Mahatma Qandi haqda kitab təqdim olundu

 Mahatma Qandi haqda kitab təqdim olundu
1 may 2017
# 15:31

Ötən gün Milli Fikir Mərkəzinin ofisində Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınlarının sayca üçüncü nəşri olan məşhur filosof Dhirenda Mohan Dattanın "Qandinin liderlik fəlsəfəsi" kitabının təqdimatı keçirilib.


Kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat fəlsəfəsi və yaradıcılığı, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkatın mənəvi tərəfinin əhəmiyyəti və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.

Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.

Kulis.azın məlumatına görə, təqdimatı giriş sözü ilə Aytac Abbasova açıb. O, gələnlərə "Kitabıstan" nəşrlərinin bütün kitabları haqqında məlumat verdikdən sonra sözü Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə verib.

Şəhriyar Məcidzadə təqdimata gələnlərə təşəkkürünü bildirərək, Milli Fikir Mərkəzinin gənclər üçün çalışdığını qeyd edib:

"Tərcümə etdiyimiz hər kitab Azərbaycan gəncliyinin yeni düşüncə tərzini mənimsəməsi üçün bir vasitədir. Biz "Bəyaz zanbaqlar ölkəsində" kitabı ilə Azərbaycan gəncliyinə Skandinaviya ölkələrinin ən uğurlu nüməsindən biri olan Finlandiyanın gənc aydınlar tərəfindən necə inkişaf etdirilməsinin modelini təqdim etmişdik.

İkinci nümunə İsraildir. Əhali cəhətdən Azərbaycandan üç dəfə az, ərazi baxımından da üç dəfə kiçik ölkədir. Həm 60 ildir müharibə şəraitində yaşayır və bütün düşmənlərinə qalib gəlir, həm də unikal inkişaf modeli var. Biz gəncliyimizə uğurlu nümunə göstərmək istəyirdik ki, əziz Azərbaycanın 60 faiz olan gəncliyi, bu ölkə sənindir. Sən bu ölkənin vətəndaşısan. Ölkədən məhrum edilmiş bir xalq 52 il əvvəl kiçik bir təşkilat qurur, ora intellektləri yığır və 52 il əvvəldən xəbər verir ki, ölkəni quracağıq.

Üçüncü nümunə Mahatma Qandidir. İndi çölə çıxanda aqresiya adamın üstünə gəlir. Son zamanlarda Azərbaycan gəncliyinin arasında aqressivlik halları 90 faiz artıb. Biz də anlatmağa çalışırıq ki, özünütəsdiq problemi qeyri-zorakı müstəvidə olmalıdır. Zorakılıq heç kimə fayda verməyib. Qandi bu yolla bir milyard insana onların belə istəmədiyi ölkəni bəxş edib.

Hindistanda bizdən fərqli olaraq kastalar var idi. Qandi kastaların qabağına çıxıb deyir ki, siz məni daş-qalaq etmək istəyirsinizsə, edin, amma sakitləşin. Kəlküttədə müsəlmənlarla hinduslar bir-birini öldürəndə Qandi ölüm orucu tutub deyirdi ki, bunu dayandırmağa mənim gücüm çatmır, öləcəm. İnanmayacaqsınız, amma bu işə yarayır. Hinduslar da, müsəlmanlar da silahlarını Qandiyə təhvil verir.

Biz mütləq uğurlu ideyaları öyrənməliyik. Dünya ilə ayaqlaşmaq istəyiriksə, Qandini öyrənməliyik, Snelmanı tanımalıyır, Hertslin nə istədiyini bilməliyik, Kissenceri, Fukuyamanı tanımalıyıq.

Daha sonra söz "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya verilib. Ə.Zeynallı bu təqdimatın onun üçün duyğusal və çox maraqlı keçdiyini bildirib:


"Bu, həm də Azərbaycanda gənclərinin iddialı olmasına verilən cavabdır. Mən hər zaman o iddiada olmuşam ki, Azərbaycanda kifayət qədər narahat olan, oxuyan, düşünən, bir gənclik var və yetişir.

Qandi bəşəriyyətə ən böyük xidməti olan və inanılmaz bir inqilab həyata keçirən adamdır. Vücudunun zəif olmasına baxmayaraq, prinsiplərinə sadiq bəşəriyyət alimi kimi tanınıb.

Şəhriyar bəy və dostlarına təşəkkür edirəm. Çox istəyərəm ki, gənclər həm də bu əsərlərin müzakirəsini təşkil etsinlər.

Məncə bu kitabları hamı oxumalıdır".

Daha sonra söz kitabın redaktoru Səid Əliyevə verilib. S.Əliyev də Milli Fikir Mərkəzinin fəaliyyəti haqqında danışıb, bundan sonra da nəşr olunacaq kitabların olduğunu qeyd edib.

Sonda Milliyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşfiq Vəliyev çıxış edib. O, MFM-in fəaliyyətini izlədiyini və nəşr olunan kitablardan xəbərdar olduğunu bildirib:

“Fəaliyyətinizi izləyirəm. Çox gözəl işlərlə məşğul olursunuz. Cəmiyyətin maariflənməsi üçün atılan hər addım təqdirə layiqdir”.

Qeyd edək ki, "Kitabıstan" yayınları tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" Etatizm Akademiyası seriyasında üçüncü kitabdır. Kitabı əldə etmək istəyənlər 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

# 1030 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #