“Aqata Kristini, Çingiz Abdullayevi ciddi yazıçı saymıram”
8 avqust 2012
11:00
Kulis.az-ın suallarını şair Baba Vəziroğlu cavablandırır.
- Şairlərdə, yazıçılarda təbiət qoynuna çəkilib yaradıcılıqla məşğul olmaq ənənəsi var. Siz də Buynuz kəndinə-təbiətin qoynuna yaradıcılıqla məşğul olmağa gəlmisiniz?
- Yaradıcılıqla, istirahəti bir-birindən ayırmaq çətindir. Şəxsən mən istirahətlə yaradıcılığı ayıra bilmirəm. Yaradıcılığın üstündə istirahət var, istirahətin üstündə də yaradıcılıq... Yaradıcılıq həm də düşünmək, xəyala dalmaq, kimisə xatırlamaqdır. Məsələn, indi Rafiq Tağıyla bağlı xatirələr canlanır yaddaşımda. Rafiq əvəzolunmaz insan idi. O, bizim ədəbiyyatımızın, tibbimizin və insanlığımızın etalonu idi. Təəssüf ki, biz onu qoruya bilmədik. Bu da bir yaradıcılıqdır, yəni mən Rafiqi düşünüb az da olsa nəsə yazdım.
- Rafiq Tağı haqqında nə yazmışdınız ki?
- Facebookda doğum gününü təbrik etdim. Rafiq haqda “Allah rəhmət etsin!”, “qəbri nurla dolsun!” tipli dini ibarələr işlədə bilmirəm. Əslində, elə işıqlı insanla hüzn bir yerə sığışmır. Onu ölü kimi təsəvvür etmirəm. Amma fakt odur ki, keçən il avqustun 5-də vardı, bu il avqustun 5-də yoxdur...
- Yazmaqla bərabər oxumağa da vaxt ayıra bilirsiniz?
- Oxumaq olmasa, heç bir şey etmək mümkün deyil. Oxumasam yaşaya bilmərəm. Yazmaya, düşünməyə bilərəm, amma mütləq oxumalıyam. Həyatımın təməli belə qoyulub. Məktəbə getməmişdən əvvəl məktəb kitabxanasındakı kitabları oxuyurdum. Mütaliə hava, su kimi gərəklidir.
- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Bəyəndiyim gənc yazarların hamısını oxumağa çalışıram. Konkret qiymət verməkdə çətinlik çəkirəm. Ruhuma yaxın olan əsərləri oxuyuram. Nərmin Kamalın kitabını oxudum, xoşuma gəldi. Seymur Baycanın publisistikasına sadəcə heyranam. Şairələrdən Sevinc Çılğın, Günay Ümid ən çox oxuduqlarımdır.
- Yeni texnologiyalardan necə istifadə edirsiniz?
- Yazdıqlarımı texnologiyaya etibar edə bilmərəm. Bilgisayardan oxumuram, kitabın verdiyi istiliyi, titrəyişi mənə verə bilmir. Lakin, informasiya almaq üçün istifadə edirəm.
- Yazılarınızı hansı şəraitdə yazırsınız?
- Gənc olduğum zamanlar əsasən gecələr yazırdım. Yaradıcılıqda buna yarasalar deyilir. Sağlamlığım buna imkan verirdi. Bütün şəhər, ev yatandan sonra iki qutu siqareti çəkərək səhərə kimi yazırdım. Yaş ötdükcə sağlamlığım gecələr yazmağa imkan vermir. Mən ovqat adamıyam. Ovqatdan asılıdır, ovqat yaxşı olsa günün istənilən vaxtı yazmaq olar.
- Özünüz musiqi üçün mətnlər yazırsınız. İndi yazılan musiqi mətnləri səviyyəsi sizi qane edirmi?
- Musiqi mətbəxinə təsadüfən gəlmişəm. Ədəbiyyata nəsrlə başlamışam. Universitetin jurnalistika fakültəsində oxuyarkən ətrafımda bəstəkarlar vardı. Onlara mahnı mətnləri lazım olurdu. Özümü nasir saydığımdan bu sahədə qələmimi sınamaq istəmirdim. Mahnı mətnləri yaza-yaza gördüm ki, bu mətbəx çox mürəkkəb və ziddiyyətli mətbəxdir. Hətta peşəkar şairlər belə musiqi mətni yazmağa çətinlik çəkir. Elə olur ki, hazır qəlblərə, ölçülərə, musiqilərə şeir yazırsan. Şövkət Ələkbərova, Mirzə Babayev, Akif İslamzadə kimi korifeylər oxuyub mənim şeirlərimə yazılan musiqiləri. Təcrübəsi və istedadı olan insanlar mütləq bu sahədə özlərini sınamalıdırlar. Peşəkarlar olmalıdır ki, diletantlar, qeyri-peşəkarlar meydanı boş görməsinlər. Çox təəssüf ki, qeyri-peşəkar işlər var. Nəticədə acınacaqlı vəziyyət yaranır. İstərdim ki, həqiqi, istedadlı şairlər mahnı janrında aktiv olsunlar. Mahnı janrına bizdə şairlər ikinci dərəcəli baxırlar. Rusiyada manhı janrında qüvvətli əsərlər var. Aleksandr Blok, Nikolay Tixonov kimi şairlərin şeirlərinə mahnılar bəstələnib. O cümlədən də qardaş Türkiyədə. Manhı janrı həqiqətən güclü silahdır.
- Siz həm də tərcümələr müəllifisiniz. Yeni tərcümələri necə dəyərləndirirsiniz?
- O vaxt konservativ, boz jurnal olan “Azərbaycan” jurnalına Əkrəm Əylislini gətirdikdən sonra jurnal ikinci nəfəs qazandı. Jurnalda Əkrəm müəllimlə yaxşı tərcümələr edə bildik. Ədəbi prosesin aktiv mərhələsində cavanları işə cəlb edirdilər. Əkrəm Əylisli redaktor kimi çalışırdı, mən də nasir kimi. Daha çox nəsrə aid tərcümələr edilirdi. Biz ilk dəfə bir çox müəllifləri, Platonovun “Məhrəm adam” əsərini, Mixail Zoşşenkonu Azərbaycan dilinə tərcümə etdik. Klassik və müasir rus şeirindən tərcümələr etmişəm. Bolqarıstanda təhsil aldığıma görə bolqar şeirlərini də dilimizə çevirmişəm. İndiki tərcümələri oxumuram. Çalışıram ki, əsərləri orijinaldan oxuyum. Bu yaxınlarda bir-iki tərcüməyə ötəri baxmışam. O zamanla müqayisə olunmayacaq dərəcədə zəif və ötəridir. O diqqəti, işə yanaşmanı, o peşəkarlığı indi görmürəm.
- Fərdi tərcümə yoxsa dövlət hesabına edilən tərcümə yaxşıdır? Bazar iqtisadiyyatı qaydalarının kitab bazarında tətbiqinə necə baxırsınız?
- Bazar iqtisadiyyatı ilə hərəkət etsək uduzarıq, o zaman gərək ciddi işlə məşğul olmayaq. Ucuz detektiv janrında yazılan ədəbiyyatı ümumiyyətlə qəbul etmirəm. Qurama sujet uzərində qurulmuş, işi ancaq informasiya verməkdən ibarət olan mətn qəbul edilməzdir. Bədii söz sənəti tam başqadır.
- Belə çıxır ki, Çingiz Abdullayevi də ciddi yazıçı hesab etmirsiniz.
- Detektiv janrında yazmış ən böyük yazıçı Aqata Kristidir. Mən onu ciddi yazıçı hesab etmirəm. Onların modeli belədir: ortada meyit var, fikirləşirlər ki, bunu kim öldürüb, hamıdan şübhələnməyə başlayırlar. Anton Çexovu, Rafiq Tağını oxuyan insan detektiv janrında yazılan kitabı oxumaz, qəbul etməz. Bədii ədəbiyyat tam başqadır.
- Xatirələrinizi yazmaq fikriniz varmı?
- Bəli, yazmağa başlamışam.
- Şeir ölüb fikri ilə razısınızmı?
- İnsanın sözü varsa, o sözü hansı janrda deməyin heç bir önəmi yoxdur. Hansı janrda olsa fikrini çatdıracaq. Zənnimcə şeir ölməyib. Bəs Ramiz Rövşən? Ramiz bu gün də yazır və sevilir. Bilirsiniz, şeirə maraq hər zaman az olub. Hətta sovet dövründə də şeir kitabları 10 000, nəsr kitabları isə 30 000 tirajla çıxıb. Kütləvi oxunan həmişə nəsr olub. Çingiz Aytmatov milyon, Oljas Süleymanov hələ rus dilində 50 000 tirajla çap olunurdu, halbuki ikisi də populyar idi. Burada təəccüblü heç nə yoxdur.

2030 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024