdırıldıqdan sonra çox böyük uğur qazanmışdır. Kulis.Az “Adolfıç”ın müsahibəsini təqdim edir.
- Yeni kitabınız nə haqdadır? Hələlik internetdə yalnız parçalar çap olunub.
- Kitab kiçik biznesin və psixologiyanın xüsusiyyətləri və onların ucbatından hətta ən xoşniyyətlli həmvətənlərimizin belə okeanın o üzündən gəlmiş poliqrafları qovması haqqındadı. Türmədən başqa yerdə total yalan şəraitində nəsə qurula bilərmi, bu haqdadı? Necə olur ki, dünya əhalisinin 10 %-i aktivlərin 97%-nə sahibdirlər.
Qısaca həyat haqqındadır. Yaxşı olardı ki, oxucular əsərdə təkcə öz rəhbərlərini və qonşularını deyil, özlərini də görərdilər. Hər yazıçı buna cəhd edir. Alınarsa uğurdu, alınmazsa deməli bir az da məşq etmək lazımdır.
- Özünüz nəşriyyata müraciət etdiniz, yoxsa artıq özləri sizə müraciət edirlər?
- Özləri müraciət etdilər. Adətən kitablarımı özüm dərc etmirəm, ola bilsin, çox şey itirirəm. Belə alınıb ki, onlar özləri müraciət edirlər.
- Sizcə yazıçı kəmiyyəti nəzərə almalı, hər il konveyer üsulu ilə kitab çap etməlidir?
- Yazıçı qəlbinin səsini dinləməlidir; yazmaq olursa qoy ilə lap on kitab olsun. Yazmaq olmursa və ya başdansovdu alınırsa yazıb biabır olmaq, qonorarını itirməkdənsə yazmamaq yaxşıdı. Baxmayaraq ki, bu hər bir yazıçının öz işidir, amma ümumi götürəndə yazıçının həyatı boyu iki və ya üç orijinal fikri olur. Ola bilsin, dahilərdə dörd olur. Qalanları isə elə əvvəlki fikirləri təkrar edirlər.
- Bəzən deyirlər ki, guya tanış və pulsuz məşhur olmaq mümkün deyil. Siz bunun əksinə nümunəsiz. Necə düşünürsüz, uğurlu yazıçı karyerası üçün yalnız öz işinlə məşğul olmaq kifayət edirmi?
- Tam yox. Bir də bəxtin gətirməli və ağıllı addım atmaq lazımdı. Bəzən olur ki, adam özünü zorla qəbul etdirməyə çalışır, bu da yaradıcılıq keyfiyyətindən asılı olmayaraq adamı çiyrəndirir. Amma baxırsan ki, burda müəllifin günahı yoxdur, sadəcə piar-kampaniyasını arvadı qurub.
Uğur isə hamıya lazımdır. Mən başqa şeyə əminəm: istedadlı insan, ləng gələn intihardan (alkoloq, narkotik vasitələr və s.) uzaq duracağı təqdirdə ot kimi asfaltdan da boy verər.
- Ssenari yazmağı hardansa öyrənmisiz? Heç olmasa kimlərinsə işlərini oxuyub tanış olmusuz? Yoxsa bir dəfəyə qələmi götürüb yazmısız?
- Qələmi götürmüşəm və yazmışam. Hekayə yazmağı öyrənmişəm, başqa şeylər cızmaqaralamağı öyrənmişəm, “Yad”ı yazmağa başlayanda isə artıq bu işdən nəsə anlayırdım. Hadisənin şəklini görmək və onu oxucuya göstərmək xüsusi qabiliyyətdir, bir çox böyük yazıçılar ssenari yazmırlar, onlarda alınmır, hadisənin şəklini görə bilmirlər. Mən “gözəllik”lə mübarizə aparmağın tərəfdarıyam, elə yazmaq lazımdır, elə bil oğluna və ya dostuna danışırsan, öz natiqlik bacarığını göstərmədən, sadəcə daha yaxşı danışmaq
xatirinə, daha dəqiq təsvir etmək üçün. Elə danışmalısan ki, qarşındakı yatmasın.
- Bir dəfə demişdiz, ona görə yazmağa başladız ki, çünki ən yeni tarix, 90-cı illər epoxası gözümüzün qabağında təhrif olunurdu. Bəlkə bu təhrifə konkret misal gətirəsiz? Sizin missiyanız nədir?
- Missiya çox böyük çıxır. Bizim missiyamız nə ola bilər ki, mən ümumiyyətlə quldarlıq şəraitində doğulmuşam. Mənim valideynlərim qul idilər, onların valideynləri də eləcə. Yaşamaq üçün işləyirdilər. Bunun nəyi missiyadır? Mən 90-cı illəri banditlərin gözü ilə bədii şəkildə yazmağa çalışdım. Çünki elə kitablar vardı ki, polislərin nəzər nöqtəsindən yazılmışdı (məsələn, Korestskiy) və ya heç bilmirdin kimin nəzərindən yazılıb - “Kar Kora qarşı”, “Maifyaya qarşı tək” və s .
Həqiqətdə isə banditlər 90-cı illərdə əsas hərəkətedici qüvvələr idilər, üstəlik bu bütün keçmiş SSRİ-də belə idi. Buna görə də banditlərin fikirləri olmadan tam tarix ortaya çıxmır. Amma bandit və cinayətkar mədəniyyət lal mədəniyyətdi. Onların yazılı tarixi olmur. “Yad”da bax o illərdə bu mühitdə aktual olan fikirlər yer alıb.
- Siz bu ssenariyə görə müasir kino tariximizdə ən böyük qonorar-100 min dollar aldız. Bu sizin əvvəlcədən hər şeyi görmək, məqsədə çatmaq bacarığınıza görə idi?
- Mən heç vaxt ac qalmamışam, indi də ac deyiləm, hər halda həyatım boyu ac qalmamaq üçün nə iləsə məşğul olmuşam. Yaxşı qonorar alsam da bu mənim xidmətlərim deyil, bu prodüserin və və naşirin xidmətinin nəticəsidir. Onlar da məndən incik qalmadılar. Bir halda ki, insanın xüsusiyyətlərindən biri də paylaşmaq bacarığıdır, məndə də bu var, özümə bunu aşılayıram.
- Bir dəfə bloqunuzda günlərlə mətn üzərində işləməyin necə çətin olmağından yazmışdız. Sizin üçün yaradıcı proses necə baş verir, təbi gələndə yazırsız, yoxsa şüurlu surətdə oturub yazmağa başlayırsız?
- Mən redaktə eləmirəm, bir dəfəyə başımdan yazıram və sonra çox az düzəlişlər edirəm. Artıq öyrəşmişəm. Adətən mən ilham gələndə, təbi gələndə yazıram. Ancaq bu anı tutmaq çox çətindi, bəzən olur ki, aylarla yaza bilmirəm, sadəcə qeydlər edirəm. Bu peşənin xüsusiyyətlərindən biri də budur, gərək dürüst olasan, xaltura eləməyəsən və xaltura edən qələm yoldaşlarına qarşı amansız olasan.
- Sizin əsərlərinizdə çoxlu mistika var? Kənar qüvvələrin təsirinə inanırsız?
- Mən dünyadakı bəzi qanunauyğunluqlara inanıram. Onlar hələ yaxşı öyrənilməyiblər. Elm bunları hələ öyrənəcək. Yerin yumru olduğunu yenicə öyrənən dünya mistikanın da, ölümsüzlüyün də, su üstündə gəzməyin də sirrini öyrənəcək.
- Ağlınıza çox güvənirsiz, ya hisslərinizə?
- Əlbəttə ağıl birincidir. Ancaq soyuq ağıl nəticədən sonra olur. Onda da artıq vacib deyil sən səhvsən, yoxsa düz. Amma sənin qərarından təhlükəsizliyin, rahatlığın asılı olanda ağılla qərara vermək çətinləşir. Yaxşı bir qayda var: elə fikirləşmək lazımdır ki, guya Tanrı yoxdur, amma elə hərəkət eləmək lazımdır ki, guya Tanrı var. Yəni ağıl vicdanın nəzarətində olmaldır. Vicdan isə valideynlərin uşaqlıqdan şüurumuzda qalmış emosiyalarıdır.
- Qadınlara münasibətiniz necədi? Əsərlərinizə əsasən götürsək sanki bəzi qadın personajlarınıza qarşı qərəzlisiz.
- Mənim fikrimi və əsərlərimdən çıxan fikirləri ayırmaq lazımdır; qəhrəmanlarım müəyyən vaxtda və müəyyən çevrədə nə cür düşünmək lazım idisə o cür düşünürlər. Misal üçün “Sevgiyə yalnız analar layiqdir”. Məhz buna görə də hər şeyin gerçək olduğu bədii əsər yazıram. Mən o dövrün insanlarının fikirlərini yazmağa çalışıram. Demək istəyirəm ki, biz belə olmuşuq, biz də insanıq.
- Sizin yaşamaq istədiyiniz ideal dünya necədi?
- Mənə qədər min dəfə bu haqda yazıblar. İnsanların istismar olunmadığı, hamının eyni hüquqa sahib olduğu dünyada yaşamaq istəyirəm .Əgər sən qanunlara əməl edirsənsə deməli özbaşınalıqdan mühafizə olunursan. Kobud desəm elə bir dünya ki, sənin bacarığın və zəhmətin sənə hörmət qazandırsın, qonşun üzərində hakimiyyət yox. Təəssüf ki, bir qayda olaraq belə dünyada həmişə yemək və geyim çatışmır.