Plutarx hansı xəstəlikdən öldü?
25 avqust 2012
09:00
Miokard infarktı
(hekayə)
Plutarxa bütün əsərlərini hökmdarlara və filosoflara xas folianta (qalın, irihəcmli kitab –red.) çevrilməzdən öncə mütləq Roma canişininin nəzarətindən keçirmək lazım olduğunu söyləyirlər.
Tarixçi ilk əvvəl söhbətin məğzinə varmır. Onun fikri bütünlüklə satqın Alkviad haqda fəsildəydi və elə bu səbəbdən xəbəri çatdıran liktorun (qədim Romada yüksək mənsəb sahiblərinin fəxri keşikçisi – red.) sözlərinə dalğın nəzərlərlə razılıq verir.
Plutarx heç vaxt öz yazılarını ucadan oxumurdu: bunu kələkbazlıq sayırdı, çünki müəllif həmin müddətdə mütləq aktyora çevrilir və yazdıqlarını tələffüz, mimika və hisslərlə ört-basdır edə bilirdi. Plutarx, adətən, dostlarının onu necə oxuduqlarını müşahidə etməyə üstünlük verirdi. Tarixçi oxucuların üz ifadələrini diqqətlə izləyir və bu müşahidəni həmçinin işinin bir hissəsi sayırdı, belə ki, hansı dostunun hansı sətirdə və hansı sözdə güləcəyini bilirdi: dostları da onun kimi düşünürdülər. Hərçənd Plutarx öz yeni işlərini hamının sərsəm hesab elədiyi bir Devsona da göstərirdi. O, həqiqətən də, dəliydi. Bununla belə, Plutarx Devsonu özünə yaxınlaşdırmış və onun oxuduqlarının hansı hissəsində güldüyünı, ya ağladığını diqqətlə izləyirdi. Sonra həmin hissələri həddən ziyadə dürüst sayaraq üzərində işəyir və yumşaldırdı. Səbəb sadəydi, onların mənası hətta Devson kimi axmaqlara da aşkardı.
Alkiviad haqda fəsildə, Devson Plutarxın yaz otu üzərində yarışı təsvir etdiyi hissədə qəhqəhə çəkir. Həmin parçada Alkviadın rəqibi qışqırırdı: “Arvad kimi nə cırmaq atırsan?!” Alkviad cavab verir: “Axmaq, mən şir kimi cırmaq atıram!” Qəhqəhə çəkən Devsona tamaşa edən Plutarx bu hissənin üzərində işləmək və vurğunu daha dəqiq qoymaq qərarına gəlir.
Lakin yenidən heç nəyi yazmayan Plutarx səhərisi gün Roma canişininin yanına yollanaraq, daha bir qiymət almaq fikrinə düşür. Keşikçi onu saraya buraxmır. Mühafizə rəisi Plutarxla mümkün qədər nəzakətli davranmağa çalışır və mübaliğəli ifadələrlə onun əsilzadə olmadığına işarə edir.
- Romalıların qanunu hamı üçün birdir, - mühafizə rəisi söyləyir. – Təəssüf ki, siz saraya təşrif buyuracağınızı əvvəlcədən xəbər verməmisiniz, elə bu səbəbdən də canişin ordu həmkarlarıyla söhbəti yarımçıq qoyub sizi qəbul edə bilməz. Lakin yazılarınızdan arxayın ola bilərsiniz, mütləq lazımi yerə çatdırılacaq.
Plutarx evə şam yeməyinə dönür. Böyük oğlu süfrəyə bildirçin gətirir, masanın üstündə bircə quş südü əskikdi, çaxır ağız büzüşdürsə də, çox yüngülüydü. Plutarx, ümumiyyətlə, az içirdi, o da yüngül çaxır olurdu. O, dostlarına həmişə deyərdi:
“Mən ahıl vaxtımda da növcavan qədər günaha batmışam və pəhləvan kimi güclüyəm”.
Plutarx şam yeməyindən sonra uca səslə keçmişlərdən oxuyur, yatmış şəhərin küçələrini gəzir, sahildə oturub ayaqlarını suya salır və yatmağa yollanır. O, başını yastığa qoyan kimi yuxuya gedirdi. Röyasında boğazacan nəcisə batır və çox xoşbəxt ayılır, çünki yuxuda pox görmək var-dövlətə işarədir.
Günorta Plutarxın evinə saray elçisi təşrif buyurur və aşağıdakı sözləri deyir: “Canişin sizi nahardan sonra saraya söhbətə dəvət edir”. Plutarx çox mehriban adamıydı, elə ona görə də qəribin üzünə gülmür – o, təşəxxüslü olmağı sevmirdi.
...Canişin masa arxasından qalxıb Plutarxın pişvazına çıxır. O, tarixçini qucaqlayıb pəncərənin yanında otuzdurur, özünə də Plutarxın yanında yer edir. Onlar əvvəlcə bir-birini Romada qəbul olunmuş şəkildə, özündə demokratizmlə zərif aristokratlığı birləşdirən ifadələrlə salamlayırlar. Canişinin adi əsgər kimi geyinməsi Plutarxın diqqətini cəlb edir; kobud parça atletin əzələləli çiyinlərini xüsusi olaraq nəzərə çarpdırırdı. Çanişin öz nitqini kəskin atmacalarla bahəm, Roma və Yunanıstan klassiklərindən maraqlı parçalarla da bəzəyirdi. Plutarx ifadələrini ona uyğunlaşdırırdı, çünki o, dahiydi, dahisə mütləq həm də artist və hiyləgərdir. Canişinsə Plutarxı özünə tərəf çəkdiyini və açıq söhbətə hazır olduğunu düşünür. O, ayağa qalxıb masaya yaxınlaşır, tarixçinin əlyazmasını götürüb söyləyir:
- Bu, əla işdir, səni təbrik edirəm, ey Afina fəlsəfəsinin korifeyi.
- Mənə qarşı həddən artıq mehribansan, - Plutarx cavab verdi.
- Səni oxuyarkən çoxlu sevincli dəqiqələr yaşadım.
- Yalnız dəqiqələr? Şifahi nitqdə mənim yazılarım üç saatdan artıq çəkir. Əgər sənə yalnız sevincli dəqiqələr bəxş edə bilmişəmsə, orda yaxşı sətirlər necə də azdır!
- Mənim üçün saat deyilən bir şey yoxdur, - canişin etiraz etməyə çalışdı, - biz hərbçilər tarixi dəqiqələrlə ölçürük, çünki döyüşlərdə saatlarla deyil, məhz dəqiqə içində ya uduzulur, ya da qələbə çalınır.
Plutarx bu cavaba təəccüblənir, çünki o, sadəcə, ağıllı deyildi, həm də kəskin həqiqətdi. Tarixçi canişinin ən əsasını söyləməyə hazırlaşdığını anlayır və zənnində yanılmır.
- Səninlə açıq olmağıma imkan verəcəksənmi? – canişin soruşdu.
Plutarx ondan səmimi olmamasını xahiş etmək istədi – o, zülmkarların səmimiliyindən qorxurdu, - lakin təmkinli razılıqla kifayətləndi.
- Bu yazını yazarkən kimi fikirləşirdin? – canişin soruşdu. – Nə haqda düşünürdün? Nəyi ifadə etmək istəyirdin? Nəyə eyham vururdun?
- Mən heç nəyə eyham vurmuram. Mən faktları təsvir edirəm.
- Məni aldatmaq lazım deyil! Sənin yazında insan mövcudluğunun faniliyi və mənasızlığı açıq-aşkardır – istər insan dahi olsun, istərsə də axmaq. Sənin işinin məğzi budur. Və sən mənim hərbçimin sənin işini oxuyaraq ölümə getməsini istəyirsən? Zənnincə, o, sənin sakit yumorunu oxuyub farslarla döyüşə gedəcək? Hələ onu da demirəm ki, əsərinin əsas qəhrəmanı qəhrəman, ya döyüşçü deyil, paxıllıqdır. Səni oxuyub yalnız bu nəticəyə gəlmək olar ki, qəhrəmanların yüksəlişi və məğlubiyyəti yalnız insan paxıllığının nəticəsidir?! Və sən bunu mənim legionerlərimin oxumasını istəyirsən? Sənin qəhrəmanlarının hamısı paxıllıqdan ölüblər – hamısı bir nəfər kimi! Bəs inkişaf qanunları hardadır? Bəs döyüş məntiqi hardadır?! Bəs allahların taleyə yazdıqları hardadır?! Paxıllığın nə dəxli var ki?!
- Ətrafına boylan, - Plutarx söylədi. – Məyər yola birgə çıxdıqların indiki şan-şöhrətinə paxıllıq etmirlərmi? Məyər indi onlar sənin müttəfiqlərindir? Ya sən onlara etibar edirsən? Məgər onların yannda sənin uğurlarından söhbət açanda dodaqlarını büzüşdürmürlərmi? Məgər onlar sənin məğlubiyyətinə sevinməzlərmi?
Canişin uzun müddət sükuta daldı, sonra əmr verirmiş kimi danışmağa başladı:
- Sən Romanın hökmranlıq etdiyi Afinada yaşayırsan. Burda yaşaya bilmən üçün mənim işimi təsdiqləməlisən. Adam arasında hörmət əlaməti göstərmək üçün təklikdə səninlə sərt olmalıyam. Ona görə də kobudluğuma görə məni bağışla. Lakin millətin əzəməti naminə sərtlik tarix tərəfindən bağışlanacaq.
- Tarixi tarixçilər yaradır.
- Razıyam. Lakin yalnız nəşr olunan kitab tarixə düşəcək. Nəşr etmək hüququ isə mənə verilib. Sandıq üçün yazmaq axmaqlıqdır. Sənin ölümündən sonra övladların sandığı köhnə-kürüş kimi zibilliyə tullayacaq, əlyazmalarınısa yağış korlayacaq: arxivdəki adamlarım da bu işdə yardımçı olacaq. Kitabın bu vəziyyətdə tarixə çevrilə bilməz. Mən onu qadağan edirəm.
- Bu, zorakılıqdır.
- Haqlısan. Lakin bu, millətin əzəməti naminə Plutarx üzərində zorakılıqdır.
- Sən əminsən ki, xalq öz əzəməti naminə Plutarxı alçaltmalıdır?
- Mən sənin kitabını xilas etmək istəyirəm. Mən sənin dostunam, çünki sən Plutarxsan. Hər fəsil sənin mövqeni ikibaşlı şəkildə izah etməyəcək nəticələrlə müşayiət olunmalıdır. Bu qısa nəticələrdə sən nəyi yaxşı, nəyi pis hesab elədiyini aydın şəkildə təsvir etməlisən. Pisliyi ucadan töhmət etməkdən və qəhrəmanın adını iki dəfə sadalamqdan çəkinmə. Yeri gəlmişkən, Alkviadın döyüş zamanı cırmaqlaşması səhnəsi əla alınıb, onu oxuyarkən dəli kimi qəhqəhə çəkmişəm. “O, xırda ticarətçilərdəndir, - Plutarx anladı. – “Dəli kimi qəhqəhə çəkmək” – damarlarından təmiz qan axmayan tacirlərin işlətdiyi ifadədir”.
Plutarx hər fəslə “Müqayisələr” artırır. Onlar nəticə məzmunlu olur. Bu nəticələri diqqətlə oxumaq lazımdır – onlar heyranedicidir.
Plutarx romalı canişinlə söhbətdən təxminən dörd ay sonra masa arxasında ölür. İş masası arxasında qəfil ölümün səbəbini o zaman açıqlaya bilmirlər. İndi bu xəstəlik məşhuri-cahandır – miokard infarktı.
Çevirdi: Kifayət Haqverdiyeva

2203 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024