"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun

"Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa..." - Hikmət Orhun
6 avqust 2025
# 12:00

Kulis.az Hikmət Orhunun yeni yazısını təqdim edir.

Ülviyyə Lalə yeni imzadır. Sərbəst şeirlər yazır. Fikirləri də şeirlərinin forması qədər sərbəstdir, azaddır.

Gözü ilə gördüyü, əli ilə toxunduğu hər şey onun üçün şeirdir.

Həyatı şeir olaraq görür mübaliğəsiz.

Kitablardan oxuyub öyrəndiklərini, gündəlik həyatda qarşılaşdığı adi məişət hadisələrini özünəməxsus şəkildə şeirə çevirir.

Mən onun şeirlərini oxuya-oxuya tanımışam – yaşadığı dövrdə qadınların çadrasız məclislərdə iştirakı qadağan edildiyi üçün kişi paltarı ilə xanəndəlik edən Mirzə Gülləri. O Mirzə Güllərdir ki, 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində bir neçə muğam və mahnı onun ifasında qrammofon valına yazılıb.

Ət yeməyinin yaxşı yerləri kişinin qabağına qoyulduğu üçün şərqli qadının anemiyadan əziyyət çəkdiyini onun şeirləri sayəsində öyrənmişəm mən. Sosial şəbəkələrin Azərbaycan seqmentində hökm verən kişilərə qalsa, bu adi məsələdir.

Qadınlarda qan azlığının menstruasiya səbəbindən yarandığını iddia edir, bu fikri müdafiə edirlər. Halbuki qərbdə də qadınlar menstruasiya olur, amma onlarda qan azlığı çox da yüksək deyil.

Belə baxanda, bunlar azərbaycanlı oxucu üçün heç şeir mövzusu da deyil, çünki indiyə qədər Azərbaycan kişiləri qadınları gülə-çiçəyə bənzədib, onları dibçəkdə sevməkdə maraqlı olublar.

Ülviyyə isə qadının günəş görmədiyi üçün sınan dırnaqlarına, tökülən saçlarına qaynaq etdiyindən yazır, qadın olaraq onu dibçəkdən sevmək istəyənlərə bir növ meydan oxuyur şeiləri ilə.

Amerikalı şair Silviya Plat kimi, türkiyəli şair Didem Madak kimi...

Ülviyyə də eynilə onlar kimi özünü, öz yaşantılarını yazır.

Məncə, ədəbiyyat nizam, ölçü, qafiyə və bu kimi standartlardan daha çox özünü yazmaq hadisəsidir.

Son dövr şairlərin və yazıçıların əksəriyyəti gördüyünü qoyub görəcəyə getməklə məşğuldur, Bakıda oturub bakılının dərdini yazmaq yerinə fələstinli uşağın keçirdiyi hisləri yazmağa çalışır, olduqca qeyri-səmimi görünür, yazdığının “xaltura” olduğu hiss etdirir.

Ülviyyə isə onların heç birinə bənzəmir, heç birini yamsılamır, özündən, öz problemlərindən çıxış edib onları qlobal müstəvidə dilə gətirməyə cəhd edir.

# 2942 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər