“Mənim sehrli dünyam” təqdim ediləcək

“Mənim sehrli dünyam” təqdim ediləcək
23 aprel 2025
# 18:30

Rejissor Elvin Adıgözəlin “Mənim sehrli dünyam” tammetrajlı bədii filminin dünya premyerası aprelin 28-də XXV “goEast” Beynəlxalq Kino Festivalında baş tutacaq.

Kulis.az xəbər verir ki, film, festivalın 14 filmdən ibarət əsas müsabiqə proqramına daxil olub.

E.Adıgözəlin öz ssenarisi əsasında çəkdiyi, “Ultra Production” və “Cinex Production”un birgə istehsalı olan film, rayonların birində kənd ansamblında çıxış edən, televiziyalarda gördükləri musiqili şouda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahildən bəhs edir. Televiziya şousuna aparan yol onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi verdiyi filmdə aktyorlar Cahangir Məlikov, Kamil Nazim, Kəmalə İsrafilova, Yusif Dadaşov, Ramiq Nəsirov, Xalıq Bəkirov, Zülfiyyə Nəzir Məmmədova, Zemfira Abdülsəmədova, İlqar Dadaşov, Mahir Mirişli, İskra Tarrant, Aygül Sadıhova və digərləri çəkilib.

Qeyd edək ki, “goEast” festivalı 23-29 aprel tarixlərində Almaniyanın Visbaden şəhərində keçiriləcək.
Festival, əsasən, Mərkəzi və Şərqi Avropa kinofilmlərinə fokuslanır.

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

14:00 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər