Sən dünyanın ən gözəl qızı olacaqsan!
22 avqust 2012
10:34
Tatuaj (hekayə)
Camaatın yelbeyinliyi səxavət sandığı vaxtlar idi, bizim vaxtımızdakı kimi, camaatın ömrünü ağır fəlakətlər qaraltmırdı. Avaralıq zəmanəsi idi, boşboğaz hazırcavablar, iltifatlı təlxəklər firavan yaşayırdılar, onların tək işi-gücü varlıların və kübar cavanların bəxtiyar halının qeydinə qalmaq idi ki, saray qadınlarının və geyşaların üzləri həmişə gülümsəsin. Şəkilli romanlarda və teatr səhnələrində məşhur qəhrəmanlar Sadakuro, Dzirayya, Narukami qadın simasında çıxış edirdilər. Hər yerdə gözəllik gücü, çirkinlik isə - zəifliyi müşayət edirdi.
İnsanlar gözəllikdən ötəri hər şeyə əl atırdılar, hətta öz incə dərilərini yuyulmayan məhlul ilə örtməkdən belə çəkinmirdilər. Xətlərin və rənglərin rəqs edən qəribə qarışığı bədənləri ləkə-ləkə edirdi. Edonun şən məhəllələrinin ziyarətçiləri öz kəcavələrini daşıtmaq üçün təmtəraqlı tatuları olan hambalları seçirdilər. Ösivari və Tatsumidən olan qadınlar bədənlərində döymə olan kişilərə böyük həvəslə iltifat göstərirdilər. Bu cür bər-bəzəklərin həvəskarları arasında təkcə oyunbazlar, alov udanlar və sair dılğırlar yox, həmçinin varlı şəhər əhlindən olanlar, eləcə də samuraylar var idi. Zaman-zaman Röqokuda nümayişlər keçirilirdi ki, oradakı iştirakçılar öz bəzəkli çılpaq bədənlərini açığa qoyaraq, bədənlərinin tatu olan yerlərini qürurla şapatlayırdılar, yeni kəşfləri ilə fəxr edirdilər və bədənlərindəki rəsmlərin əhəmiyyətini müzakirə edirdilər.
Asakusadan olan Təribun və ya Matsusima-matidən olan Yatsuxey; onlarla insanın dərisi ipək kimi öncə onun fırçası altına, sonra da iynələri altına uzanırdı. Nümayişlərdə camaatın heyranlığını qazanan işlərdən çoxu ona məxsus idi. Daruma-ki retuşunun zərifliyi ilə şöhrətlənirdi, Karakusa Qonta – kinovarının parlaqlığı ilə, Seykiti isə rəsmlərinin misilsiz cəsarəti və xətlərinin gözəlliyi ilə məşhur idi.
Seykiti əvvəlcə Toökuni və Kunisada məktəbindən olan Ukiö-enin rəssamı idi. O, yüksək rəssamlıq incəsənətini dəri üstündə döymə peşəsinə dəyişdi, onun öncəki rəssamlıq bacarıqları ədasının nəzakətindən və xüsusən də harmoniya duyğusundan bilinirdi. Kimlərin ki, dəriləri və bədən quruluşları Seykitini cəlb etmirdi, heç bir pulun əvəzində onun xidmətlərindən yararlana bilməzdilər. Kimləri ki, o, qəbul edirdi, rəsmi və qiyməti tam şəkildə ustadın qərarına həvalə etməli olurdular ki, sonra da bir, bəzən də, iki ay özlərini onun iynələrinin verdiyi əzablı ağrılara təslim etsinlər.
Cavan tatu ustadı qəlbinin dərinliyində gizli həzz və gizli arzunu nazlayıb oxşayırdı. Şişmiş, qanayıb qızarmış bədəninə iynələr batıraraq işgəncə verdiyi bədbəxtin qıc olması ona həzz verirdi. Qurban nə qədər ucadan zarıyırdısa, Seykitinin səadəti bir o qədər şiddətlənirdi. Ən ağrılı prosedurlar – retuşun çəkilməsi və kinovarın hopdurulması ona ən böyük həzzi yaşadırdı.
Adi bir günlük seans ərzində adamlar beş yüz – altı yüz iynə batırmaya tab gətirəndən sonra, hələ bir vannada özlərini buxarda pörtlədirdilər ki, rənglər daha yaxşı aşkar olsun və bütün bunlardan sonra onlar əldən düşmüş, yarımcan halda Seykitinin ayaqları altına yıxılırdılar.
Rəssam bu acınacaqlı görüntünü soyuqqanlıqla seyr edirdi. “Nə isə, güman edirəm ki, sizə doğrudan da incidir” – deyə o, razı halda gülümsəyirdi.
Ağciyərin biri işgəncə altında çığırıb dişlərini sıxanda və ölümqabağı aqoniyadakı kimi ağız-burnunu əyəndə, seykiti ona deyirdi: “Qulaq asın, axı siz edokkosunuz. Bundan başqa, siz hələ mənim iynələrimin sancılarını hiss etməmisiniz”. Və o, əvvəlki kimi təmkinlə, qurbanın göz yaşları ilə örtülmüş sifətinə kəc-kəc baxaraq, işinə davam edirdi.
Bəzən xudbin birisi olanda, bütün gücünü toplayıb kişi kimi dözürdü, hətta qaş-qabağını da tərpətmirdi. Belə hallarda Seykiti müştəriyə lağ edərək, dişlərini ağardırdı: “Ay səni tərs eşşək! Deyəsən, təslim olmaq istəmirsən?!... Yaxşı, baxarıq. Tezliklə, sənin bədənin ağrıdan qıvrılacaq! Mən bilirəm – səndə belə şeyə dözməyə güc hanı?!”.
İllər ərzində Seykiti bir arzunu yaşadırdı – öz incəsənətinin şah əsərini gözəl bir qadının dərisi üstündə yaradaraq bütün ruhunu ona həsr etmək. Hər şeydən öncə onun üçün qadının xarakteri önəmli idi – gözəl sima və qamətli bədəni burada çətin tapmaq olardı. O, Edonun şən məhəllələrinin bütün gözəlçələrini tanımışdı, lakin onlardan heç biri onun müşkülpəsənd tələblərinə cavab vermirdi. Bir neçə il nəticəsiz axtarışlarda keçdi, lakin mükəmməl qadının ürəkdə iz buraxmış obrazı Seykitinin təxəyyülünü həyəcanlandırmağa davam edirdi. Ümid onu tərk etmirdi.
Bir yay axşamı, axtarışların dördüncü ilində, Seykiti, evinin yaxınlığında, Fukaqavadakı Xirasey restoranının yanından keçirdi. Qəflətən onun qarşısında əsrarəngiz bir mənzərə peyda oldu – kəcavənin pərdəsi altından darvaza ağzında gözləyən qadının çılpaq, ağbəniz ayağı möcüzəli şəkildə ustadın qarşısında zühur etdi. Seykitinin iti baxışına insan ayağı simasından heç də az olmayan şeylər deyə bilərdi. Onun gördüyü gerçəkdən də mükəmməllik idi.
İncəliklə yaradılmış barmaqlar, Enosima sahillərindəki sədəflər kimi dırnaqları, mirvarini xatırladan dabanının girdəliyi, dağ selinin sularında yuyulmuş kimi parlaq dərisi – və ayağı, əzik-üzük olmuş kişi bədənlərini tapdayaraq, onların qanına batmağa layiq idi. O anladı ki, belə ayaq yalnız bir qadına məxsus ola bilər – onun illərlə axtardığı qadına. Ürək döyüntülərini güclə saxlayaraq, tanımadığı xanımın simasını görmək üçün Seykiti kəcavənin ardınca getdi. Lakin, bir neçə küçə və dalan keçəndən sonra, o, birdən kəcavəni gözdən itirdi. Seykitinin çoxdankı arzusu yandırıcı ehtirasa çevrildi. Bir dəfə, bu görüşdən bir il sonra, yazın axırında, Seykiti, əlində çubuğu oynada-oynada, səhər vaxtı, Saqa məhəlləsində yerləşən Fukaqavadakı evinin bambuk verandasında gəzməyə çıxaraq, dibçəkdə omoto liliyalarını seyr edirdi. Birdən bağın doqqazından cırıltı səsi gəldi. Hasarın içəri bucağından qız göründü. Əjdahalar və ilanlarla bəzədilmiş xaoriyə görə Seykiti bildi ki, tanış geyşanın kuryeri gəlib.
Bacım Sizə bu kimononu verməyi və Sizdən bunun əks tərəfinə naxış vurmağa razı olub-olmamağınızı soruşmağı xahiş etdi – dedi qız.
Zəfəran rəngli parçanı açaraq, qadın ipək kimonosu və məktub çıxardı. Kimono aktyor Todzəku İvainin portreti olan qalın kağıza bükülmüşdü. Xahiş məktubda təsdiqini tapırdı. Ardınca tanışı yazırdı ki, məktubu təqdim edən tezliklə geyşa olacaq və “kiçik bacı” kimi, onun himayəsi altına keçəcək. O, ümid edir ki, Seykiti, onların əvvəli dostluğunun xatirəsinə görə qıza himayədən imtina etməz.
Sanki mən səni əvvəllər görməmişəm. Sən buraya axır vaxtlar gəlmirdin? – Seykiti, qonağın xarici görünüşünü diqqətlə öyrənə-öyrənə soruşdu.
Görünüşə görə qızın on beş – on altı yaşı olardı, lakin onun siması qeyri-adi yetkin gözəlliklə haşiyələnmişdi, sanki o, artıq çox illərini onlarla günahkarın ruhunu məhv edə-edə, şən məhəllələrdə keçirmişdi. O, xalqın bütün qüsurları və sərvətinin toplandığı bu nəhəng paytaxtda yaşamış və ölmüş, gözəl kişi və füsunkar qadın nəsillərinin sehrli törəməsinə bənzəyirdi. Seykiti qızı verandada oturdub, onun nəcib və əgər samandan olan yüngül binqo sandallarını, saymasaq, yalın ayaqlarını gözdən keçirməyə başladı.
-Sən keçən ilin iyulunda kəcavədə Xiraseydən getməmisən ki? – Seykito xəbər aldı.
-Bəlkə də, - qəribə suala cavab verərək, qız gülümsədi. – Onda mənim atam hələ sağ idi və o, məni tez-tez özü ilə Xiraseyə aparırdı.
-Səni artıq beş ildir ki, gözləyirəm. Hə, hə, üzünü birinci dəfə görürəm, amma yadımda sənin ayağın qalıb... Qulaq as, sənə bir şey göstərmək istəyirəm. Gəl bir dəqiqəlik mənim otağıma qalxaq.
Və Seykiti, sağollaşmaq üçün artıq durmağa hazırlaşan qızın əlindən tutaraq, onu ikinci mərtəbəsində olan, mənzərəsi bol sulu çaya açılan emalatxanasına apardı. Orada o, iki bükülü kağız çıxardı və onlardan birini qızın qarşısında açdı. Şəkildə Şan sülaləsindən olan qədim imperator Çunun favoriti Çin prinsesi təsvir olunmuşdu. Sanki mərcanlarla və mavi aydaşı ilə haşiyəyə alınmış, qızıl çələngin ağırlığı altında haldan düşərək, o, dirsəyini balyustradaya xumar-xumar söykəmişdi. Bəzəklə zəngin paltarın ətəyi pillələrin üzərinə sərələnmişdi. Sağ əli ilə o, dodaqlarına böyük şərab piyaləsini yaxınlaşdıraraq, saray bağında edama hazırlıq işlərinə baxırdı.
Qurbanın əlləri və ayaqları içi boş mis sütuna zəncirlə bərkidilib, sütunun isə içində od qalanacaq. Gözlərini yumub başını aşağıya əymiş prinsesin qarşısında durub taleyinə təslim olmuş kişinin üzünün ifadəsi sarsıdıcı ustalıqla verilib. Qız qəribə rəsmə bir az baxan kimi, gözləri qeyri-ixtiyari parladı, dodaqları isə titrədi. Onun siması prinsesin siması ilə son dərəcədə oxşarlıq təşkil etdi. O, şəkildə öz gizli “mən”ini tapdı.
-Bu kətanda sənin bütün qəlbin əks olunub – Seykiti qızın gözlərinə baxaraq razı təbəssümlə söylədi.
-Bu nədir belə?! Niyə Siz mənə belə qorxulu şeylər göstərirsiniz?! – rəngi qaçmış simasını Seykitiyə yönəldərək o, soruşdu.
-Şəkildəki qadın sənsən. Onun qanı sənin damarlarında axır.
Bu sözlərlə o, ikinci bükülmüş kağızı açdı. Rəsmin adı “Çürüntü” idi. Rəsmin mərkəzində sakura budağına söykənmiş qadın yerləşib. Və qadın, ayaqları altına sərilmiş saysız-hesabsız kişi meyitinə tamaşa edir. Qəflətən qələbə mahnıları oxuyan quş qatarı uçub gəlir. Qadının gözləri fəxrlə və sevinclə doludur. Burada nə təsvir olunub – savaş meydanı, yoxsa gül açan yaz bağçası? Şəklə baxanda, qız hiss etdi ki, onun qəlbinin ən dərin yerlərində yatmış gizliliyi ona aşkar oldu.
Burada, şəkildə, sən öz gələcəyini görürsən. Bundan sonra, eyniylə bu cür, kişilər səndən ötəri həyatlarını qurban verəcəklər – deyə, Seykiti, cizgiləri qızın cizgilərinə iki su damcısının bir-birinə bənzədiyi kimi bənzəyən qadının portretinə işarə edərək, göstərdi.
Sanki mən özümü başqa bir simada görürəm. Nə olar, xahiş edirəm, o şəkli tez götürün! – qız yalvar-yaxar etdi.
Kağıza arxasını çevirib, sanki onun cazibə qüvvəsindən uzaqlaşmaq üçün o, tatamiyə yayıldı.
Axır ki qız yenidən danışdı:
-Bəli, Sizə etiraf edirəm, Siz düz deyirsiniz, qəlbimdə mən o qadın kimiyəm. Ona görə də, Sizə yalvarıram, o şəkli rədd edin, mən daha dözə bilmirəm!
-Əşşi, sən Allah, qorxma. Şəklə daha dərindən bax. İndi sənə qorxulu gəlir, amma bu, tezliklə keçib gedəcək! – və Seytikinin üzündə onun adi bədxah təbəssümü əmələ gəldi.
Qız başını qaldırmırdı. Döşəməyə əyilib kimononun qoluna dikilmiş halda o, dediyini təkrarlayırdı:
-Lütfən, məni buraxın! Mən Sizdə qalmaq istəmirəm, qorxuram!
-Bir az gözlə. Mən səni gözəl göyçək qız edəcəm - Seykiti ona ehtiyatla yaxınlaşaraq, pıçıldadı.
Seykitinin kimonosu altında, sinəsi tərəfdə holland həkimindən alınmış xloroform şüşəsi gizlədilmişdi.
Günəş çayın səthindən əks olunaraq, şəfəq saçırdı və bütün emalatxana və səkkiz tatami atəşin ahuşuna atılmış kimi göründü. Qızılı dalğalarla suda sürüşən şüalar kağız södzilərin və dərin yuxuya dalmış qızın üzünə dağılırdı.
Seykiti qapıları bağlayıb tatu üçün alətlə silahlanandan sonra, bir müddət heyranlıq içində donub qaldı. İlk dəfə o, qadının bütün məlahətini hiss etdi. Seykiti düşündü ki, bu dinc simaya baxmaqdan doymayaraq, belə səssiz-səmirsiz on il də, yüz il də otura bilər. Qədim Memfisin sakinləri Misirin ecazkar torpağını piramidlər və sfinkslərlə bəzədikləri kimi, o da qızın təmiz dərisini öz sevgisi ilə bəzəməyə hazırlaşırdı.
Budur – Seykiti fırçanı sol əlinin adsız, çeçələ və baş barmaqları arasında alıb, ucunu qızın kürəyinə toxundurdu, sağ əli ilə də iynələməyə başladı. Cavan tatu ustasının qəlbi sanki qatı boyada həll olub qızın dərisinə keçirdi. Rükküdən olan kinovarın spirti ilə qarışmış hər damla onun ürəyinin qanına çevrilirdi. Onun ehtirası tatunun rəngini alırdı.
Gündüz tezliklə keçib gedirdi və sakit yaz gündüzü xəlvətcə alaqaranlıq torana keçdi. Seykitinin əli bir dəqiqə də dayanmırdı və qızın yuxusu hələ də davam edirdi.
Qızın niyə bu qədər gecikdiyini bilmək üçün geyşa adam göndərdi, lakin Seykiti qızın çoxdan çıxıb getdiyini deyərək, adamı yola saldı. Ay, çayın əks sahilindəki Tösü restoranının damı üzərindən qalxaraq sahildəki tikililəri əsrarəngiz parlaqlığa bürüyəndə, tatunun heç yarısı da hazır deyildi; Seytiki fikrini toplayaraq, şam işığında işləyirdi .
Hətta bircə cizgini çəkmək onun üçün asan iş deyildi. Hər dəfə iynəni salıb çıxardanda, Seykiti elə dərindən nəfəsini buraxırdı ki, sanki bu iynə onun öz ürəyini yaralayırdı. Tədricən iynənin izləri nəhəng dzöro hörümçəyinin cizgilərini xatırlatmağa başlayırdı, gecə səması işıqlananda bu qəribə qəzəbli məxluq səkkiz ayağının hamısını qızın kürəyi boyunca açmışdı. Yaz gecəsi şəfəqlə əvəz olunanda, çayın üzərində yuxarıya-aşağıya vurnuxan qayıqlardan avar yerlərinin cırıltısı eşidildi, ağ yelkənlərin üzərindəki səhər dumanı seyrəldi, Tüsüdə, Hakodzakidə və Röqan adasında, günəş altında evlərin damları parladı. Seykiti, fırçanı kənara qoyaraq, qızın kürəyindəki hörümçəyə seyr edirdi. Onun həyatı bu tatuda tamamlanırdı. İndi, işini bitirəndən sonra, o, qəlbində hansısa boşluğu hiss edirdi.
Bir müddət hər iki fiqur hərəkətsiz qaldı. Axır ki, Seykitonun xırıltılı, alçaq səsi eşidildi:
-Səni möhtəşəm gözəlliyə sahib etmək üçün mən tatuya bütün ürəyimi qoydum. Yaponiyada səninlə müqayisə olunmağa layiq qadın yoxdur. Sənin qorxun artıq itib. Hə, bütün kişilər sənin ayaqların altında kirə çevriləcəklər...
Sanki onun sözlərinə cavab olaraq, qızın dodaqlarından zəif inilti qopdu. O, yavaş-yavaş özünə gəlirdi. Çətinliklə alınan və güclü verilən hər nəfəsdə hörümçəyin ayaqları sanki canlı imişlər kimi, tərpənirdilər.
-Yəqin ki, sənə çətin olar. Hörümçək səni qucağında saxlayıb.
Bu sözlərdən sonra qadın gözlərini açıb mənasızcasına ətrafa göz gəzdirdi. Gözünün bəbəkləri tədricən aydınlaşırdı, axşam vaxtı anlaşılmaz ayın qızarması kimi, kişinin də gözləri parlaqlaşırdı.
-Tez olun, kürəyimdəki o tatunu mənə göstərin! Bir halda ki, mənə öz həyatınızı vermisiniz, yəqin ki, mən, doğrudan da çox gözəl olmuşam!
Qadın sözlərini mürgülü halda imiş kimi dedi, lakin, Seykito, onun intonasiyasında qəflətən qılıncın tiyəsini hiss etdi.
-Hə, lakin indi sən vanna qəbul etməlisən ki, rənglər daha yaxşı aydınlaşsın. Bu, ağrılıdır, amma sən bir az da döz. – Seykiti şəfqətlə qadının qulağına pıçıldadı.
-Əgər bu, məni gözəl edəcəksə, mən hər şeyə dözməyə hazıram! – deyə, qadın bütün bədənindən keçən ağrıya güc gələrək gülümsədi.
* * *
- Ah, qaynar su necə də dərimi yeyir! Xahiş edirəm, məni tək buraxın, emalatxananıza qalxıb orada gözləyin. Mən istəmirəm ki, kişi xeylağı məni belə yazıq halda görsün.
Vannadan çıxandan sonra onun heç silinməyə də gücü yox idi. Seykitinin ona uzatdığı əli itələyərək o, ağrıdan qıvrıla-qıvrıla döşəməyə yıxılıb elə zarıyırdı ki, sanki onu cin tutmuşdu. Dağınıq saçları vəhşi səliqəsizliklə alnına tökülmüşdü. Qadının arxasında güzgü var idi, ondan iki ağappaq daban əks olunurdu.
Seykiti dünənki gündən indiyə kimi qadının davranışındakı dəyişikliyə mat qalmışdı, lakin, tabe olaraq, emalatxanasına, gözləməyə getmişdi.
Hansısa yarım saatın keçməsindən sonra qadın, səliqəli geyinmiş, rahat şəkildə çiyinlərinə düşən saçları daranmış halda, Seykitinin yanına qalxdı.Onun gözləri aydın idi, ağrıdan əsər-əlamət də qalmamışdı. Verandanın sürahisinə dirsəyini söykəyərək o, dumanla azca tutulmuş səmaya baxırdı.
-Rəsmləri sənə tatu ilə birlikdə verirəm. Onları da götürüb evinə get.
Bu sözləri deyib, Seykiti qadının qarşısına iki kağız qoydu.
Mən öz keçmiş qorxularımdan tamamilə canımı qurtarmışam. Və Siz mənim ayaqlarım altında kirə çevrilmisiniz! – qadının gözləri ülgüc kimi parladı. Onun qulağına qələbə himinin gurultuları gəlirdi.
-Nə olar, getmədən öncə mənə öz tatunu bir də göstər – deyə, Seykiti yalvardı.
Sakitcə başı ilə razılıq bildirərək, qadın kimononu çiyinlərindən atdı. Səhər günəşinin şüaları tatunun üzərinə düşürdü, və qadının kürəyi alov içində yanırdı.
Tərcümə etdi: İlkin Santak

1972 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024