Murad Kohnəqala Pamuka nə məsləhət görmüşdü? XATİRƏ

Murad Kohnəqala Pamuka nə məsləhət görmüşdü? <span style="color:red;"> XATİRƏ
9 fevral 2016
# 12:03

Ayxan Ayvaz

Bu əhvalatı mənə atam danışmışdı. O vaxt, səhv eləmirəmsə, 2004-cü ildə Orhan Pamuk Bakıya gəlmişdi.

Həmin gün atamla Murad Köhnəqala “26-lar” parkında gəzişirmiş. Orhan Pamuk onlara yaxınlaşıb.

- Salam. Bilmirsiniz, Yazıçılar Birliyi hardadır?

Murad Köhnəqala bu boylu-buxunlu adama baxıb soruşub:

- Neyləyirsən Yazıçılar Birliyini?

- Məni ora dəvət ediblər, qurultaya – Pamuk sakitcə cavab verib.

O zaman Orhan Pamuk hələ Nobel mükafatını almamışdı, Azərbaycanda o qədər də tanınmırdı.

- Demək, sən də bizim kimi bədbəxtsən. – Murad əlini onun çiyninə vurub gülümsəyib.

- Anlamadım. Niyə bədbəxt? – Orhan Pamuk donuq ifadə ilə onlara baxıb.

- Biz də yazıçıyıq, sən də. – Murad dillənib. – Gəl gedək araq içək. Üstündə nə qədər var?

Orhan Pamuk yenə bir şey başa düşməyib, amma gülümsünüb.

- Kimin yanına gedirsən Yazıçılar Birliyində? – skamyada oturanda Murad soruşub.

- Anar müəllimin.

- A kişi, ədəbiyyat bizim yanımızdadır, Anarın yox. Bilirsən, biz Azad Yazarlar Ocağı açmışıq. Rasim Qaracanı eşidibsən?

Orxan Pamuk gözlərini döyüb.

- Hardan biləsən? Rasim, mən, Həmid gənc yazarları yığıb Yazıçılar Birliyinə alternativ qurum yaratmışıq. Əslində mən yaratmışam buranı. Prosto, öz uşaqlarımızdı da, day dava salmadım, dedim, qoy sizin də adınız olsun.

- Məni əfv edin, - Orhan Pamuk ayağa qalxıb – Anar müəllim gözləyir.

Murad əsəbləşib:

- Yekə kişisən, ə, sənə burda bir Quranlıq söz danışdım. Ora gedəcəksən, sənə yağ-bal verəcəklər? Burda yaxşı bir kafe var, gedək boğazımızı yaşlıyaq. Anar kitabını çıxaracaq burda?

Orhan Pamuk təzədən skamyada oturub.

- Ay sağ ol! Bax bu kişi var e, - Murad atamı göstərib. – Eyvaz Əlləzoğludur, belə yazıçıdır, bax belə. Bundan öyrənəcək çox şeyin var.

- Şad oldum!

- Sözümü kəsmə. Bizdə çoxdur belə istedadlı yazıçılar. Hamısını Anar məhv elədi. Düz sözümdü. Seymur Baycan var, yanımda hərlənir, sabah gələrsən tanış eləyərəm səni. İstedadlı oğlandı. Gedib Anardan nə öyrənəcəksən? Heç nə. Anarın yanına ancaq istedadsız adamlar gedir, incimə sözümdən.

- Məni dəvət ediblər. Anar müəllimi filmlərindən tanıyıram.

- Bax, dedim ki, sözümü kəsmə. Mənim özüm də elə belə oğlan deyiləm. Düz demirəm, Eyvaz? Qoşma, gəraylılarım var ki, yüz oğlan birləşsə yaza bilməz.

Bundan sonra olan söhbəti atam danışır:

“Gördük ki, Aydın Xan kostyumunun qabağını bağlaya-bağlaya bizə tərəf gəlir. Orhan bəy, xoş gəldin dedi, qoluna girib Yazıçılar Birliyinə tərəf apardı. Murad yerindən durdu, möhkəm əsəbləşmişdi, dedi, Aydın səni vurub şil-küt edərəm. Bu vaxt Səlim Babullaoğlu gəldi, Aydının yaxasından yapışmaq istəyən Muradı kənara eləyib başa saldı ki, yeşə kişisiz, adam Türkiyədən gəlib, tanınmış yazıçıdır, siz də onu dartışdırırsız.

- Səlim, sənə hörmətim var, qarışma. Qoy bunun leşini sərim.

- Murad, müsahibə alacam Orhanla, xahiş edirəm, çıxanda gətirəcəm görüşərik.

Murad handan-hana sakitləşdi:

- Bura bax, - dedi, - Orxan, mənim nömrəmi götür Səlimdən, zəng elə. Buralardayıq. Sən görürəm ağıllı oğlansan, aldatmasınlar səni, gələrsən mən sənə hər şeyi başa salaram”.

Bu yaxınlarda yeni romanı çap olunan, dünyanın ən təsirli dördüncü adamı seçilən Orhan Pamuk o gün Murad Köhnəqalaya zəng edibmi, bilmirəm. Amma içimdə qəribə bir hiss var: Orhan Pamuk belə maraqlı obrazı əlindən qaçırtmazdı.

# 2857 dəfə oxunub

Oxşar xəbərlər

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər