Rasim Ocaqovu içirtmək üçün belə aldatdılar - ANIM

Rasim Ocaqovu içirtmək üçün belə aldatdılar - ANIM
22 noyabr 2017
# 11:01

Bu gün böyük Azərbaycan rejissoru Rasim Ocaqovun doğum günüdür. Rasim Ocaqov qeydsiz-şərtsiz bizim mühit üçün böyük sənətkar idi.

İstər yaradıcılığının ilkin dövrlərində operator kimi, istər əsas dövründə rejissor kimi kinomuz üçün böyük işlər gördü. Onun avtobioqrafiyasına nəzər salanda görürsən ki, operator kimi işlədiyi filmlər elə də məşhur deyil. Bunların içində ən məşhuru Eldar Quliyevin “Bir cənub şəhərində” filmidir. Ancaq rejissor kimi işlədiyi filmlər nəinki məşhurdur, hətta dillər əzbəridir. “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət...”, “Otel otağı” milli kinomuzun əvəzsiz inciləridir.

Bu gün ömrünün 50 ilini Azərbaycan kinosuna həsr edən və gələcək nəsillərə biri-birindən gözəl filmlər yadigar qoyan bu böyük sənətkar yaşasaydı bu gün 84 yaşını qeyd edəcəkdi.

Ad günündə Rasim Ocaqovla maraqlı bir xatirəni yada salmaqla ustadın ruhunu şad etmiş olarıq.

Image result for şamil mahmudbəyov

Rejissor Şamil Mahmudbəyov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudioyasında axşamçağı, işdən sonra içmək istəyirmiş. Mağazaya gedib, hər şey alır, otağa gələndə tək olduğu üçün boğazından heç nə keçmir. Həmin vaxtlar Rasim Ocvaqov kinostudiyanın pavilyonunda çəkiliş aparırmış. Tez ora gedir ki, Rasim müəllimi çağırsın. Baxır, çəkiliş bitib, qapılar bağlanıb, bütün heyətlə birgə Rasim Ocaqov da çıxıb evinə gedib. Şamil müəllim elə darıxırmış, Rasim Ocaqovun kinostudiyaya gəlməsi üçün hər şeyə hazırmış. Amma nə etsin? Çox düşünəndən sonra axır ki, tapır və özünü yaradıcılığa qapdıranda kənar işlərə diqqətsiz olan Rasim müəllimin evinə zəng vurub deyir: “Pavilyonun işıqlarının hamısını yanılı qoymusan!”

Gur projektorlar, çəkiliş üçün nəzərdə tutulan başqa elektrik cihazları bir neçə dəqiqədə ağlagəlməz pul yazırdı. Odur ki, Rasim Ocaqov başqa kimisə axtarıb vaxt itirmək istəmir, pavilyonun açarını götürüb həyətə qaçır, taksiyə minib kinostudiyaya gəlir. Və gəlib görür ki, yalandır. Pavilyonun işıqları sönülüdür. Bu zaman Şamil Mahmudbəyov əlində araq koridora çıxır:

- Nə qədər xahiş etsəm ki, gəl içək, yorğunluğu bəhanə edib gəlməyəcəkdin. Bağışla, səni aldatmağa məcbur oldum.

Rasim Ocaqov başını bulaya-bulaya gülür və həvəslə Şamil müəllimin stol açdığı otağa keçir.

# 693 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərin şəklini təhqir eləyənin aqibəti - Hekayə müzakirəsi

Peyğəmbərin şəklini təhqir eləyənin aqibəti - Hekayə müzakirəsi

15:00 6 dekabr 2023
Nizami Gəncəvi haradadır? - Fərid Hüseyn

Nizami Gəncəvi haradadır? - Fərid Hüseyn

14:00 5 dekabr 2023
Anar:  "10 il yarızirzəmi evdə yaşamışıq, sonra Heydər Əliyev mənə ev verdi" - Müsahibə

Anar: "10 il yarızirzəmi evdə yaşamışıq, sonra Heydər Əliyev mənə ev verdi" - Müsahibə

12:00 5 dekabr 2023
Kamal Abdullanın yaratdığı alternativ dünya - Ulucay Akif

Kamal Abdullanın yaratdığı alternativ dünya - Ulucay Akif

10:41 4 dekabr 2023
Bir gülləyə iki yazıçını vuran qatil  - Araşdırma

Bir gülləyə iki yazıçını vuran qatil - Araşdırma

21:00 2 dekabr 2023
Nuridə Misir vəfat etdi

Nuridə Misir vəfat etdi

10:09 30 noyabr 2023
#
#
# # #