Yetim Eyvaz: “Məni inək doğmayıb”- MÜSAHİBƏ
29 iyun 2011
12:25
“21 il şofer işləmişəm”
Qalaaltında axtarıb Bakıda tapdığımız şair Yetim Eyvazla müsahibəmiz nəhayət ki, baş tutdu. Baxmayaraq ki, o, müsahibəni sabaha keçirməkdə israrlı idi. Biz “Şəki” kafesinə çatanda Eyvaz pivə içirdi. Bizə də təklif etdi. Çay içmək istədiyimizi dedik. “Nolub ala, bir avara mənəm bu ölkədə bəyəm?” dedi.
Sürücülükdən müğənniliyə...
- Özünüz haqda bir az məlumat verin.
- 1952-ci ildə Dəvəçi rayonunda anadan olmuşam. Siyəzən rayonunda Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxumuşam. 10 ildən sonra hərbi xidmətə getmişəm. 21 il sürücü olmuşam. Rusiyadan tutmuş dünyanın hər yerin gəzmişəm. Allah-Təala mənə səs verib. Tale elə gətirdi ki, müğənni oldum. Əməliyyat olunduqdan sonra səsim itdi. 14 yaşımdan bəri şeir yazıram. Dörd mindən yuxarı şeirim, qəzəlim var. “Yaz yağışı” adlı kitabım çıxıb. 2-3 diskim buraxılıb. Hamısını qardaşlar, dostlar edib. Məni çəkib qabağa gətiriblər ki, ölməyim. Şükürlər olsun ki, bu gün yaşayıram. Televiziyadan xoşum gəlmir. Yoxsa elə günü bu gün ora çıxaram.
“Mən bu xalq üçün ölümə də gedərəm”
- Niyə?
- İstəmirəm. Xoşum gəlmir. Kişinin qapısına elçi gedərlər. Kişidən qız istəyərlər. Gündə “Toy olsun”da Ülviyyəylə Elgiz adam evləndirir. Bu, arvad almaq deyil. Bu, həyat deyil. 80 yaşı var, çıxıb ora ki, evlənməyə gəlmişəm. Ala, ayağın gordadır sənin. Bir otur, fikirləş. Bura Azərbaycandırsa, mən belə şeyi qəbul etmirəm. Sən eləyirsən, get elə. Mən açıq danışıram. Onsuz da mən ölümə hazırlaşıram. Mənim Azərbaycan üçün ürəyim partlayır. Təzə mod düşüb. “20 faiz torpağımız işğal olunub” deyirlər. Deyirəm, axı 54,36 faiz işğal olub. Deyirəm, Borçalı, Göyçə, İrəvan, Təbriz, Dərbənd... bunları saymırsınız? Mənə bir nəfər dedi ki, şair, torpaqlarımızı yaxınlarda qaytaracaqlar. Dedim, bəyəm 7 rayondu işğal olunan? Bəs yerdə qalanlar necə olacaq?
Mən Qalaaltında yaşayıram. Amma o toprağın davasını edirəm. Mənə erməni torpaq vermiyəcək. Mən onu qan bahasına almalıyam. Müharibə olsa, mən birinci gedərəm. Atamına goruna and olsun, birinci getməsəm, kişi deyiləm. Xeyir olsun, erməni gəlib dədəmin qəbrinin üstündə oturmalıdır?! Molla Pənah Vaqifin qəbrinə qoz, Natəvana qoz, Üzeyirin qəbrinə qoz, Nuru paşaya qoz. Xeyir olsun, niyə? Bakıda 14 min erməni yaşayır. Mən Yerevanda “Qırmızı kitab”a salmağa bir azərbaycanlı tapmıram. İki min əsirdən başqa. Onlar da orda zülm çəkir. Bu mənim anamı ağladır. Mən rəhmətlik Əlif Hacıyevin əsgər yoldaşıyam. Mən onunla qardaş olmuşam. Mən 29 yaşında qardaş itirmişəm, məni yandırmayıb. Amma Xocalıda Əlif yandırıb məni. Çünki o, oğul idi. O da gəlib burda özü üçün şadlıq sarayı tikərdi, kef edərdi. Mən qəbul etmirəm belələrini. Keçmir mənə belə qanun. Mənə düzgünlük qanunu qoy ortaya. Mənim başımdan vuracaqsansa, təmiz vur da. Kişi kimi vur. Adın qoy, sonra vur. Mən bu xalq üçün ölümə də gedərəm. İçim özümü yandırır, çölüm özgəni.
Dərdimi bir kəsə deyə bilmirəm,
Dərd, qan az qalır öldürə məni,
Çəkirəm bunları niyə, bilmirəm!
Dərdimi bir kəsə deyə bilmirəm!
Çırpınır gecə-gündüz qanlı ürəyim,
Bir Tanrıdan gəlir ancaq köməyim,
Harama çevrilib halal çörəyim,
Halal çörəyimi yeyə bilmirəm!
Mən haqqımı tələb edirəm. Başqa şey tələb edirəm bəyəm? Düzgünlüyü tələb edirəm. Mən də yaşamaq istəyirəm. Məni inək doğmayıb, arvad doğub. Gecə-gündüz mən Məmməd Arazın qəbrinə dua oxuyuram.
Soyun dərimizi, soyun yaşayaq,
Beş günlük dünyadı, qoyun yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq.
Məni bağışlayan olarmı, çətin...
Ondan da qoymursan, bundan da. Hansından yaşamalıyam? Əjdahalar var meşələrin içində. Qorxudan səslərin çıxartmırlar. İndiyə kimi mənə heç kim təzyiq göstərməyib. Onda gərək Mirzə Ələkbər Sabiri ayaqlarından asaydılar. Mən Mirzəyə nəzirə yazmışam:
Sənə min rəhmət, Mirzə Ələkbər!
Bu millət hələ də ayılmayıbdı!
Millət sayılıblar qoyun millətlər,
Bu isə millət kimi sayılmayıbdı!
Hərə özü üçün imarət qurub,
Deyəsən, oxundan çıxıbdı dövran,
Nadyalar hələ də başda oturub,
Yenə süpürgəçi yazıq Tükəzban!
Puç olub, ay atam, neçə arzular,
Axşamı düşüb günümüz batdı.
Deyirik, səs salma, yatanlar durar!
Yatanlar durub, duranlar yatdı!
“İstədiyim qızı oğurlayıb gətirmişəm Qalaaltına...”
- Necə oldu ki, məşhurlaşdınız?
- Bir dənə “Yağış” şeiri ilə məşhurlaşdım. Mənim rəhmətlik dostum Şirəli müəllimin hesabına. Mən onunla 9 il qarajda şofer işləmişəm. Sonra mən çıxmışam ordan. Üstündən 25 il keçib. Mən Qalaaltında palıd ağacının altında oturmuşam, çay vururam, gördüm bir “Mersedes” girdi içəri. Düşdü yerə, qayıtdı ki, Yetim burdadı? Mən barmağımı dişlədim. Baxdım ki, budu da, Şirəli. Uşaqlar da məni “yetim” kimi tanımır. Amma bunlar qarajda məni “yetim” kimi tanıyırdılar. Deyirdim yetim oğlanam, yetim oğlanam... Hamı mənə yetim deyirdi. Qayıtdım ki, ala, Şirəli... Bu da çöndü dedi ki, nədi? Dedim, yetiməm də mən. Qayıtdı ki, get tullanmağının dalınca, yetim belə deyildi. Dedim, ala, gəl bura, bu mənəm. Filan qarajda şofer işləmişik. Bu gəldi, qucaqladı, öpüşdük. Oturduq çörək yeməyə. Yanında bir xanım da vardı. Başladı yağış atmağa... Bir dənə... İki dənə... Üç dənə... Dedim, Şirəli, çörək islanar, dur, gedək oturaq içəridə. Getdik içəridə oturduq. Pəncərəni açdıq. Qız qayıdıb dedi ki, sən torpağın iyinə fikir verirsən?
Birdən yadıma düşdü ki, 30 il bundan qabaq mənim başıma gəlib bu. Düz 1975-ci ildə istədiyim qızı oğurlayıb gətirmişəm Qalaaltına. Bundan da gözəl yağış yağırdı. Qız deyib ki, dur gedək maşına, yağış yağır. Demişəm, hara qaçırsan? Biz çörəyi xəmir kimi yemişik. 30 il fırlandı mənim üçün arxaya. Durdum stoldan, getdim 23 dəyqəyə “Yağış” şeirini yazdım. Gətirib qoydum stolun üstünə. Gəlin ürəyində oxudu, başladı ağlamağa... Şirəli dedi ki, ala, nə yazmısan, arvad ağlayır?! Dedim, şeir yazmışam... Dedi, onda özün bərkdən oxu. Mən də oxudum. Səsimi telefona yazdı. Sonra bunun telefonundan yayıldı bütün Azərbaycana. İnternetə qoyuldu. Mən beləcə məşhurlaşdım.
“On altı ildir ailəmdən kənaram”
- “Məhəbbət” adlı şeirinizdə “gör məni nə günə saldı məhəbbət” deyirsiniz. Bu şeirin tarixçəsi varmı?
- Heç bir oğlana xas deyil bu şeir. Mənim özüm üçün yazılıb.
- Danışa bilərsiniz?
- Danışaram. Mən 16 ildir ailəmdən kənaram. İki yaxşı oğlum var. Birinin restoranı var. Biri də müğənnidir. Toyların eləmişəm. Oğlumun toyunu meşədə eləmişəm. İki qızım var, köçürmüşəm. Mən şeirin ucbatından ailəm dağıtmışam. Yoldaşım deyib, yazmayacaqsan. Demişəm, niyə? Deyir, sən orda yazırsan ki, qaşların aladır, gözlərin qara, vurmusan şairə o qədər yara... Kimə yazmısan bunu? Deyirəm, bu kiminçünsə yazılmır, ümumi yazılır. Dedim, mən elə səninçün yazmışam. Dedi, yox. Dedim, onda bu oğlanların, bu da sən. Bu ev, bu da eşik. Yaşamıram mən sizlə. Mən getdim.
“Qış, yay, payız həmişə pivə içirəm”
- Onlara maddi dəstək göstərirsiniz?
- Hər gün. Hər dəqiqə. Oğlum zəng edir, deyirəm, get filan yerdən filan qədər pul götür, mənlikdir. Bu kafe onların əlindən qan ağlayır. 5 il bundan qabaq burda məni heç kim tanımırdı. Qış idi, Şəkidən toydan gəlmişdim. Rayona qayıtmalıydım. Bu kafedə oturmuşdum. Pivə içirdim. Mən qış, yay, payız həmişə pivə içirəm. Bunu sevirəm. Ürəyim istəyən şeydir. Bir nəfər gəldi ki, olar oturum? Dedim, otur. Mənə qayıdıb dedi ki, qışda pivə içərlər? Dedim, əmoğlu onda rusun ağlı yoxdu da, gündə vurur. Dedim, oturmusan otur da, mənlə işin olmasın. Gördüm yox e, əmoğlu qoyub üstünə. Qalxdım ayağa, dedim, nə deyirsən, ala? Sən demə, bu obyekti işlədənlər, bu qardaşı tanıyırlar, məni tanımırlar. Gördüm o tərəfdən biri də gəldi. Bunlar çoxaldılar. Çıxdıq çölə. Dedilər ki, sən bu qaqaşın xətrinə dəymisən. Dedim, qaqaş deyil bu, oğraşdı. Dedim, danışığına fikir ver, qabağındakı bilirsən kimdir? Soruşdu ki, kimsən e sən? Dedim, Yetim Eyvazam. Dedi, nə danışırsan, ala, qurban olum sənə... O vaxtdan bu uşaqlarla qardaş olduq.
Müsahibənin ardında oxuyacaqsız.
- AYB-ə üzv olmaq təklifinə necə reaksiya verib?
- Şeirinə rep oxuyan Dado şairdən necə üzr istədi?
- Araq içmək dində qadağandır. “Pənco, pənco vurasan gərək” deyən şair bu haqda nə fikirləşir.
- Şair yüksək vəzifəli adamlardan kimlərlər oturub durur...
- Müsahibə vaxtı ona zəng edib “toya neçəyə gəlirsən?” deyən adamı necə söydü?
Elmin HƏSƏNLİ

9181 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024