“Xəzər” jurnalının kollektivi hanı?”

“Xəzər” jurnalının kollektivi hanı?”
9 yanvar 2013
# 17:20

Azərbaycan Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, “Xəzər” jurnalının baş redaktoru, yazıçı Afaq Məsud “Azadlıq” radiosunun “Penklub” verilişində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə münasibətlərinin sərin olmasından danışıb. O, səbəb kimi AYB-nin digər ədəbi orqanlara nisbətdə “Xəzər” jurnalına və Tərcümə Mərkəzinə ayrılan vəsaitin az olduğunu deyib: ““Xəzər” jurnalına, Tərcümə Mərkəzinə ayrılan büdcəyə görə inciklik yaranıb. Əlbəttə, mənim inciməyə əsasım var. Çünki “Ədəbiyyat” qəzetinə 200-250 min manat ayrılan yerdə o boyda Tərcümə Mərkəzinə, özünün nəşriyyatı, jurnalı olan mərkəzə 40-50 min manat ayrılır, sizcə, inciməyə haqqım var, ya yox? Heç “Ədəbiyyat” qəzetinin özünün binası da yoxdur, işıq pulu, kommunal xərc dərdi də yoxdur. Burda deyə bilməzlər ki, mən haqsızam. Kor-kor, gör-gör. O vaxt təqdimat gedəndə Anar müəllim çox cüzi məbləğ yazdı. Mən də dedim ki, azdır”.

A.Məsudun səsləndirdiyi fikirlərlə bağlı Kulis.Az-a açıqlama verən AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Tərcümə Mərkəzinin işinin öhdəsindən gələ bilmədiyini söylədi: “Biz AYB olaraq Afaq Məsudun səsləndirdiyi iddialara cavab vermişik. Tərcümə Mərkəzinə 50 min manat vəsait ayrılır, bu məbləğə uyğun iş görsünlər də, görmürlər axı! “Ədəbiyyat” qəzetinə 200 min 640 manat pul ayrılır, qəzet həftədə bir dəfə çıxır, kollektivi, qonorar siyahısı var, hətta əlavə qəzet də buraxırlar. O qəzetin də kollektivi var. Ümumiyyətlə, “Xəzər” jurnalının, Tərcümə Mərkəzinin kollektivi varmı, hanı onların kollektivi?”

“Ulduz” jurnalı ilə “Xəzər” jurnalının müqayisəsi barədə sualımıza qulaq asan Ədalət Əsgəroğlu bu suala cavab verməkdən imtina edib.

# 2976 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər