Böyük şairin tərcümə etdiyi Quran üzə çıxıb
8 sentyabr 2012
08:00
Türkiyədə “Qurani-Kərimi”n təfsirləri yer almış adlı yeni kitab işıq üzü görüb. Təfsirlərin istiqlal şairi Mehmet Akif Ərsoya məxsus olduğu güman edilir.
Kitabın təqdimatı zamanı çıxış edən Fatih Sultan Mehmet Vəqfi Universitetinin Mədəniyyətlər İttifaqı İnstitutunun müdiri, professor Rəcəp Şəntürk deyib ki, yandırıldığı, itdiyi güman edilən Mehmet Akifin qələmə aldığı təfsirlərin bir hissəsini ortaya çıxardıqlarına görə qürur hissi keçirirlər.
Şəntürk deyib ki, bu gün Türkiyə mədəniyyət tarixi üçün çox önəmlidir. Onun sözlərinə görə, bu təfsirlər min bir əziyyətlə başa gəlib: “Bu təfsirlərin faciəvi bir tarixi var. Əziyyətlə, narahatçılıq, qorxu ilə yazılıb. Biz bu tarixi xoşbəxt sonluqla bitirməyə çalışırıq. Hamı belə hesab edirdi ki, bu təfsirlər yandırılıb, yox olub. Ancaq təfsirlərin hamısı məhv olmayıb. Təfsirlərin üçdə biri əlimizdədir. Bundan sonra da itməyəcək. Yarım əsrdir daşıdığım bu ağır yükü millətimə ötürürəm. Bu yükdən azad oluram ”.
Əmanəti qorxu ilə mühafizə etdiyini dilə gətirən Şəntürk deyib ki, Mehmet Akifin yaşadıqlarını o da yaşayıb: “Akifin qorxularını onun kimi olmasa da hər halda mən də yaşadım. Dostlarım deyirdilər ki, niyə bu qədər qorxursan? Cavab verirdim ki, bu təkcə Akifin yox bütün millətin əmanətidir. Akif vəsiyyətinə zidd olacaq hər hansı addım atmadan əlimdən gələni etməyə çalışdım. Ümid edirəm ki, Akifi qorxudan səbəblər artıq yoxdur.
Şəntürk məlumat verib ki, 1988-ci ildə Mehmet Akifin yaxın dostu yozqatlı İhsan Əfəndinin tələbəsi Mustafa Runyun vəfat edəndə onun oğlu Əli Yəhyaya başsağlığı verməyə gedib. Əli Yəhyanın kitabxanasını gəzəndə çap maşınında yazılmış mətnlərin yer aldığı qovluğa rast gəlib. Bunun nə olduğunu soruşub. Əli Yahya deyib ki, bu, “Qurani-Kərim”in tərcüməsidir, tərcüməni isə Mehmet Akif edib. Vərəqlərin surətini çıxardım. İllər uzunu yazılanları müxtəlif şübhələr səbəbindən heç kimə demədən mühafizə etdim. Ancaq bir vəsilə ilə bu sirri açdığım Asım Cüneyd Köksal israr etdi ki, yazılanları üzə çıxarım.
İslam hüququ alimi Xeyrəddin Qaraman isə deyib ki, mətnləri ona təqdim edəndə təəccüblənib: “Mənə bu barədə deyəndə təəccübləndim, bildirdim ki, yəqin zarafat edirsiniz. Amma mətnlə tanış olandan sonra əmin oldum ki, bu, Mehmet Akifin qələmindən çıxıb”.
Xeyrəddin Qaraman ümid etdiyini bildirib ki, təfsirin qalan hissələri də üzə çıxacaq.
Türkiyə parlamenti 1925-ci ildə İslam mədəniyyətinin türk dilində öyrənilməsi üçün “Qurani-Kərim”in tərcüməsinin və təfsirinin hazırlanması haqqında qərar verib.
Dini idarənin rəyasət heyəti Mehmet Akif və Almalı Həmdi Yazırla Quranın tərcümə və təfsir edilməsi üçün müqavilə imzalayıb. Almalı Həmdi Yazır təfsir dini idarəyə göndərsə də, Mehmet Akif aldığı pulları geri qaytararaq tərcüməni idarəyə verməyib.
Məlumatlara görə, müqaviləni pozması səbəbindən tərcümə işlərini Misirdə davam etdirən Mehmet Akif Yozqatlı Mehmet İhsan Əfəndiyə “Geri dönə bilsəm, nöqsanlarımı deyərsən, bundan sonra yayımlayırıq. Ölsəm yazdıqlarımı yandırarsan” deyib və qələmə aldıqlarını ona təhvil verib.
Mehmet Akifin ölümündən sonra Mehmet İhsan Əfəndinin tərcüməni yandırmağa əli gəlməyib. 1961-ci ildə Mehmet İhsan ölüm yatağında imiş, oğlunu çağırıb və deyib ki, Mehmet Akifin tərcüməsini yandırsın. Oğlu atasının dediyi kimi edir. Ancaq İhsan Əfəndinin xütbələrində iştirak edən Mustafa Runyun Fatihə surəsindən Tövbə surəsinə qədər çap maşını və latın əlifbası ilə yazılmış mətni özündə saxladığını iddia edib.
Hazırladı: Ağa Cəfərli

1055 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024