Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”
2 mart 2026
# 17:40

Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli folklorşünas-alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sazın səsi, sözün nəfəsi” adlı konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə AMEA Folklor İnstitutunun “Folklor studiyası”nın hazırladığı Elxan Məmmədlinin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. Filmdə alimin elmi axtarış yolu, topladığı folklor nümunələri, çap etdirdiyi fundamental tədqiqatları və xatirələri əksini tapıb.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev tanınmış alim, mərhum folklorşünas Elxan Məmmədlinin folklorun tədqiqi, toplanması və təbliği sahəsindəki xidmətlərindən bəhs edib. “O, Azərbaycan folklorşünaslığında yalnız tədqiqatçı kimi deyil, həm də milli-mədəni missiyanın daşıyıcısı kimi xüsusi yer tutub. Elxan Məmmədli folklora təkcə keçmişin yaddaşı kimi deyil, “yaşayan sistem” kimi yanaşıb, araşdırmalarını əsasən canlı folklor mühitində aşıq məclislərində və folklor ekspedisiyaları zamanı topladığı materiallar əsasında aparıb”,- deyə o əlavə edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın sözlərinə görə, Elxan Məmmədlinin gənc aşıqların yetişməsində, aşıq sənətini sevməsində müstəsna xidməti olub.

Elxan Məmmədlinin qardaşı Eldar Məmmədli ailəsi adından tədbir təşkilatçılarına təşəkkür edib.

Tədbirin bədii hissə ilə davam edib.

# 1168 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər