"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi
16 yanvar 2026
# 14:00

Kulis.az Anar Şamilin "Ölsəm, bağışla" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

İlham Əziz:

“Bu hekayəni oxumaq əzab-əziyyətdir. Adama elə gəlir ki, müəllif Azərbaycan ədəbiyyatından heç nə oxumayıb. Dili surroqatdır. Başqa məziyyətlərini sadalamaq istəmirəm. Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin. Sadəcə belə yazmaq olmaz”.

Babək Məmmədli:

"Qapı açıldıqda Nübar bir əlində ərzaq torbası, digər əlində isə gül dəstəsi ilə mənzilə daxil oldu".

Hekayənin ilk cümləsindəcə yersiz işlənib qulağı cırmaqlayan "isə" və "ilə" bağlayıcılarını görəndə müəllifin profan olduğunu, məni isə qarşıda hansı işgəncələrin gözlədiyini təxmin etmək çətin olmadı.

"Beyni qəbul etdiyi görüntünü emosiyaya çevirərək səslə ifadə etməyə çalışırdı. Sonda fiziki və emosional gərginliyin daha az ziyan vurması üçün beyin göz yaşlarını ifraz etdi".

Emosional vəziyyətimizin tərcümanı olan göz yaşlarımızı-bu bakirə, məsum, qutsal fenomeni ifrazat kimi təqdim etməsəydi, süni intellektin belə quraşdıra bilməyəcəyi hər iki süni, qurama cümlənin üstündən gülümsəyib keçmək də olardı, hardasa.

"Mən isə pəncərənin önündə əyləşərək çilçıraqdan asılmış şəkildə sallanan bədənimə baxırdım".

Çox maraqlıdır, bunu "Mən isə pəncərənin önündə əyləşib çilçıraqdan asılmış (çilçıraqdan sallanan) bədənimə baxırdım" yazmaq mümkün olduğu halda müəllifi sözlərdən pornoqrafiya yaratmağa təhrik edən o şizofrenik əlamətə psixologiyada nə deyirlər?

Növbəti nümunə:

"Bu vaxt yuxarı qonşudan səslər gəldi. Bu dəfə gülümsəyərək reaksiya verdim:

- Köpək uşaqları dayanmaq istəmirlər."

Ay müəllif, onlar əsla "köpək uşağı" deyil! Köpəyuşağıdır! Obrazın dilindən deyirsən, rahat ol.

Bu nümunələri də bonus olaraq əlavə edib, şərhi sizə buraxıram.

"Şükr etməyi bacaran biri olmağıma rəğmən, ginekoloq kimi reallığımdan məyus idim."

***

"Özümlə dialoq ərəfəsindən xəbərim olmadan divara söykənərək yuxuya getdim."

***

"Əli ağzını ayıraraq diqqətlə mənə baxırdı. Həmin an mən cızılmış düzbucağa baxaraq öz fikirlərimi təhlil edirdim."

***

"Kofenin şirin və komfort ətri yumşaq rəngli divarlarla xoş abu-hava yaratmışdılar."

Orxan Həsəni:

"Hekayə zəifdir. Naşı bir qələmin məhsulu olduğu elə ilk abzasdan hiss olunur. Təhlilə gəlmir, ona görə əlavə nəsə deməyi düzgün hesab etmirəm".

# 309 dəfə oxunub

Oxşar xəbərlər

"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Bəhruz Tağızadənin "Cincilim" romanı haqqında - Təvəkkül Boysunar

Bəhruz Tağızadənin "Cincilim" romanı haqqında - Təvəkkül Boysunar

11:50 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

15:30 13 yanvar 2026
Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

12:40 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər