Ağa
- Bağışlayın, siz prorabsız?
Bayaqdan yan masada əyləşmiş müştərilərdən diqqətini ayırmayan oğlan axır ki, özündə təpər tapıb dilləndi.
Kafe divarları mağara formasında dizayn edilmiş zirzəmi idi. Qabaqlar oğlan bura nahar etməyə adətən maaşdan-maaşa gələrdi.
Qalan zamanlarda isə çox vaxt bir dönər, ya da “Çudo peçka”nın peraşki, bulkası ilə kifayətlənirdi.
Axır vaxtlar isə kafeyə gəlişlərini artırmışdı. Nahar vaxtı idarədən çıxıb vaxt itirmədən bura gələrdi.
Peraşki yeyəndən sonra axşama kimi mədəsinin ağrısından işləyə bilmirdi. Mədəsi qıcqırma verəndə siqaret də çəkə bilmirdi, tüstü boğazından yandıra-yandıra keçirdi, elə bil turşu içirdi. Bircə dönərlə isə qarnını doydurmaq olmurdu.
Kafedə nahar etmək dönər, peraşkidən baha olsa da, canının qeydinə qalmaq qərarına gəlmişdi. Amma yenə də qənaət prinsipindən vaz keçməmişdi: sifarişləri yalnız çörək, yemək, kola və ya çaydan ibarət olurdu. Salat və bahalı yeməkləri heç vaxt sifariş etməzdi.
- Hə. - Onunla yan masada əyləşmiş hündür qamətli, eynəkli kişi diləndi.
Onlar iki nəfər idilər. Hündürboy, buqələmun eynəkli adam kafenin qarşısındakı fasadı təmir olunan binanın prorabı idi. Onun yanındakı isə sakit, qaradinməz, balacaboy adam idi. Başı keçəlləşmişdi. Qoltuğunun altında həmişə bloknot gəzdirərdi. Adətən, qazancı az olan, işcanlı adamlar bu cür qaradinməz olurlar. Beyinlərində yalnızca problemləri və işləri olur.
Oğlan onlarla tez-tez rastlaşırdı. Eynəkli kişi masaya əyləşən kimi əvvəlcə bir parç ayran sifariş verərdi.
- Sizə “oblisovşik” lazım deyil ki? - Oğlan başqa masadakılar eşitməsinlər deyə, çəkinə-çəkinə, astadan söylədi.
- Sən “oblisovşik”sən? - Görünür eynəkli adam geyim-keçimdən oğlanı ustaya oxşatmadığı üçün dilucu dilləndi.
- Mən yox, atam.
Oğlan yeməyini bitirib siqaret yandıran prorabın onunla ciddi maraqlanmadığını görəndə canfəşanlıqla atasından danışmağa başladı.
Çoxdandır işsiz olan atasının artıq ağrı işlər görən yaşı deyildi. Böyük ailəni saxlamaq üçünsə onun da işləməsi lazım idi. Amma ona daha əvvəlki kimi iş verən yox idi. “Xozeyn”lər cavan ustalar varkən, yaşlı ustalara ehtiyac duymurdular.
- Harada işləyib? - Axır ki, prorabı maraqlandıra bilmişdi. Oğlan sadaladı.
- Nömrəsini ver. - Prorab arxa cibindən qara dəri üzlü bloknotu çıxarıb son səhifəsini açdı. Oğlan nömrəni də, atasının adını da söylədi.
Prorab nömrəni bir daha dəqiqləşdirəndən sonra üzünü çevirdi.
- Sizin adınız necə oldu, zəng olanda kim olduğunu bilsin.
- Ehtiyac yoxdur, lazım olsa, zəng edəcəm.
- Zəng gələndə...
- Ehtiyac yoxdur.
Prorabın onunla laqeyd danışığı heç xoşuna gəlmədi. Atasından işçilərin pulunu kəsən, ustalarla kobud davranan prorablar haqqında eşitdiyi söhbətlərdən onda neqativ təsəvvür yaranmışdı.
Atasına zəng edəcəyini də düşünmürdü.
Özünü ağası qarşısında dayanmış təhkimli kəndli kimi miskin hiss edirdi. Prorabın təşəxxüsü qarşısında əzilmiş qürurunu toparlamaq üçün siqaret yandırdı və bir müddət heç nə düşünmək istəmədi.
Naharı bitirsə də, getməyə heç cür ürək etmirdi. Yalnız prorab gələn zəngə cavab vermək üçün ayağa qalxıb bayıra çıxandan sonra masadan qalxdı.
Hesabı ödəyib kafedən çıxdı. Hava çox istiydi. Kondisionerli otağında havanın bu qədər isti olduğunu hiss etmirdi. Bir anlıq qarşısındakı binaya baxdı. Bu istidə ustalar necə işləyirdilər, görəsən?

Oxşar xəbərlər

Azər Turanın yeni kitabı çap olunub
14:45
24 fevral 2025

İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?
12:30
24 fevral 2025

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı
09:00
21 fevral 2025

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında
09:17
19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar
12:00
18 fevral 2025

Satılan həyatlar - İnsan neçəyədir?
18:40
17 fevral 2025