Sarışın arvadı, dörd uşağı vardı, pivə içməyi xoşlayırdı - HEKAYƏ
5 oktyabr 2012
07:30
İşğalçı ordunun sıralarında Fransa torpağına soxulandan bəri Valter Şnafs özünü yer üzünün ən bədbəxt adamı hesab edirdi. Gonbul kişiydi Valter Şnafs, güclə yeriyirdi, tez-tez də təngənəfəs olurdu; yastıdaban ayaqları lap onun atasını yandırırdı. Olmazın əziyyəti verirdi ona. Əslində çox düz və xeyirxah adam idi.
Dörd uşaq atasıydı; uşaqlarını da olduqca çox istiyirdi. Cavan, sarışın bir qadınla evlənmişdi. Arvadının qayğıkeşliyi, nəvazişləri, öpüşləri hələ də hər axşam yadına düşürdü. Axşamlar tez yatmağı. Səhərlər gec durmağı sevirdi; yaman da astagəl idi, dadlı-dadlı xörəkləri yavaş-yavaş yeməyi, pivəxanada oivəni məzələnə-məzələnə içməyi çox xoşlayırdı. Onun fikrincə, bu dünyada yaxşı nə varsa, insan məhv olanda onunla birlikdə o da məhv olub gedir. Qılınclara, tapançalara, tüfənglərə, toplara xüsusilə süngülərə ürəyində dərin kini, nifrəti vardı.
Axı, bu süngü zəhrimarı işlətmək üçün adamda bir təpər olmalıdır; bu təpər də Valter Şnafsda yox idi ki, heç olmasa, öz yekə qarnını qoruya biləydi.
Gecələr xorhaxorla yatan yoldaşlarının böyründə, şinelinə bürünüb, quru torpaq üstündə uzananda həmişə yaxın qohumları, ev-eşik yadına düşərdi, onu gözləyən fəlakət barəsində uzun-uzadı götür-qoy edərdi. Arabir ağlayardı da.
Neçə ay idi Valter Şnafsın günü beləcə qorxu-hürkü, dərd-kədər içində keçirdi.
Bir gün Valter Şnafsı bir dəstə əsgərlə kəşfiyyata göndərdilər. Kəşfiyytaçılar ölkənin bu yerlərində nələr baş verdiyini öyrənməli və dərhal hissəyə qayıtmalıydılar. Onlar gəlib bir kəndə çatdılar. Kənddə sakitlik idi, almanlara qarşı əks hücuma keçməyə, müqavimət göstərməyə hazırlıqdan heç bir əsər-əlamət yox idi.
Alman kəşfiyyatçıları dərin yarğanların arasındakı kiçik bir vadiyə enəndə şiddətli atışma dayandırdı onları. Balaca bir meşədən qəflətən çıxan bir qrup Fransız partizanı almanlardan düz iyirmisini o dünyalıq elədi. Süngülü, tüfəngli partizanların həmləsi alman kəşfiyyatçıları üçün tamamilə gözlənilməz oldu.
Bu vuruşmada Valter Şnafs o qədər çaşbaş qalmış, başını o qədər itirmişdi ki, qaçıb gizlənmək heç ağlına da gəlmirdi. Birdən səfeh bir fikir çuğladı onu: dəstədən ayrılıb qaçmaq. Amma yadına düşəndə ki, onun qaçışı keçi sürüsü kimi hoppana-hoppana yüyürən arıq, çevik fransızlarla müqaisədə lap tısbağa yerişinə oxşayır, bu fikrindən vaz keçdi. Bu vaxt təxminən altı addımlığında kol-kos basmış, quru yarpaqla örtülmüş iri bir xəndək gözünə sataşdı. Xəndəyin dərinliyinə, dayazlığına baxmadı, körpüdən çaya cuman təki ora tullandı. Kol-kos onun ağırlığı altında yay kimi enib-qalxdı. Elə bil Valter Şnafs yaylı çarpayının üstündə oturmuşdu.
Hələ bir müddət atışma, qışqırıq, inilti səsləri eşdildi. Sonra səs-küy zəiflədi, nəhayət, tamamilə eşidilməz oldu.
Birdən əks tərəfdə nəsə tərpəndi. Qorxudan Şnafsın ürəyi qopdu. Bu, balaca bir quş idi, budağa qonarkən qurumuş yarpaqlara toxunub, onları tərpətmişdi. Vahimədən bir saata kimi özünə gələ bilmədi; nəbzi tez-tez vurdu.
Qaranlıq qovuşmuşdu. Alman kəşfiyyatçısı hələ də nə edəcəyi barədə götür-qoy eldirdi. Nə çarə qılsın başına? Aqibəti necə olacaq onun? Gedib öz ordu hissəsini tapsınmı? Necə etsin? Hara getsin? Yox, öz hissəsinə qayıtmaq fikri yox idi onun. Müharibənin başlandığı ilk gündən indiyəcən gördüyü kədərli, qorxunc və cansıxıcı ordu həyatına bir daha qayıtmaq axmaqlıq olardı. Doğrusu indi çox əfəlləşmişdi, çətin tab gətirə bilərdi hərbi qayda-qanuna.
Bəs onda neyləsin? Axı, müharibənin axırına kimi bu dərədə oturub gözləməli deyildi! Bircə bu zəhrimar yemək məsələsi olmasydı, elə burdaca qalıb, davanın axırını gözləmək onu bir o qədər də narahat etməzdi. Ancaq yemək lazım idi; özü də hər gün.
Beləliklə Valter silahlı, hərbi geyimdə, onu müdafiə edə biləcək adamlardan uzaqda, düşmən ərazisində tək-tənha qalmışdı. Bunları götür-qoy etdikcə Valter Şnafsın canına vicvicə düşürdü.
Birdən onun başına belə bir fikir gəldi. “Əsir düşsəm, nə yaxşı olardı!” Fransızlara əsir düşmək istəyi onun ürəyini yerindən oynatdı. Əsir düşmək! Bəli, əsir düşsə, ölümdən yaxası qurtarar, azdan-çoxdan yeməyi, yatmağa yeri olar, güllədən, qılınc zərbəsindən uzaq, yaxşı mühafizə olunan rahat bir həbsxanada sığınmaq imkanı olardı. Əsir düşmək! Nə gözəl arzudur! Qəfildən ağlına gəlmiş bu planı həyata keçirməkdə Valter Şnafsın qərarı qəti idi. O öz-özünə dedi: “ Mütləq gedib fransızlara əsir düşəcəyəm”.
Düşündüyü planı lap indicə həyata keçirmək qətiyyətilə ayağa qalxdı. Lakin bu vaxt gözlənilmədən başqa bir qorxu onu çuğladı. Bir müddət hərəkətsiz yerindəcə donub qaldı.
Təslim olmaq üçün hara getsin? Necə getsin? Hansı tərəfə getsin? Həlka olmuş yoldaşlarının surəti, onların dəhşətli və vahiməli sir-sifətlərigözünün qabağından çəkilmirdi. O, şiş uclu dəbilqəsiilə özünü kənd yerində daha təhlükəli vəziyyətə sala bilərdi.
Birdən fransız kəndlilərinə rast gəldi, bəs onda? Həmin kəndlilər alman kəşfiyyatçısını, müdafiəsiz alman əsgərini yəqin ki, it kimi gəbərdərlər” Yaba.ş külüng, oraq, bel ilə öldürərlər onu! Qiymə-qiymə doğrayıb kotlet, ya da sıyıq düzəldərlər ondan.
Bəs fransız partizanlarına rast gəlsə? Qayda-qanun, intizam tanımayan həmin o quduz partizanlar əyləncə xatirinə, məşğuliyyət üçün gülləliyərlər onu. Valter Şnafs divara söykənildiyini, on iki tüfəng lüləsinin ona tuşlandığını xəyalına gətirdi.
Bəs fransız ordusunun lap özünə rast gəlsə necə olacaq? Ordunun önündə gedən dəstələr onu kəşfiyyatçı hesab edib, diri tutmaq üçün başının üstündən güllə atacaqlar. Valter Şnafsa birdən elə gəlirdi ki, o, kolluqda gizlənmiş fransız əsgərlərinin qeyri-müntəzəm atəş açmalarını eşidir, özünü döyüş meydanının ortasında ayaq üstə dayanmış görür; görür ki, güllələr onun bədənini dəlik-deşik eləyir, o, ağır-ağır torpağa enir...
Valter Şnafs ümidsiz halda oturdu. O, yaxşı başa düşürdü ki, çıxılmaz vəziyyətə düşüb.
Artıq gecə idi; lal və qaranlıq bir gecə. Alman kəşfiyyatçısı daha tərpənmirdi. Zülmət və qaranlıqda eşitdiyi hər naməlum və yüngül səsdən diksinirdi.
Nəhayətsiz, uzun görünən qəmli-ələmli saatlar ötüb keçdi, dan yeri tədricən ağarmağa başladı. Səhərin açılması Valter Şnafsa böyük rahatlıq gətirdi. Rahatlıq onun bütün əzablarına nüfuz edib, nəvazişlə oxşadı, canına dinclik gətirdi,ürəyini sakitləşdirdi, gözlərini yumub, onu dərin yuxuya qərq etdi.
O, yuxudan ayılanda, demək olar ki, günorta idi. Günün bu çağında çöllərin sakitliyini poza biləcək nə bir səs-küy, nə da cüzi bir hənirti eşidilirdi. Valter Şnafs gördü ki, acından lap ürəyi axır.
Kolbasanı, əsgər kolbasasını gözünün qabağına gətirdi. Ağzı sulandı, mədə ağrısı əziyyət verdi ona.
Ayağa qalxdı, bir neçə addım atdı. Lakin heysiz ayaqları sözünə baxmadı, yenidən oturdu, bir yana çıxmaq üçün xeyli götür-qoy elədi, fikirləşdi, baş sındırdı. İki-üç saat bu lənətə gəlmiş “hə, yox”-ları ; “mümkündür, qeyri-mümkündür”-ləri ölçüb biçdi. Qərarını tez-tez dəyişir, tərəddütdən yaxa qurtara bilmirdi.
Axır ki, başına “yaxındakı keçidi güdmək” kimi ağıllı və sərfəli bir fikir gəldi. Silahı, heç bir qorxulu əmək aləti olmayan tənha bir kəndli bu yaxından keçsə, onun qarşısına qaçıb, yaxşı-yaxşı başa salar ki, fransızlara təslim olmaq istəyir.
Ona xəyanət edə biləcək şiş uclu dəbilqəsini bu niyyətlə çıxartdı, gizləndiyi yarğandan böyük ehtiyyatla başını yavaş-yavaş qaldırdı.
Yoldan tək keçən adam gözünə dəymirdi. Sol tərəfdə, xiyabanın arxasında balaca qülləli böyük bir qəsr görünürdü.
Şnafs dərin iztirab içində axşama qədər gözlədi. Bu müddət ərzində onun eşitdikləri daxilindəki iniltilər, şikayətlər, gördükləri isə ətrafda uçuşan qarğalar oldu.
Yenə şər qarışdı; az sonra yerin səthinə qatı zülmət çökdü.
Valter Şnafs yarğanın düz ortasında tirtap uzanmışdı, bütün ac adamlar kimi, o da narahatlıq və dəhşət içində yuxuya getdi.
Yuxudan ayılanda düz onun başı üstündə şəfəq qızarırdı. O, əvvəlcə kəndi müşahidə elədi. Kənd dünənkitək yenə də kimsəsizgörünürdü; elə bil burda insan yaşamırdı. Valter Şnafsın canına yeni bir qorxu düşdü - acından ölmək qorxusu. Gözünün qabağına gətirdi ki, onun meyidi, bax, beləcə, elə bu yarğanın dibində, gözləri yumulu halda, arxası üstə uzanıb. Xırdaca həşəratlar, hər cür qurd quş, onun meyidinə tərəf sürünür, ya uçuşub gəlir, onu yeməyə başlayır. Qurd-quş, həşərat hər tərəfədən onun cəsədinə daraşır, soyuq dərisini deşmək üçün arabir paltarının altına da dürtülürlər. Budur, iri bir qarğa onun gözlərini dimdikləyir...
Valter Şnafs az qalırdı ki, dəli olsun; ona elə gəlirdi ki, zəiflikdən ağlını itirir; bir yana gedib çıxa bilmək ümidi azalırdı. Elə istəyirdi ki, qüvvəsini toplayıb ayağa qalxsın və kəndə tərəf getsin, bir də gördü, üç nəfər kəndli çiynində yaba tarlaya sarı gedir. Gizləndiyi yarğanda yeniden sərilib uzandı.
Göylər yer üzünə yenidən qara pərdə çəkəndə Şnafs yarğandan yavaş-yavaş çıxıb, qəsrə tərəf üz qoydu. O qorxa-qorxa, əyilə-əyilə, ürəyi əsə-əsə yeriyirdi. Valter Şnafs qəsrə getməyi kəndə girməkdən üstün tuturdu. Nədənsə kəndə girmək ona pələng yuvasına girmək qədər dəhşətli və vahiməli görünürdü.
Qəsrin pəncərələrindən işıq gəlirdi. Onlardan biri hətta açıq idi. Açıq pəncərədən qızardılmış ət iyi Şnafsın burnuna dolur, oradan da qarnının dərinliklərinə enirdi. Kəşfiyyatçının xoş qoxulu, onu qarşısıalınmaz qüvvə ilə özünə cəlb eləyən qızardılmış ətdən yeyə iləcəyinə ümidi yox idi.
Birdən, heç özü də fikirləşmədən, başında dəbilqə, açıq pəncərənin önündə dayandı.
İçəridə səkkiz qulluqçu böyük bir stol arxasında şam edirdi. Qulluqçu qadınlardan birinin nəzəri pəncərənin ağzında dayanmış Valter Şnafsa sataşdı. Qadanın əlindən stəkanı yerə düşdü; matı-qutu qurumuşdu; ağzı açıq halda gözlərini düşməndən çəkə bilmirdi. Qalan yeddi qulluqçu da nəzərlərini birinci qadının baxdığı səmtə yönəltdilər və alman əsgərini gördülər.
- Cənablar! Almanlar qəsrə hücum edirlər...
Səkkiz qulluqçu müxtəlif avazla, eyni zamanda və bir ağızdan qışqırışdılar. Fıryad və imdad dolu qışqırıqdan sonra bərk çaxnaşma düşdü, bir-birini itələyən kim, çaşbaş halda qapıya tərəf qaçan kim. Stullar aşır, kişilər qadınları yıxıb üstündən keçirdilər. İki dəqiqə ərzində bütün qəsr boşaldı. Üstü yemək-içməklə dolu stolu tərk edib getdilər. Heyrətlənmiş Valter Şnafs hələ də pəncərənin ağzında dururdu.
Bir anlıq tərəddütdən sonra kəşfiyyatçı pəncərədən aşıb, mətbəxə girdi və yeməklə dolu boşqablara tərəf tələsdi. Acından qızdırmalı adamlar kimi əsim-əsim əsirdi. Üstəlik də qorxu hissi onun ürəyini üzürdü. O bir müddət ətrafı dinlədi. Ona elə gəlirdi ki, qəsrin bütün binası lərzəyə gəlib, titrəyir. Alman əsgəri yuxarı mərtəbədə qapıların çırpılmasını, döşəmədə tələsən ayaq səsələrini yaxşı eşidirdi. Sonra bütün tarappaturp, səs-küy kəsildi; böyük qəsrə sanki qəbir sükutu çökdü.
Valter Şnafs boşqablardan birini qabağına çəkib yeməyə başladı. Çuval kimi açılmış ağzına ət tikələrini ikiəlli tullayırdı. Ət parçaları boğazından keçərkən onu şişirdir və bir-birinin ardınca mədəsinə enirdi. Bəzən boğaz borusu mədəsindən ağzına qədər, dəmir boru tıxanan kimi, elə tıxanırdı ki, az qalırdı cırılsın. Valter Şnafs bu halda dayanıb, azacıq gözləməli olurdu. O, alma şirəsi ilə dolu dolçanı başına çəkib, boru kəmərinin tıxacını açırmış kimi boğazını təmizləyirdi.
O, bütün boşqabları, bütün şüşələri qarnına boşaltdı. Yemək-içməkdən kefi durulmuş, rəngi qızarmışdı. Hıçqırıqlardan bütün vücudu silkilənən Şnafs mundirinin düymələrini açdı ki, yaxşı nəfəs ala bilsin.
O qədər yemişdi ki, durub bir addım da ata bilməzdi. Alnını stolun üstündə çarpazlaşmış qollarının arasına qoyub, tədricən hər şeyi unutdu, şirin və xoş xəyallara qərq oldu.
Xiyabanın ağacları üstündən güclə görünən üfüqü Ayın son şüarları mox zəif işıqlandırırdı. Lal sükuta qərq olmuş qəsr yerə iri qara kölgə salırdı. Birinci mərətbədə yalnız iki pəncərədən işıq gəlirdi.
Gözlənilmədən amiranə bir səs eşidildi:
- İrəli! Hə, tez olun! Hücum, mənim əzizlərim!
Bir göz qırpımında qapılar, pəncərələr sındı, insan dalğası hücum çəkib hər yanı ələk-vələk elədi. Əllərinə keçəni sındırıb dağıtdılar və nəhayət, qəsri tam ələ keçirdilər. Valter Şnafsın özü üçün sakitcə dincəldiyi mətbəxə təpədən dırnağa qədər silahlanmış əlli əsgər sel kimi, gurultu ilə soxuldu, əlli tüfəng lüləsi alman əsgərinin sinəsinə tuşlandı. Sonra onu tutub yerə sərdilər və başdan-ayağa qədər möhkəm bağladılar.
Sinəsi qızıl medallarla bəzənmiş yekəpər bir zabit bir anda ayağını onun qarnına qoyub bağırdı:
- Siz əsir alınırsınız, təslim olun!
Qorxudan özünü itirmiş və qulaqları tutulmuş alman kəşfiyyatçısı yalnız “əsir” sözünü eşidəndə bildi və “ya, ya ya” deyə bildi.
Onu yerdən qaldırdılar, stula oturdub, möhkm sarıdılar. Balina kimi fısıldayan fransız əsgərləri çox diqqətlə onun pal-paltarını, ciblərini yoxladı.
Valter Şnafs gülümsəyirdi, indi əsir düşdüyünə şəkk-şübhəsi qalmadığı üçün ürəyində sevinirdi.
Mətbəxə təzəcə girmiş başqa bir zabit dedi:
- Cənab polovnik, düşmənlər qaçdı. Deyəsən, çoxlu yaralananlar var. Bizim ərazini düşmən əlin keçməyə qoymadıq, ərazi yenə də bizim nəzarətimiz altında qalır.
Gombul zabit alnının tərini silə-silə:
- Qələbə! –deyə bağırdı. Sonra cibindən balaca bir qeyd dəftərçəsi çıxarıb yazdı:
“ Qızğın döyüşlərdən sonra almanlar geri çəkilməyə məcbur oldu. Vuruşma zamanı əlli nəfər düşmən əsgəri döyüş qabiliyyətini itirdi. Almanlar geri çəkilərkən həlak olmuş və yaralanmış əsgərlərini də özləri ilə apardılar. Xeyli düşmən əsgəri əsir tutulmuşdu”.
Gənc zabitin səsi yenidən eşidildi:
- Mən daha nə etməliyəm, cənab polkovnik?
- Biz geri çəkilməliyik,- polkovnik qətiyyətlə cavab verdi.
- Düşmən yeni qüvvə toplayı, artileriya gətirib, bizə qarşı hücuma keçə bilər. Bax, bu bəladan özümüzü qorumalıyıq.
Polkovnik hamının geri çəkilməsini əmr etdi.
Qəsr divarlarının kölgəsində əsgərlər sıraya düzüldü. Valter Şnafsı əli tapançalı altı əsgər aparırdı. Onu möhkəmcə büküb sarımışdılar.
“Ehtiyat igidin yaraşığıdır” deyiblər; ordu geri çəkilsə də, ehtiyatı əldən vermək olmazdı. Əsgərlərin, eləcə də əsir düşmüş alman kəşfiyyatçısının təhlükəsizliyini təmin etmək məqsədilə ön xəttə bir neçə kəşfiyyatçı göndərildi. Geridə qalan əsgərlər çox ehtiyyatla, yavaş-yavaş irəliləyirdi. Arabir dayanıb, istirahət də edirdilər.
Dan yeri söküləndə gəlib Roş-Uazel bələdiyyə idarəsinə çatdılar. Qəsri dəfedilməz həmlə ilə alan və almanları darmadağın edən də elə bu bələdiyyə idarəsinin milli qvardiyaçılarıdır.
Camaat küçələrə çıxıb gözləyirdi. Alman əsgərinin başındakı dəbilqəni görən izdham ucadan qışqırıb hay-həşir qopardı, söyüş, lənət yağdırdı almanlara. Qadınlar əllərini havada hədə ilə yelləyir, qoca arvadlar isə ağlayırdı. İzdihamın içindəki qoca bir kişi qoltuq ağacını Valter Şnafsın başına atdı, lakin ağac fransız əsgərlərindən birinin burnuna dəyib yaraladı.
Polkovnik bağırdı:
- Əsirin təhlükəsizliyini təmin edin!
Nəhayət, şəhər həbsxanasına gəlib çatdılar. Həbsxananın qapısını açdılar, Valter Şnafsı itələyib oraya saldılar. İki yüz nəfər silahlı əsgər həbsxanaya keşikçi təyin olundu.
Alman kəşfiyyatçısı əsir düşmək əməliyyatına əvvəllər təhlükəli, qeyri-mümkün bir iş kimi baxsa da, indi o, sevincindən yerə-göyə sığmır, əli də, ayağı da, oynayırdı. Bəli, o artıq əsir düşmüşdü, ölüm təhlükəsindən, xüsusilə acından ölmək qorxusundan yaxasını qurtarmışdı.
Beləliklə, Şampinye qəsri altı saat düşmən əlində qalandan sonra yenidən azad edildi.
Keçmiş mahud parça taciri polkovnik Batye bu əməliyyatda Roş-Uazel milli qvardiyasina bacarıqla rəhbərlik etdiyi üçün təltif olundu.
Tərcümə edən: Əziz Gözəlov

2542 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024