Mən arağı istəmirəm zərrə-zərrə, qram-qram! - PARODİYALAR

Mən arağı istəmirəm zərrə-zərrə, qram-qram! - <span style="color:red;">PARODİYALAR
19 dekabr 2017
# 15:33

Kulis.az Baloğlan Tamarzının şeirlərini təqdim edir.

Qorbaçova

Mən arağı istəmirəm zərrə-zərrə, qram-qram!

Mən vuranda azı litr vuram gərək, vuram, vuram!

Mən arağı istəmirəm çıqqı-çıqqı, damcı gibi,

İstəyirəm

Nizə gibi,

Qalxan gibi,

Qamçı gibi.

Apar, apar ey ofisiant,

mən spirtin xoş səsiyəm!

çayı əzizlərin içsin,

mən alkaqol xəstəsiyəm!

Xiffət

“...İki qıza könül verib getmişdim...”

(N. Kəsəmənli)

O vaxt yaman çətiniydi eyş-işrət,

Haqq-hesabın biri vardı, biri yox.

“Xalaşka”lar dəbə mindi bir müddət,

Mən deyirdim arıq olsun, iri yox.

Abırlıydı “razrez”lərin yarığı,

Qışqırırdı çarpayının qırığı...

Mən demişdim xoşdayıram arığı,

Amma daha bir sümük, bir dəri yox.

Çox bahaydı mən istəyən otaqlar,

Sağ olsunlar düzüb-qoşdu uşaqlar,

O vaxtları “normalniydi” dodaqlar,

İndi daha silikondu, yeri yox.

Qeyri-rəsmi rəsmiləşib “tamaşa”,

Gərək yoxdu nə qorxu, nə təlaşa.

Vallah indi yaxşıdır e – birbaşa,

Yoxsa əvvəl Tom varıydı, Cerri yox...

Sürtük

Saçı kəsik gözəl sürtük,

Üzünə boyağı kim çəkdi?

Köynəyi yuxarı kim dartdı,

Şalvarı aşağı kim çəkdi?

İri-iri döşlərini,

Dəli kimi sıxdılarmı?

Diri-diri şişlərini

Bədəninə taxdılarmı?

Küsüb incidinmi sən bu həyatdan?

Alçaqlar keçmədi beş-on manatdan

Yıxıldın kravatdan

Saçı kəsik gözəl sürtük...

Gözəl sürtük, sızıldama, göynəmə,

Nə maykalar, nə xalatlar qalacaq.

Kravatdan yıxılsan da, qəm yemə,

Sən yıxılan kravatlar qalacaq.

Dünyanın göyü görünər,

Ağası, bəyi görünər,

Bəs mənim nəyim görünər,

Sən yıxılan kravatdan?

Ümidli gözlər dikilər,

Xırda ümidlər yekələr,

Sonra manatlar tökülər,

Sən yıxılan kravata...

Məndən sənə min privet,

Saçı kəsik gözəl sürtük.

İmkan elə məni şad et,

Saçı kəsik gözəl sürtük.

Uzanıb yanında siqaret çəkim,

Astaca üstümə çıxasan mənim.

Sənin otağına internet çəkim,

Toyda çıxışıma baxasan mənim.

Gözəl sürtük,

pis şeyləri ürəyindən dəf elə,

Bu dünyada nə maykalar,

nə xalatlar qalacaq.

Kravatdan yıxılsan da,

fikir vermə, kef elə,

bu dünyada

sən yıxılan kravatlar qalacaq...

Bakubas

Bakubas – yolların

səbrini yorub,

Bakubas – bənzəyir

qırmızı gülə.

Bakubasda mən həmişə

ortada durub,

Bakubasın şüşəsindən

baxıram çölə.

Bakubasda sən kartına

çox gediş vur ki...

“Qardaş, məni keçirt” deyən

çox ola bilər.

Bakubasda sən həmişə

ortada dur ki,

Sürücünün ürəyinə toxuna bilər.

Lomka

Qardaşım çəkənlər,

bacım dartanlar, bir də polis tutdu sizi,

polis tutdu, nəşə qurutdu

üz tutub üfürməyin mənə sarı...

Bağlanıb içimdə nəfəs yolları...

Bu kafenin daş qapıları,

Araq qapıları, xaş qapıları,

Bazlıq qapıları, quş qapıları,

Bağlanıb, təzədən açılıb yenə...

Mən qız xalasıyam, uzun tuflili

Gəzişib üstümdə rəisin əli

Artıq sən də

sən də ağladammazsan məni,

mən də sənətkaram, klarnet!

Yüz qrama dəymədi

Dünən mən səni gördüm,

Araq vurmaq istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Rumkamızın bir dolub

Boşaldığı illəri

Axı, nə tez unutdun?

Beş ildə rumkamıza boşalan o araqlar,

Yüz qrama dəymədi?

O pivəli, çaxırlı, samaqonlu bardaqlar,

Yüz qrama dəymədi?

Zakuskama baxmadan yanımdan necə keçdin?

Əlli-əlli vurmağı nəşəyəmi dəyişdin?

Yoxsa ki, içənlərdən birdəfəlik yan oldun?

Gül kimi uşaq idin, gedib narkoman oldun.

Turşməzə şorlarımız, acı bibərlərimiz

Yüz qrama dəymədi?

Milli-mənəvi olan ölməz dəyərlərimiz

Yüz qrama dəymədi?

Sən neylədin, fikirləş!

Aha artıq anladım: indi mənimçün qədeş

sən geydirmə çaxırsan,

Litr araqdan sonra viski kimi ağırsan!...

Yan, ey manqal, qız, ey köz! Kabab olum, yeyilim

Düz beş il məclislərdə

Qədəh yoldaşım olan, yüz qrama dəymədi.

Mənsiz paxmel açmağa dözə bilməyən, yerlim,

Bəs nə oldu?

Bu oğlan yüz qrama dəymədi?

Getdin, istədim deyim, bahalaşıb Beluqa...

Sən necə gedə bildin axı başqa “kruqa”?

Ah çəkdim, siqaretim tüstüləndi, ay brat,

Sən atdın siqareti.

Vecinə də olmadı!

Mən tək necə yeyəcəm bu püreni, katleti?

Sən mənə şot vermədin, gərək nisyə yazdırım,

Nömrəmi dəyişdirib, bu kafeni azdırım...

Qismətin qisməti

İnboksunu öpərəm, həm də çatını sənin,

Öyrənərəm mürgüyə gedən vaxtını sənin,

Əkişdirib cibindən maaş kartını sənin,

Müqəddəs dua kimi sol cibimdə saxlaram,

Pul köçübmü kartına, aradabir yoxlaram.

Şampunla təmizləsən, darağından öpərəm,

Təzə-təzə laklanmış dırnağından öpərəm,

Şişib şar boyda olan dodağından öpərəm,

Öpərəm ki, biləsən, mən iyrənən deyiləm,

Nə var məndən qaçmağa, mən işverən deyiləm.

Geydirmə şərabımız badələrə süzülər,

Acqarına içməkdən boş mədəmiz üzülər,

Min cür əzabdan sonra düymələrin çözülər,

İşin ləzzəti qaçar, yorular ayaqlarım,

Unitazda dincələr mədəm, bağırsaqlarım...

Ürəyimin lüləsi, eşqimin qabırğası,

Tamam zəhləmi töküb qonşumuzun çağası,

Gizlətməyin yeri yox, qoy deyim, açıqcası –

Full deyilsən, əzizim, pivəylə gedəsisən,

Kredit kontur kimi sən də mi bitəsisən?

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #