“Sabir Rüstəmxanlı xahişimi yerə saldı”

“Sabir Rüstəmxanlı xahişimi yerə saldı”
3 avqust 2011
# 11:00
“Qanun” nəşriyyatı hər gün kitabsevərləri yeni kitablarla sevindirməyə artıq adət edib.

“Qanun”da demək olar ki, hər həftə “Ən yeni tərcümə” seriyasından yeni kitabları satışa çıxır.

Bu seriyadan Herman Hessenin “Siddhartha”, Milan Kunderanın “Astagəllik”, Viktor Pelevinin “Omon Ra”, Ceyms Coysun “Dublinlilər”, Alber Kamyunun “Yad”, Bernard Şlinkin “Qiraətçi”, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” və s. kitabları dərc olunub.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Kulis.az-a “Ən yeni tərcümə” seriyası haqda danışır.

- Ən yeni tərcümə seriyasından buraxılan kitabların satışı ürəyinizcədir?

- Ümumiyyətlə, nəşr etdiyim bütün kitablar ürəyimcədir, satış isə həmişə azdır. Bu kitablarda bazar tələbləriylə yanaşı, zövqü də əsas götürürəm. Zövqümə uyğun olmayan kitabı nəşr etmirəm.

- Tərcüməçilərə özünüz seçirsiniz, yoxsa onların da təklifləri olur?

- Yeni tərcümələri özüm təklif edirəm. Kənar təklifləri isə saf-cürük edirəm, amma ümumən son vaxtlar belə təkliflər yoxdur. Təşəbbüs yalnız özümdən gəlir.

- Sizin üçün hansı daha vacibdir: "Ən yeni ədəbiyyat", yoxsa "Ən yeni tərcümə"?

- “Ən yeni tərcümə”ni mən təklif edirəm, həm oxucuya, həm də tərcüməciyə. Amma “Ən yeni ədəbiyyat”ı mənə təklif edirlər, oxuyuram, əsər məni qane edirsə, o zaman onu oxuculara çatdırıram. Düzü, “Ən yeni tərcümə” əhatə dairəsi baxımından daha genişdir. Və mən bunu daha üstün tuturam.

- Bəs, bu seriyada ən doğma kitab hansıdır sizə?

- Hər dəfə yeni bir kitab oxuyanda, elə bilirəm ki, məni valeh edən son kitabdır. Bu hiss məndə növbəti dəfə peyda olana qədər yaşayır. Şəxsən özümə, düşüncəmə, qəlbimə təsir etməyən kitabı tərcümə etdirmərəm.

- Ən çox satılan hansı tərcümə kitabı olub?

- Den Braunun, Qabriel Qarsia Markesin kitabları , “Komitet 300” ən çox satılanlardır. Keçən ay biz ən çox satılan 20 kitab siyahısını yaydıq, orda 2 yerli müəllif istisna olmaqla, hamısı tərcümə ədəbiyyatı idi. Buna çox sevinirəm, demək, biz düzgün istiqamətdəyik, demək, tərcümə etdiyimiz ədəbiyyata tələbat var.

- İşindən ən razı qaldığınız tərcüməçi kimdir?

- Əslində işlədiyim tərcüməçilər seçilmişlərdir. Onların hamısının işindən razıyam. Ən yeni tərcüməçinin işindən deyim, ona Frederik Beqbederin “Məhəbbət 3 il yaşayır” əsərini vermişdim, çox tez və məsuliyyətlə tərcümə etmişdi, işə münasibətindən çox xoşum gəldi. O, Fizzə Heydərlidir. Əkrəm Əylislidən də xahiş etmişəm tərcümə etsin - ”Lolitanı”. O isə Markesdən edəcəyinə söz verdi. Mən Sabir Rüstəmxanlıdan xahiş etdim ki, Soljenitsini tərcümə etsin. Həmçinin Seyran Səxavətdən də tərcümə xahiş etmişdim, amma onların vaxtları yoxdur. “1984” - Corc Oruelin- Vilayət Quliyevin tərcüməsində əladır. Oxumaq ləzzət verir.

Bir sözlə, dilimizin sərhədlərinə yaxşı bələd olan şəxslərin tərcümə ilə məşğul olmalarına çalışıram.

Elmin HƏSƏNLİ
# 3413 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #