Milli Kİtab Mükafatında istefalar-QALMAQAL

Milli Kİtab Mükafatında istefalar-QALMAQAL
4 iyun 2011
# 15:05
“Mən və Çingiz Abdullayev bu gün Milli Kitab Mükafatının Münsiflər Heyətindən istefa verdik”. Bunu Lent.az-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid söyləyib.

Rəşad Məcid Münsiflər Heyətinin başqa üzvlərinin, o cümlədən Rəbiyyət Aslanovanın bu addımı atacağını gözlədiyini bildirib.

Qeyd edək ki, bu gün “Park İnn”də otelində Milli Kitab Mükafatı qalibləri elan olunub. Birinci yerə Pərviz, ikinci yerə Məqsəd Nur, üçüncü yerə isə Nəriman Əbdurrəhmanlı və Natiq Rəsulzadə layiq görülüb. 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunub. Amerikan ədəbiyyatından Con Qolsuorsinin “Alma ağacı” (The apple tree, 1916) əsərinin tərcüməsinə Kamran Nəzirli ABŞ səfirlinin təqdim etdiyi 1000 manatlıq mükafata layiq görülüb.

Rəşad Məcid deyib ki, dünən proseslərlə tanış olarkən məlum olub ki, bir neçə münsif və təşkilatçı əvvəlcədən məqsəd güdərək hansısa əsəri birinci etmək naminə qruplaşıblar. Münsiflər Heyətinin bir neçə üzvü hansısa bir əsərə böyük bal verərək ön sıraya çıxarıb: “Pərvizin qalib elan olunan “Yad dildə” əsəri nə bədii cəhətdən, nə də digər keyfiyyətlərinə görə nəinki birinci olmağa, heç onluğa düşməyə layiq deyildi. Belə bir əsərin birinci yeri tutmasına etirazımızı bildirdik və Münsiflər Heyətini tərk etdik”.

Rəşad Məcid bildirib ki, Milli Kitab Mükafatı ilə bağlı proses başlayanda çox ürəklə bura qoşulub: “Rayonlarda aparılan təbliğatda da iştirak edirdim. Güman edirdim ki, Milli Kitab Mükafatı həqiqətən bizim kitabın təbliğinə xidmət edəcək. Amma təəssüf edirəm ki, cəmi 1 il keçmiş bəzi siyasət adamlarının, müxalifətə yaxın dairələrin əlində bir oyuncağa çevrildi və siyasi məqsədlər naminə burada qruplaşaraq hansısa əsəri birinci etdilər. O əsər heç bir bədii keyfiyyətinə görə birinciliyə layiq deyildi. Ona görə də çəkdiyim əziyyətlərə heyfim gəlir ki, gələcəyini uğurlu gördüyüm Milli Kitab Mükafatı yarı yolda büdrədi. Hesab edirəm ki, bundan sonra Milli Kitab Mükafatının verilməsini davam etdirmək çətin olacaq”.
# 1511 dəfə oxunub

Oxşar xəbərlər

İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər