Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar
28 fevral 2026
# 10:26

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında yatan alimlərin fotoları sosial mediada rezonans doğurdu.

Alimləri tənqid edənlər də oldu, müdafiəsinə qalxanlar da.

Kulis.az Şəhriyar del Geraninin hadisəyə münasibətini təqdim edir.

Aliminə, ağsaqqalına, ağbirçəyinə lağlağı edən bir qrup cəmiyyət naqqallarını səssizlik içində seyr etmək başqa bir əzabdır.

Nə etməli?

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb.

Skorsezenin “Uoll-strit canavarı” filmi var, yaxşı olardı baxanlar baxmayanlara danışsın. Nədən ki, bu qısa videolar, tiktoklar, axşambazarı statusları, hihihi-hahaha əbləhliyi, əlüstü “hərşeyibilim” dövründə inanmıram kimsə oturub 3 saatlıq filmi izləsin, özüyçün nəticə çıxartsın. Filmdə qısa zamanda varlanıb harınlaşan, büsbütün mənəvi-əxlaqi çöküş yaşayan və sonra müflis olan bir insan nəfərindən bəhs olunur. Real həyat hadisələri əsasında çəkilib film. 90-lar, vəhşi kapitalizmin bəşəriyyətə yeriklədiyi dövrlərin xülasəsi. Doğrudan da, puldan savayı heç bir söykənəcəyi dəyəri olmayan adamların hamısını məişət tullantısı gördük biz Dədə Qorqudlar.

İndicə başqa bir film də düşdü yadıma: “Alive”. And dağlarında qəzaya düşən təyyarə, sərnişinləri bir reqbi komandası və dostları, ailə üzvləri. Sağ qalmaq üçün olmazın əzablara qatlaşırlar. Elə bir məqam gəlir, xilasedicilər gecikir və dirilər aclıqdan ölənləri parçalayıb yeyirlər. Yenə də dağıdıcı mənəvi-əxlaqi zəlzələ. Çox güman bu filmə də heç kəs baxmayacaq. Ona görə bu filmə baxanlardan xahiş edirəm baxmayanlara danışsınlar.

Sözüm ona, bu mövzularda onlarla romanlar yazılmış, onlarla filmlər çəkilmiş. Bəs yaxşı, Şəhriyar müəllim nə üçün yazının birinci cümləsindəki söhbəti bu qədər uzatdı? Deyim. Şəhriyar müəllim demək istəyir ki, insan nəfərləri toxluqdan da harınlaşa bilirlər, aclıqdan da. Mahiyyət etibarilə fərqi yoxdur, hər bir halda harınlıq harınlıqdır. Düzü, qınamalı da deyil. Heç kəs zəmanət verə bilməz, məsələn, sabah Şəhriyar müəllimin beş-on milyard dolları olsa, o özünü insan övladı kimi aparacaq. Yaxud, sabah Şəhriyar müəllim aclığın son həddinə çatsa, gedib təzə qəbirləri eşməyəcək. Allah uzaq eləsin, hər iki məqama çatmış insan nəfəri heç şübhəsiz, çox təhlükəlidir. Filmlərdən yola çıxıb fikrimi ifadə etdim, biləsiniz, sənət və sənətkarlar çoxdan reaksiya veriblər bu söhbətlərə.

Hər nə isə, dediyim o ki, sonsuz iztirablar içində müşahidə edirəm, deyəsən Azərbaycan cəmiyyətindəki bir yekə qrup insan nəfərləri yuxarıda misal gətirdiyim filmlərin qəhrəmanlarına çevriləcəklər yaxın gələcəkdə. Hələ bütün bu gördüklərimiz anonsdur, əlbəttə, hazırlıqlı olmaq lazım əqli-psixoloji, bəli, film qabaqdadır…

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər