“Sən məni anlamazsan, Milena”
26 sentyabr 2011
16:15
“Məşhur adamların məktubları” silsiləsindən növbəti yazıda sizə iki məktub təqdim edirik.
Birinci məktubu Fransa inqilabının generalı, imperator Napoleon Bonapart öz arvadı Jozefinaya yazıb.
Napoleon 1796-cı ildə İtaliyada ordusunun Ali Baş Komandanı olduqda sonra genrellardan birinin dul qalan arvadı Jozefina ilə evlənmişdi.
O, Jozefinanı çox sevirdi. 1804-cü ildə imperatorluq tacı ona Roma papası tərəfindən təqdim ediləndə, tacı papanın əlindən alaraq öncə öz başına, sonra isə Jozefinanın başına qoyub.
Ancaq çox vaxt döyüşlərdə, səfərlərdə olurdu Bonapart.
Sevgilisinə isə məktublar yazırdı. Həminə məktublardan biri.
“Mənim üçün artıq rahatlıq yoxdur”
“Səninlə oyanıram. Çöhrən və ötən axşamdan qalma insanı sərxoş edən o ovqat məni rahat buraxmır.
Şirin və tayı bərabəri olmayan Jozefina! Mənim hisslərimə necə təsir edirsiniz, siz?
Əsəbləşirsiniz?
Kədərlisiniz?
Qayğılısınız?
Ruhum üzüntüdən yorulub və dostunuz üçün artıq rahatlıq yoxdur.
Amma mənə hakim olan o dərin duyğuya özümü təslim edərək dodaqlarınızdan, ürəyinizdən aldığım alovda yanıram.
Ah! Üzünüzün siz olmadığının bu gecə fərqinə vardım.
Günortadan sonra gedirsiniz. 3 saat sonra görəcəm sizi.
Gözləyərkən, mio dolce amor (mənim şirin sevgilim), bir milyon öpüşü qəbul et.
Amma sən məni öpmə. Çünki öpüşlərin qanımı qovurur mənim...”
***
İki kədərli aşiq
İkinci məkub isə məşhur yəhudi əsilli yazıçısı Franz Kafkanın tərcüməçisinə yazdığı məktubdur.
Milena Yessenskaya Kafkanın əsərlərini almancadan çex dilinə tərcümə edirdi.
Milena Praqada aristokrat bir ailədə dünyaya gəlmişdi. Amma bu elitar həyatı sevmirdi. Buna görə də daim öz ailəsi ilə münaqişədə vəziyyətində idi.
Gənc yaşlarında yəhudi əsilli bir yazıçıya aşiq olur Milena. Ancaq atası buna qarşı çıxır. Milena geri dönmür öz yolundan. Atası Milenanı əsəb xəstəxanasına aparır. İki il burada yatıb, çıxdıqdan sonra narkotik maddələrdən istifadə etməyə başlayır.
Atası ilə bütün münasibətləri kəsir. Pul qazanmaq üçün tərcümələr etməyə başlayır. Elə bu vaxt Franz Kafka ilə tanış olur. Onun da əsərlərini tərcümə edirdi Milena.
Kafka Milenanı sevməyə başlayır. Ona məktublar yollayır. Bir-birini dəli kimi sevirlər. Ancaq qovuşmaqları mümkünsüz olur.
Kafka Milenanın həyatında çox önəmli yer tuturdu. İkisini birləşdirən biri o idi ki, həyatlarında ataları ilə yaşadıqları münaqişələr mühüm yer tuturdu.
Milena Kafkanın yazdığı məktubları atmırdı. Hiss edirdi ki, Kafka çox böyük yazıçıdır. Gün gələcək bu məktublar bütün dünyada əldən-ələ gəzəcək...
Milena pul tapmadığından Kafkanın məktublarını satır. Onda Kafka yox idi bu dünyada.
Yəhudilərlə əlaqəsinə görə Milenanı həbs etmişdilər. Və ömrünün son günlərini bir əsir düşərgəsində keçirmişdi.
Kafkanın ona yazdığı məktublar sonradan kitab şəklində dərc olundu.
“Dürüst bir insanam, Milena”
“Mənim həyatımda minlərlə “bəlkə” var. Dürüst bir insanam, Milena. Əsarətin icazə verdiyi qədər dürüst. Heç kimdə olmayan bir şey var məndə.
Rahat yaşamağım üçün bir dəqiqə belə mənə çox görülüb. Hər şeyi savaşaraq qazanmaq məcburiyyətindəyəm. Ancaq gələcəyimi yox, həm də keçmişimi özüm yaratmaq məcburiyyətindəyəm. Yer sağa dönürsə, bu ritmə uyğunlaşmaq üçün mənim də sola dönməyim lazımdır. Palto geyinməyə ərinirəmsə, bu dünyanı kürəyimdə necə daşıya bilərəm? İçində olduğum vəziyyəti heç kimə başa sala bilmirəm.
Sən də başa düşməzsən. Özüm də başa düşmürəm… Başqalarına necə başa salım ki?”
Elmin HƏSƏNLİ

2102 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024