Hüseyn Cavidin təhqir edilməsinə sərt etirazlar

Hüseyn Cavidin təhqir edilməsinə sərt etirazlar
19 iyun 2015
# 13:04

Bu günlərdə filosof Ağalar Məmmədov məqalələrindən birində Əli bəy Hüseynzadə və Hüseyn Cavidi yazılarında türkcə sözlər işlətdiklərinə görə tənqid etmişdi. O, Cavidi qulbeçə adlandıraraq belə bir fikir işlədib: “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi.”

Kulis bu məsələ ilə bağlı yazarların münasibətlərini təqdim edir.

Ədəbiyyatşünas, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan:

Əvvələ Ağalar Məmmədov o problemləri, ortaq türkcənin hansı məsələləri və mərhələləri ehtiva etdiyini bilmir. İsmayıl bəy Qaspıralıdan başlayaraq gəlişməyə başlayan ortaq türkcə problemi artıq 1926-cı ildə özünün dominant nöqtəsinə çatmışdı. Bunun qarşısını almaq üçün əvvəllər velikorus şovinistləri, sonralar bolşeviklər, kommunistlər, ermənilər böyük fitnəkarlıq göstərirdilər ki, bu proses alınmasın, gerçəkləşməsin. Ağalar Məmmədov bu gün məhz İlminskinin, Satlinin mövqeyində dayanır. Bu da çox ağrıdıcı istiqamətdir. Əli bəy Hüseynzadəni vətəndən didərgin salanlar və Hüseyn Cavidi gedər-gəlməzə göndərənlər Allahsız və imansız bolşevizmin və Stalinin qulbeçələri idi. Təəssüf ki, bu gün də Stalinizmin həmin qulbeçələri o böyük şəxsiyyətlərin ruhunu təhqir etməkdən çəkinmir.

Ağalar Məmmədov gərək heç olmasa çağdaş türk milli ideologiyasının, məfkurəsinin banisi Əli bəy Hüseynzadə haqqında o sözləri işlətməyəydi. Ən azı ona görə ki, Ağalar Məmmədov Əli bəy Hüseynzadənin doğulduğu torpaqda doğulub. Hüseyn Cavid isə bizim millətimizin rəmzlərindən biridir, millətin rəmzinə-Hüseyn Cavidə qulbeçə demək bu millətin insanlarını sevməmək, qəbul etməmək, həzm etməmək düşüncəsindən qaynaqlanır. Mənə elə gəlir bu, Ağalar Məmmədovun mövqeyi deyil, onu bu işə sövq edən düşüncə Azərbaycana yaddır və bu, o yadların, özgələrin tutduğu mövqedir.

Tənqidçi Əsəd Cahangir:

Cavid Osmanlı və Azərbaycan türkcəsinin ortağında yazıb və düz edib. Bütün türk xalqlarının anladığı ortaq bir dilə - inteqrativ türkcəyə bu gün ehtiyac daha kəskindir. Bu proses əslində XIX yüzilin sonlarında başlamışdı. Sovet hökuməti, özəlliklə də otuz illik Stalin rejimi prosesi dayandırdı. Nədən ki, manqurt sovet xalqı formalaşdırmağı ümumtürk anlayışı əngəlləyirdi. Stalin türk sözünü sayğıyla işlətməyi belə qadağan etmişdi.

İndi sovet rejimi yoxdur, ortaq türkcənin formalaşması prosesi yenidən gündəmdədir. Özəlliklə, Ərdoğanın apardığı özünəqayıdış siyasəti bu prosesi sürətləndirir. Proses gedir və bu, Rusiyadan daha öncə Qərbi narahat edir. Türk xalqlarının vahid dildə anlaşması, vahid siyasi, iqtisadi, ideoloji platformadan çıxış etməsi Qərbə gərək deyil. Qərb Roma üsulu ilə “Parçala və hökm sür” siyasəti aparır. Cavid məsələnin gündəmə gəlməsi məhz bu üzdəndir və sadəcə, ədəbiyyat, kültür faktı olmayıb, siyasi-ideoloji mahiyyət daşıyır. Qərbdə yaşayan və Qərbdən ilhamlanan Ağalar Məmmədovun Cavid haqqında yazdıqları bu üzdən məntiqidir.

Yazıçı Qan Turalı:

Hüseyn Cavid kimi Azərbaycan ədəbiyyatının əvəzsiz bir parçasına çevrilmiş bir şəxsiyyət haqqında bu cür təhqiramiz sözləri işlətmək insanın ağlından xəbər verir. Şair belə deyərdi: “Kəndi əxlaqi sönükkən həpsi; Yeltənir verməyə əxlaq dərsi”

# 1117 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #