Azərbaycan beynəlxalq simpoziumda

Azərbaycan beynəlxalq simpoziumda
24 aprel 2025
# 09:15

Türkiyənin Düzce Universitetində “Türk dünyasında qadın: uğur hekayələri” beynəlxalq simpoziumu keçirilib.

Kulis.az xəbər verir ki, simpoziumun əsas məqsədi Türk dünyasında qadınların tarixi və müasir rolunu dəyərləndirmək, ortaq mədəni-mənəvi irsə əsaslanaraq gələcəyə birgə baxışın formalaşdırılmasına töhfə verməkdir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Moldovadan qadın deputatları, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycanı simpoziumda Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova təmsil ediblər.

Qeyd edək ki, simpozium Türk dünyasında qadınların keçmişdən bu günədək rolu, ictimai həyata inteqrasiyasının daha da artırılması, eləcə də ailə dəyərlərinin yaşadılmasına həsr olunmuş müxtəlif panellərlə davam edib.

# 2389 dəfə oxunub

Oxşar xəbərlər

APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər