Rumın alimin “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” kitabı təqdim olundu

Rumın alimin “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” kitabı təqdim olundu
3 may 2017
# 17:39

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya “Al.İ.Kuza” Universitetinin (Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” (“Камал Абдулла: философия полноты”) monoqrafiyasının təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayıb, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. O, rumıniyalı alimin Azərbaycanın ictimai və elm xadimi, dünya səviyyəsində tanınmış yazıçı Kamal Abdullanın yaradıcılığı haqqında kitab yazmasını xalqımıza və ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb və Lyudmila Bejenaruya “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasını ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirib.

Lyudmila Bejenaru “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” mövzusunda mühazirə deyib və təqdimatı keçirilən monoqrafiyanın tərtib və nəşr edilməsinin vacibliyindən danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin sözlərinə görə, Lyudmila Bejenarunun bu monoqrafiyasında Kamal Abdulla fəlsəfəsinin açılması onun yaradıcılığının rusdilli oxucu üçün əhatəli təhlilinə imkan yaradır. O bildirib ki, “Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının Azərbaycan dilinə tərcüməsi gənc yazarların püxtələşməsinə, yaradıcılıq imkanlarının cilalanmasına imkan yarada bilər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu monoqrafiyanın müxtəlif dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, Kamal Abdullanın Yaponiyadan tutmuş Qərbi Avropayadək dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu nəzərə çatdırıb.

Təqdimat mərasimində Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Tofiq Abbasov, BDU-nun kafedra müdiri, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru Gülər Abdullabəyli çıxış edərək, rumıniyalı müəllifin qələmə aldığı kitabın Azərbaycanın ədəbi və ictimai həyatında mühüm əhəmiyyətə malik olduğunu, monoqrafiyanın gənc ədəbiyyatçılar üçün istinad mənbəyinə çevriləcəyini bildiriblər.

# 2112 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər