“Müzəffər Ali Baş Komandan - İlham Əliyev” adlı sərgi açıldı

“Müzəffər Ali Baş Komandan - İlham Əliyev”  adlı sərgi açıldı
24 dekabr 2025
# 16:40

Milli Kitabxanada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü münasibətilə virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə Zəfər diplomatiyasının müəllifi, 200 illik münaqişəyə son qoyan qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, regionda sülh və normallaşma strategiyası, Vaşinqton sammiti, yüksək diplomatik məharəti, cəmiyyət həyatının bütün sahələrində qazanılmış mühüm nailiyyətlər, 44 günlük qəhrəmanlıq savaşımız haqqında dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunub.

Virtual sərgidə resurslar tam mətni ilə təqdim edilib.

Sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasəti, müstəqil Azərbaycanda aparılan davamlı inkişaf strategiyası, böyük qətiyyəti, qurub-yaratmaq bacarığı, Vətən müharibəsi və şanlı Qələbə, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktika haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar yer alıb.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər