Kitab sərgisi

Öyrət mənə ulduzlarla sevişməyi – YENİ ŞEİRLƏR

Öyrət mənə ulduzlarla sevişməyi – <span style="color:red;">YENİ ŞEİRLƏR
31 may 2017
# 11:11

Kulis.Az Reva Beyzadənin şeirlərini təqdim edir.

əllərim uzandıqca sənə toxunur çəhrayı yuxularım

dünən axşamkı kimi, ya da ondan əvvəlkilər

çəhrayı yuxularımda çiynində oturmuşdum

sən isə ən gözəl libasında günəşə gülümsəyirdin

üzünə açılacaq pərdələri gözləyərək

mən, hər zamankı kimi dilimi dişləmişdim

həyəcanlı idim, çiynindən dünyaya boylanarkən

illərdir səni axtarmaqdayam gecələr

əgər varlığına toxuna biləcəyimi bilsəm

sol əlimlə sağımı kəsib

küləklə sənə yollayaram.

***

Göyün yeddinci qatında gəzmək nədir?

buludların üstündə, həzin-həzin...

Orda hər şey yerli yerindədir.

Göydə nə ana yoxdu

Nə də qorxduğumuz ata

Sən onların deyilsən

Allahın övladısan göyün üzündə

Orda bir bədən də yoxdu

Güzgüdən baxmağa

Ey, “mən sənin övladınam” demək istəyən

göydəki parçalamaz səni...

Və orda bir qara nöqtə üzərində birləşərsən

Orda kişi ya da qadın yoxdu

hamı birdir.

Və o bütünün içində toplanmışdır kainat

Bütünlük axtaranların yeridir ora -

Allahın övladı olmaq istəyənlərin…

Bəlkə də ölümün özüdür ora

göy üzündə kiçik səyahətlər varlığımızın cənnət sularında üzməsidir.

və sonsuz dənizlərə özünü buraxdığın vaxt

bir səs gələr yerdən

ah, bu bir insan səsidir

bu yer üzündəki anamızdır…

***

Tanrım, mənə rəqs etməyi öyrət

Gözlərindən oxuyum mənim üçün yazdığın musiqini

Bir yuxu olsun səndən öyrəndiklərim

Gerçəklər bir az yalançıdır, yarımçıqdır.

Öyrət mənə ulduzlarla sevişməyi

Göy qübbəsi ol qaranlıq gecələrin

Sonra yorğun çiynimi sənə söykəyim

Aya boylanım, yerdən uzaqlaşaraq

Mənə bütün olmağı öyrət

Və dünyadakı bütün gözəlliklərin

Adı sənət olsun

Yarımçıq insanın yaratdığı “bütünlük”

# 1468 dəfə oxunub

Oxşar xəbərlər

Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

16:08 3 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Sürətlə unudulan əsərlər - Seymur Baycan

Sürətlə unudulan əsərlər - Seymur Baycan

16:00 1 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər