Azərbaycan toylarına yox deyək! MÖVQE
30 oktyabr 2012
12:08
Dünən Salam Sarvan, Murad Köhnəqala və Aqşin Yenisey toyları botkoy etdikləri barədə müraciət yaydılar.
Çox gözəl çağırışdır. Mən də sözün əsl mənasınsa Azərbaycan toylarına nifrət edirəm. Bəyənatda qeyd edildiyi kimi, toy edənə, toya gələnə ziyan vurduğu üçün... Toy edənin ağrılı vəziyyətini qoyaq kənara... Hətta toya dəvət edilən də, dəvətnamə aldığı gündən ürək ağrısı keçirir "toya pulu hardan alıb keçirəcəm" deyə. Bir az əsəbi insandırsa, hətta toy yiyəsinə qarğış belə tökür. Qulaqlarımla eşitmişəm. "Atana nəhlət olsun toy yiyəsi, indi balamın ağzından kəsib bu 50-100 manatı sənə necə verim"...
Deyəcəksiniz, getməsin nə məcburdur. Amma bu məcburiyyəti hər biriniz həyatınızda bir dəfə də olsa yaşamısınız. İstəməsəniz də, üz-üzdən utanıb getmək məcburiyyətində qalmısınız. Bu yaxınlarda iş yoldaşımın oğlunun toyu oldu. Xususi dəvətnamə almışdım, getməsəm, ayıb olardı, getsəm, 1 aylıq maaşımın yarısı gedəcəkdi. Sonra düşündüm ki, o adamın zatən mənim puluma ehtiyacı yoxdur. Eybi olmaz, 30 manat ödəyərəm. "Yeganə" şadlıq sarayında keçirilən dəbdəbəli toya getdim. Amma qapıdan çıxarkən hər kəsin ən azı 100 manat yazdırdığını görüb əlimdəki 30 manatdan utandım və iş yoldaşlarımdan 20 manat borc alıb üstünü düzəldib 50 manat ödədim. Bu mənə lazım idimi? Bu pullar hara gedir? Təbii ki, stolların üstündən tökülüb qalan lazımsız yeməklərə, 50 cür mənasız salatlara, saatı 10 min manata oxuyan müğənnilərə, şadlıq sarayına və s.
Bu puldan toy yiyəsi yararlansaydı, dərd yarı idi. Amma toy yiyəsinin də dərdli günləri toydan sonra başlayır. Əlində bir uzun siyahı... Və hər ay bir qohum-tanışın toyu olur və məcburdur o da onun toyuna gedib borcunu qaytarsın... Bir sözlə Azərbaycan cəmiyyətinin özünü ona-buna, qohum-qonşuya göstərmə kimi ağılsız şöhrətpərəstliyi, yaxud "başqalarından seçilsəm ayıb olar" kimi utancaqlığı, zəifliyi... Əminəm ki, çoxları bizim kimi düşünür, toylardan dad-aman edirlər. Amma kimsə bu dəyişikliyi özündən başlamır, özündən başlayacaq qədər cəsarətli deyil.
Cəmiyyətimizdə bu cür cəsarətli insanların sayı artarsa, kütlənin gözü öyrəşər sadə mərasimlərə və tezliklə bu problemlərin qarşısı alınar. Mən də bir jurnalist olaraq yazarların bu aksiyasına qoşuluram. Və hər kəsi də ilk dəyişikliyi özündən başlamağa çağırıram. Şəxsən məni heç vaxt "filankəs nə deyər" məsələləri maraqlandırmayıb. Ailəmdə 1 qız övladım böyüyür. Söz vermişəm ona adət etdiyimiz kimi toy etməyəcəm. Mənə aid mərasimlərdə ən yaxın 50 nədər insanın olması bəs edər. Yoxsa toylara gedirsən, uzaq qohumdan elə insanları dəvət ediblər ki, onlar nə bəyi tanıyır, nə gəlini. Bu cür saxtalıq, əyləncə kimə lazımdır? İnsanın ən xoş günündə yanında ən yaxın insanlar olmalıdır. Stolunun üstündə nə məcburdur ki, 50 cür yemək olsun. Bu cür müxtəlif yemək menyusunun sağlamlığa necə ziyan etməsini isə artıq hər kəs bilir. 3 cür yeməklə də doymaq olar...
Bu mənasız toy adətləri ağrılı yerim olduğu üçün başqa xalqların da toyları ilə həmişə maraqlanmışam. Adət-ənənəsi bizə daha yaxın olan qardaş ölkə - Türkiyəyə nəzər salaq. Türkiyədə toyda yemək verilmir. Bunu bir türk tanışım dedi. Qulaqlarıma inanmadım, ola bilməz dedim. O isə söylədi ki, 2 qızının toyunu edib və məclisdə ancaq şirniyyat paylanılır. Daha sonra rəqs, əyləncə... Bax, əsl toy budur. İnsanların fikri yeməkdə, qarınlarında, menyunun varlı-kasıb olmasında deyil, bir yerə yığışmalarının səbəbi 2 gəncin yeni evlilik həyatına qədəm qoymasını qeyd etməkdir...
Bir daha hər kəsə səslənirəm... Bu ifratçılığa səbəb toy adətlərinə son verək! Hər kəs bu dəyişikliyi özündən başlasa gələcəkdə öz övladlarımıza belə çətin adəti miras qoyub getməyəcəyik.

3269 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024