Rəşad Məcid: "Ayxan Ayvaz atasının yas pulunu arağa xərclədi" - QALMAQAL

Rəşad Məcid: "Ayxan Ayvaz atasının yas pulunu arağa xərclədi" - <span style="color:red;">QALMAQAL
22 yanvar 2015
# 16:55

Xəbər verdiyimiz kimi, musavat.com saytında gənc yazar, əsgərlikdən yeni qayıtmış Ayxan Ayvazın “Anar mənə qalib gəldi, bir gənci sındırdı” başlıqlı müsahibəsi dərc edilib. Həmin müsahibədə A.Ayvaz bildirib ki, ailəsinə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən verilməli olan ev payını almaq üçün ona psixoloji təzyiq vasitəsilə üzrxahlıq ərizəsi yazdırılıb. Gənc yazarın sözlərinə görə, Anar onu bu yolla sındırıb.

Kulis.az məsələ bağlı AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcidin “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Birinci onu deyim ki, Ayxan Ayvaz cavan uşaq idi. Atası da xahiş edirdi ki, gəncdir, onu Yazıçılar Birliyinə üzv edin. Əslinə qalanda biz də xeyirxahlıq edirik. Bunun bir kitabı çıxmışdı, qəbul etdik birliyin üzvlüyünə. Ailələrinin də maddi vəziyyəti çətin idi. Ona təqaüd də verdik. Düşündük ki, yenə ailəyə köməkdir. Atasına da hər zaman deyirdim ki, oğlunu qoyma müəyyən adamlarla otursun. Çünki görürdüm ki, zəif, çəlimsiz uşaqdır. Aparır Şərif Ağayar, o biriləri, içirdirlər, Anarın əleyhinə yönləndirirlər. Sonradan onların ailəsində böyük faciə baş verdi. Atası dünyasını dəyişdi, onun yeddisində isə anası özünü asdı. Mənim özüm neçə gün özümə gələ bilmədim. Çünki çox sarsıntılı hadisə idi. Yazıçılar Birliyi də buna hansısa formada kömək etmək üçün əlindən gələni etdi. Bu ailəni, onun başçısını daha çox tanıyan, onların halına yanan mərhum Arif Əmrahoğlu xahiş elədi ki, Ayxan Ayvaza yenidən prezident təqaüdü verək.

Yazıçılar Birliyinin tarixində bircə dəfə olub ki, bir adama ikinci dəfə prezident təqaüdü verilsin. Çünki bu, faciə yaşayan ailəyə kömək idi. Ayxanın bir bacısı, bir qardaşı var. Bacısı keçən il Rəssamlıq Akademiyasına girdi. Bildiyimə görə, atasının yasına 6 min manat pul xərcləyiblərmiş. Onu da Ayxan Ayvaz gizlicə banka ərizə yazıb ki, pulu itirmişəm. O 6 min manatı da aparıb xərcləyib. İndi burda da keçən il məsələ qalxdı ki, Ayxan Ayvaza ev vermək lazımdır. Amma o, Yazıçılar Birliyinin üzvü olmadığı üçün problem yarandı. Atası artıq rəhmətə getmişdi. Ayxan da uşaqdır, təsir altına düşüb Şərif Ağayarın Yazıçılar Birliyindən çıxmasına etiraz əlaməti olaraq birlikdən çıxmışdı. Sual da ona görə yarandı ki, bəs bu adam birliyin üzvü deyilsə, evi ona necə verək? Orda da məsələ belədir ki, bir evi satırlar, onun pulunu da 4 yerə bölüb, 4 yazar arasında paylayırlar. Hərəsinə 25 min manat. Təfsilatını bilmirəm.

- Ayxan da iddia edir ki, bu ev onun atasına görə verilməliydi, özünə görə yox. Çünki atası sağlığında ev növbəsində olub. Bu halda onun Yazıçılar Birliyinin üzvü olması şərtdirmi?

- Atasına görə necə verirlər? Atası rəhmətə gedib. İndi Yazıçılar Birliyi onun ailəsinə humanistlik göstərir ki, yataqxanada birotaqlı bir yerdə yaşayırlar, ev alsınlar.

- Yəni rəhmətə getmiş şair-yazıçının ailəsinə ev verilməsi təcrübəsi yoxdur sizdə?

- Olmur. Ona görə də bu evin pulunu oğluna verməyi qərarlaşdırdıq. Bu adam o vaxt Şərif Ağayarın hayına çıxdı birlikdən. Dediyim kimi, rəhmətlik Arif Əmrahoğlu ilə bu barədə danışıldı. Hamı istəyirdi ki, bu ailəyə ev verilsin. Amma bilmirəm, bu ərizə söhbəti necə oldu, kim yazdı, kim dedi...

- Ayxan Ayvazın dediyinə görə, təşəbbüs qurumun mətbuat katibi Rauf bəyə məxsusdur. Danışıqlarda o, iştirak edib.

- Özləri belə ərizə yazıblar ki, mən səhv etmişəm. Heç mən o ərizəni görməmişəm xəbərim yoxdur.

- Deyir, bu ərizə ilə məni sındırdılar...

- Ayxan kimdir ki, sına? Onu niyə sındırmaq istəsinlər ki? Ayxan 9 yerə parçalanmış zəif, çəlimsiz uşaqdır. Onun dedikləri niyə bu boyda mətbuatda yer alır? İndi o 25 min manatı bir həftə bundan qabaq səhv edib ona veriblər. Bu da 25 mini alandan sonra gedib xoruzlanır orda, ağzına gələni danışır. O 25 mini ona vermək düzgün deyildi. Çünki o yas yerində qalmış 6 min manatı dağıdıb, arağa verdiyi kimi, bu 25 mini dağıdıb xərcləyəcək. Aparıb o pulu Şəriflə arağa verəcək də. Bu, görünür. İndi səhv ediblər ki, tələsib veriblər. Ona yox, bacısına verməliydilər. İndi ictimaiyyət bu çəlimsiz adama dəstək olmaqdansa aparıb bunu içirdir. Bu da deyir ki, Anar məni sındırdı. Heç Anarın ondan xəbəri yoxdu. Görsə də tanımaz ki, Ayxan Ayvaz kimdir.

- Ayxan Ayvaz konkret adlar çəkir. Anarın katibəsi Arzu xanımın, Rauf müəllimin adını çəkir...

- Arzu bunların qonşusudur. Arzu bunlara can yandırıb ki, bu pulu alsınlar da. İnsandır, ürəyi yanıb, maraqlanıb bu işlə...

- Gənc isə deyir ki, onların ailəsinə “əgər Ayxan ərizəni yazmasa, növbədə xeyli adam var, ev onlara veriləcək” deyilib...

- Başa düşün, o adam “məni Yazıçılar Birliyinə yenidən üzv edin” deyə ərizə yazmasaydı, birliyin üzvü kimi ev ala bilməyəcəkdi, növbədəki digər adamlara veriləcəkdi. Bu, prosedur qaydadır.

- Yazıçılar Birliyinə üzv olsun da yenidən. Niyə ondan üzrxahlıq ərizəsi alınır?

- Heç mənim ərizədən xəbərim yoxdur. Özü də burda məqsəd ərizə deyil ki. Ərizə yazanda nə olur ki? Burda nə var axı?

- Deyir, mən bunu yazmaq istəmirdim, məcburiyyət qarşısında qalıb yazdım.

- İstəmir? Gətirsin 25 mini qaytarsın da...

- 25 mini istəyir, sadəcə, sındırılmasını həzm eləmir.

- Əşi, nə sındırılmaq? Kimdi onu sındıran? Gətirsin 25 mini versin Yazıçılar Birliyinə, sonradan nə istəyir eləsin. Bunun yolu budur. Yazıçılar Birliyindən 25 mini alan kimi gedib xoruzlanırsan, belə olmaz axı. Aparıb o 25 mini də arağa verib xərcləyəcək. Əslində Yazıçılar Birliyi ona 25 min verməli deyildi. Ona ikinci dəfə təqaüd veriləndən sonra nankorluq edib, Yazıçılar Birliyinin üzvlüyündən istefa verdi. Bu adam yetişməyib, formalaşmayıb. Günah o gəncə araq içirdən, böyür-başındakı Anar əleyhdarlarıdır. Onu içirdib, qıylayırlar. Günahkar onlardır, mediadır. O yetişməmiş, formalaşmamış, düşüncəsi yerində olmayan, ailə faciəsi yaşamış adamdan belə şou düzəltmək lazım deyil.

- Bu arada Ayxan Ayvaz sizin barənizdə də bəzi tənqidi fikirlər söyləyib...

- O vaxt bir neçə gənc Şərif Ağayara görə Yazıçılar Birliyindən çıxanda mən demişdim ki, onların çoxu istedadsızdır. Gəlirlər, yetişdiririk, sonra uçub gedirlər. Ayxan Ayvaz kimi on minlərlə yazan var. O adama sadəcə atasına, ailəsinə görə güzəşt olunub. Qeyri-adi istedadı da yoxdur, sıradan bir yazandır da.

- Sizi istedadsızlıqda ittiham edib...

- Hə də, desin. Desin ki, istedadsızam, yazı yaza bilmirəm, göydən gətiriblər məni, 25 ildir qəzet çıxarıram... Bunu da başqa adamlar edir mənim əvəzimə.

- Bəs plagiat məsələsi? A.Ayvaz “Onun ”10 sentyabr" hekayəsi Markesin “Baltasarın həyatında unudulmaz gün” əsərindən plagiatdır" deyib müsahibəsində...

- “10 sentyabr” hekayəsi 20 dildə çap olunub, heç mən onun dediyi hekayəni oxumamışam. Mənim hekayəm barədə adam qalmayıb ki, yazmasın. Nə plagiat? Oxumadığım hekayəni plagiat eləmişəm? Deyir də, uşaqdır. Araq içirlər, yanında danışırlar, o da bunu təkrarlayır.

- Bəs məlum müsahibəsindən sonra Yazıçılar Birliyi Ayxan Ayvazla bağlı məsələni yenidən gündəmə gətirəcəkmi?

- Burda ən rahat yol budur ki, gətirib pulu qaytarsın.

- Pulu geri tələb edəcəksizmi?

- Əlbəttə. Bu hərəkətdən sonra mütləq məhkəməyə verib, pulu geri almaq lazımdır.

- Qərar verilib artıq?

- Yox, bu, mənim öz fikrimdir.

# 1200 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #