"Kəmsavad, o qədər kəmsavadsan ki..." - Yalçın İslamzadə

"Kəmsavad, o qədər kəmsavadsan ki..." - Yalçın İslamzadə
24 aprel 2025
# 10:20

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.



Azərbaycanda kim vəzifəyə keçir, pul və ya şöhrət qazanır, içindəki ərəbzəngi, "vorzakon", dərəbəyi ortaya çıxır.

Vəzifə və pul qazanmaq indi çətindir, şöhrət qazanmaq asandır.

"Ailələr feministlərin ucbatından dağılır", "Şərq Qərbdən üstündür", "Keçmiş bu gündən yaxşı idi", "Azadlıq olsa, qadınlar başımıza çıxar", "Şərqdəki bütün problemlərin səbəbi Qərbdir" tezislərini müdafiə edən kimi, böyük bir kütlə formalaşır və mühafizəkar "uşaqlar", "Siçanlı kəndin zurnaçısı" məsəlində olduğu kimi, "zurnaçının" dalına düşürlər. Bu qədər asan olmamalı idi, əslində.

İnsanlar belə asan, əziyyətsiz aldadılmağı özlərinə sığışdırmamalı idilər.

Son illərin parlaq meteoriti Müşfiq Şükürov-Ötgün ədayla, pafosla, izləyici üzərindəki təsirini bilib qımışaraq, barmağını gözə soxaraq hökmlər verir. Xalq coşur, görüşlərə çağırır, videolarından fraqmentlər paylaşırlar.

Deyir, "İstədim deyəm ki, bədbəxt, o qədər bədbəxtsən ki, özündən də xəbərin yoxdur".

Bu nə üslübdur? Tində söhbət çürütmə üslubu. Meyxana deyişmələri kimi, xalq da söhbəti "yeridəni" sevir.

Söhbət nədir? Kilsələr dini düşüncənin gözəlliyinin sübutu imiş.

Biz də deyək ki, "Kəmsavad, o qədər kəmsavadsan ki, danışdığın mövzudan da xəbərin yoxdur. Kilsə o kilisələri tikirdi, ancaq on minlərlə məsum insanı da tonqalda yandırırdı. Qalileyə ahıl yaşında diz çökdürmüşdü, Brunonu yandırmışdı, Yan Husun təhlükəsizliyinə kilsə adına təminat verib, aldatmışdı.

200 il sonra da "Bir qələtdi, eləmişdik" deyib, üzr istəmişdi.

Nəsimi şeri dini düşüncənin gözəlliyiymiş. Nəsimini edam edənlər şintoistlər olub, deyəsən. Nəsimi heterodoks olub, ortodoks görüşün əleyhinə olub, doqmaya qarşı insanı müdafiə edib. Sufizm cərəyanı yunan düşüncəsinin, yeni platonçuluğun, Plotinusun ciddi təsiri ilə formalaşıb.

İnsan yekəxanalıq edəndə, bir az tərəddüd etməlidir ki, bəlkə, kimsə əks-arqument irəli sürdü?

Ancaq buna ehtiyac görmürlər, çünki auditoriyanın nə eşitmək istədiyini bilib, danışırlar.

Çapançalanlar da öz fikirlərini formalaşdırdıqlarını düşünürlər.

Ümumi mədəni səviyyə artmaqdan, sürətlə aşınır.

Siz Şərqi tərifləyəndə, Polşa sərhəddində tikanlı telləri kəsib Avropaya dürtülmək istəyən miqrantları qovurlar indi.

Siz Avropanı söyənləri alqışlayanda, onlar Avropa tərzi həyat qururlar özlərinə.

# 144 dəfə oxunub

Oxşar xəbərlər

Məmməd Orucla bir gün... - VİDEO

Məmməd Orucla bir gün... - VİDEO

09:40 23 aprel 2025
"Belə hekayələrin yazılmasına ehtiyac var" - Müzakirə

"Belə hekayələrin yazılmasına ehtiyac var" - Müzakirə

12:00 22 aprel 2025
"Kəramətin üzünə gülən dostları əl altından qarşı tərəfə işləyir" - Rasim Qaraca

"Kəramətin üzünə gülən dostları əl altından qarşı tərəfə işləyir" - Rasim Qaraca

14:20 21 aprel 2025
“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
#
#
# # #