Nüsrət Kəsəmənlinin xanımı şairi xatırlayır
25 sentyabr 2012
10:42
Unudulmaz şair Nüsrət Kəsəmənlinin doğum günü olduğu üçün bu yazını yenidən təqdim edirik.
Ramilə Qurbanlının “Son ucu ölümlü dünya” layihəsində
Bitirsən qapıda bənövşə kimi... Bu şeirin həsr edildiyi qadın bu gün həmin şeirin müəllifi haqda danışır. Yeniyetmə çağlarımızda dilimizin əzbəri olmuş bənzərsiz şair Nüsrət Kəsəmənlinin xanımı Rəhilə Kəsəmənli necə danışıbsa, eləcə təqdim etməyə qərar verdim.
Nənə təqaüdü ilə dolanan tələbə
Ata-anası evlənəndə atasının 18, anasının 16 yaşı olub. Çox seviblər bir-birlərini. Bu izdivacdan 1945- ci ildə Qazax rayonun Kəsəmən kəndində Nüsrət dünyaya gəlib. Nüsrət hələ dünyaya gəlməmiş ata- anası qısqanclıq zəminində ayrılıblar. Ağlı kəsəndə nənə-baba görüb, ata-ana tanımayıb. Atasını qardaşı bilib, çünki ata nənəsi ilə babası uşağı özləri saxlayıblar.
Anasının ata-anası deyib ki, gəncsən, sənin tayların heç ərə getməyib, onların uşaqlarını da at üstlərinə, özləri baxsın. Nüsrətin ata nənəsinin özünün üç oğlu olub, üstəlik də körpə Nüsrət. Ona nəvə deyilməyib, öz övladları kimi böyüdüblər. Nüsrət 18 yaşına çatanda babası deyib ki, bunun anası var, biz bu gün varıq, sabah yox, aparaq tanış edək, anasını tanısın, yoxsa mən bu günahla o dünyaya gedə bilmərəm. Aparıblar anasının görüşünə. Anası keçmiş qayınata, qayınanası ilə görüşüb, Nüsrəti qaynı bilib-Arif, xoş gəlmisən, deyib. Baba deyib ki, qızım, Arif deyil, Nüsrətdir.
Belə deyəndə qadının ürəyi gedib. Bunları danışanda Nüsrət daha maraqlı bir epizod da danışdı. Dedi ki, filmə salınsa, hamı elə bilər ki, ssenaristin fantaziyasıdır, amma bu, həqiqət idi. Deyirdi bu qadın bir dəfə avtobusda yol boyu mənə baxıb ağlayıb. Mən də düşünürdüm ki, yəqin nə isə bir dərdi var, özünü avtobusda da ağlamaqdan saxlaya bilmir. Deyirdi anamı görəndə tanıdım ki, bu, həmin qadındır.
Sonralar mən qaynanamla tanış olanda mənə Nüsrətsiz nələr yaşadıqlarını danışdı. Deyirdi ki, Nüsrəti əlimdən alıb babasıgilə verəndən sonra dəsmalları büküb alıb qucağıma Nüsrət deyib layla çalırdım.
Nüsrət çox ağır həyat keçirib. Bakıya qəbul imtahanına gələndə gecə Sabir adına bağda yatıb. Gecə yarısı milis nəfərləri gəlib onu tutub şöbəyə aparıblar. Nüsrət imtahan vərəqini göstərib ki, abituriyentəm, sadəcə, qalmağa yerim yoxdur. Görüblər ki, doğru-düzgün adamdır. Milisin biri onu Politexnik İnstitutunun yataqxanasına aparıb, orda ona yer düzəldib.
İmtahanları verincə Nüsrət orda qalıb. Universitetin jurnalistikasına qəbul olandan sonra da Nəsir İmanquliyev ona dayaq olub. Tələbəsi imiş, tanıyıb görüb ki, nənənin təqaüdü ilə dolanır, amma qiymətləri əladır. Nüsrəti qiyabi şöbəyə keçirib, “Bakı” qəzetinə işə götürüb. Bu minvalla həm oxuyub, həm işləyib Nüsrət.
Mən onu həyatda necə tapmışdımsa, elə də itirdim
Universitetə qəbul olan gündən bu məni görüb nəzarətində saxlayıb. Nüsrət axırıncı kursda oxuyurdu. Bizim qrupa gəlirdi, demə bunun mənə görə gəldiyini hamı bilir, məndən başqa. Mən də universitetdə makinada yazırdım. Bir gün bir oğlan mənə bir şeir gətirdi ki, bunu yazarsınız? Dedim yazaram. “Ona” adlı şeir idi, altından da imzası- Nüsrət Kəsəmənli. Şeiri verən isə özü deyildi, dostu imiş. Şeiri iki nüsxə yazdım, birini özüm üçün saxladım. Növbəti gün Nüsrət özü gəldi. Soruşdu ki, şeiri yazmısınız? Verdim, əlyazmanı qaytarıb verdi mənə, makina variantını apardı.
Düşündüm ki, əlyazmanı niyə qaytardı görəsən?..
Sonra zəng elədi mənə ki, başa düşmədin niyə əlyazmanı verdim sənə? O şeir sənə həsr olunub.
Elçiləri gələndə anam daş atdı, başını tutdu ki, mənim şairə veriləsi qızım yoxdur. Özü də bir qız, gündə gələcəksən üstümə ki, başqa qadınlara şeir yazır, oradan-burdan sorağı gəlir. Əl çəkmədi. Axırda anam dedi ki, qoy əsgərliyə gedib gəlsin, baxarıq. Qayıtdı əsgərlikdən, yenə elçi göndərdi. Bu dəfə Nəsir İmanquliyevlə xanımı Gövhər xanım gəldilər və dedilər ki, biz ailə tərəfindən bu oğlana zaminik.
Gəlinlik paltarını özüm almışdım
Çünki çox imkansız idi. Təzə evlənən vaxtlar çox maddi çətinliklərimiz oldu. Nəsir müəllim tez bir zamanda bizə ev aldı. Qoymadı kirayədə çox qalaq. Kirayədə qalırdıq, hələ tələbə idim. Bir gün universitetdə oturub ağlayırdım ki, bu gün- sabah uşaq olacaq, neyləyəcəyik, necə dolanacağıq? Bir lotereya almışdım, onu yoxladıq, gördük maşın udmuşuq. O vaxt maşın almaq da şübhəli idi, üstümüzə əlində pul neçə-neçə adamlar gəldi ki, lotereyanı satın alsınlar. Dedik ki, yox, bu, bizə Tanrının qismətidir.
Səmimiyyət, məhəbbət olan ailəni Allah gec-tez mükafatlandırır. İlk övladımız olanda artıq maşın da var idi, ev də. Televiziyada Nüsrət bir-neçə veriliş hazırlayıb yaxşı qonorar alırdı. Hər şey öz yerini aldı.
İllər uzunu hər şeyi içimdə qapayıb heç anama da deməmişəm. Kimlərə şeir yazdı, ordan gəldi, burdan getdi, qısqanmışam, amma içimdə, üzə çıxartmamışam. Özümə zülm eləmişəm, çox əziyyətlər çəkmişəm, amma kimsəyə açmamışam. Razı olmamışam ki, nə ailəm, nə Nüsrət haqda mənfi ictimai rəy yaransın. Ayrılsam belə Nüsrət haqda mənfi heç nə deməzdim, o, mənim ailəmin başçısıdır, nüfuzuna xələl gəlməsinə razı olmazdım.
Adamın Allahı var, ailəyə çox bağlı, çox istiqanlı adam idi. Bizi heç vaxt ikinci dərəcəli tutmayıb, bunu hiss etməmişəm. Həmişə görmüşəm ki, ailəsi, uşaqları onun üçün birinci dərəcəlidir. Olub ki, gecə yarısı gəlib evə, içimdə çox asıb-kəsir, götür-qoy edirdim. Nə edəcəyimi düşünürdüm. Elə ki, maşınının qapıda dayandığını eşidirdim, ürəyim yumşalırdı, bağışlayırdım onu. Qapını heç vaxt döyməzdi, zəngi basmazdı, qapının üstündə ritmlər çalardı. Açırdım qısılıb qapının küncünə özünü danlaya-danlaya yavaşca girirdi evə: “Utanıram, buna bax, yenə gec gəldim evə, qoymurlar da vaxtında gəlim evimə, ailəmə çıxam”.
Məni gülmək tuturdu. Gecə saat 2 olsa da bişirdiyim xörəkdən yeyib deyirdi ki, istədiyim elə bu idi. Heç vaxt əliboş gəlməzdi evə. Gecə yarısı əlində çörək alıb gətirirdi. Ondan narazılığım olmayıb. Bircə narazılığım gec gəlməyində idi, onu da elə nəzakətlə malalayırdı ki, bütün narazılığım ötüb keçirdi. Bəzən oturub o qədər söhbət edirdik ki, bir də görürdük hava işıqlaşıb. Evinə çox yaxşı baxıb, uşaqlarını çox istəyirdi. İndi də uşaqlar bir şey olanda “Nüsrət bizi yaman yerdə qoyub, getdi” deyirlər. Ona çox bağlı idilər. Onlarla dost idi. Elə bil ata-oğul yox, üç qardaş idilər.
Həyatıma bixəbər gəldiyi kimi bixəbər də getdi
İranda müalicə olunmağı özü seçdi. Dedi ki, Təbrizə müalicəyə gedəcəm. Ürəyindən əməliyyat yaxşı keçmişdi, özünü yaxşı hiss edirdi. Birdən-birə böyrəkləri funksiyasını itirdi. Təbrizdə onu çox sevirdilər, ona görə oranı seçdi. Oradakı xəstəxanada bir ilə yaxın yatdı. İçəri buraxmırdılar, gənclər, tələbələr yatdığı palatanın pəncərələrinə “skoç”la qızıl güllər yapışdırırdılar.
Özünü yaxşı hiss edən kimi ali məktəblərə tələbələrlə görüşə dəvət edirdilər, gedirdi. İynə vurdurub gedirdi ki, ağrı tutmasın onu. Evdən yemək bişirib aparırdım, onu yeyirdi. Yaxşı qulluq da olunurdu, amma həkimlər dedilər ki, böyrək bütün qanı zəhərləyib, gecdir, əlimizdən gələni edirik. Dedim elədirsə, qoyun gedək Bakıya.
Mənə dedilər ki, bir-iki gün sonra sizi yola salarıq, gedərsiniz. Bir gün gətirilən güllərdən seçirdim ki, sabah Bakıya qayıdanda aparaq özümüzlə. Məni yanına buraxmırlar ki, özümüz hazırlaşdırırıq. Sonra da məni bayıra çağırdılar. Çıxıb gördüm ki, qara maşında üstünə qara ipək atılmış tabut, üstü bütün gül-çiçək, məni də həmin maşına dəvət etdilər. Necə çığırdımsa, çənəm əyildi. Sonralar da düzəlmirdim, bütün dişlərim sınmışdı. Adamı sənə sağ-salamat verəcəklərinə hazırlayıb ölüsünü verirlər, insan bunu necə qəbul edə bilər?..
Bunu onlara bağışlaya bilmirəm, niyə məni yanına buraxmadılar son iki-üç günü... Dedilər yaxşıdır, demə vəfat edib. Gül seli də ona görə imiş. Bəlkə nə isə sözü vardı, vidalaşacaqdı. Həyatıma necə gizlin gəlmişdisə, elə də getdi. İnandığım bir həqiqət var, o dünyada məni gözləyir, gedəcəyəm yanına, bir yerdə olacağıq. Hərdən uşaqlara deyirəm ki, həyatda ona hər şeyi bağışladım, amma bilsəm ki, orda məni yox, başqasını gözləyir - bunu bağışlamaram.
Qoyduğu əmanətə – övladlarına onun da əvəzinə qayğı göstərməyə çalışıram.
Sevinirəm ki, günbəgün onun dünyasına yaxınlaşıram.
Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
Isti dodağımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.
Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam demişəm.
Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısını özgəyə verib gəlirəm.
Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əyməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin.
Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.
Nağıl danışırsan "Min bir gecə"dən,
Nağılın qorxulu, sehrli, qəmgin...
Mən isə sallanıb kəndir gecədən
Bir quyu dibinə enirəm hər gün.
Bilmirəm mələksən, allahsan, nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm, axı...

3006 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024