“Mənim romanımda siyasi konyuktura yoxdur”
1 avqust 2011
15:49
“X (İks) günü” romanının müəllifi Xalid Kazımlını çoxları qəzet səhifələrindən tanıyır.
Kitab çıxandan sonra bəlli oldu ki, “Yeni Müsavat” qəzetinin səhifələrində ironik yazılar yazan Samir Sarı elə Xalid Kazımlının imzası imiş. Xalid Kazımlı romanı da Samir Sarı imzasıyla buraxmışdı.
Xalid Kazımlı həm də “Yeni Müsavat” qəzetinin redaktorudur.
Onun Kulis.az-a müsahibəsini təqdim edirik.
- “X (İks) günü” romanınız gözlədiyiniz effekti verdimi? Reaksiya, satış necə oldu?
- Məncə, “İks (X) günü”nü reaksiya pis olmadı. Elə bu cür də gözləyirdim. Bilirdim ki, müsbət reaksiya da olacaq, bəyənməyənlər də olacaq. Bir şeyi deyə bilərəm ki, bəyənənlər bəyənməyənlərdən çoxdur. Satışı barədə isə onu ən yaxşı naşirlər, konkret desək, Şahbaz Xuduoğlu bilər. Bildiyimə görə, “X (İks) günü“ onu o qədər də ziyana salmayıb.
- Əsas bəyənilməyən tərəfi nə oldu?
- Bir-iki nəfər qeyd edirdi ki, guya romanda siyasi konyuktura var, siyasi publisistikadır, nədir. Amma mən onlarla qətiyyən razılaşmıram. Bu roman təxəyyül məhsulu deyildi, ölkəmizdə olub-keçən hadislərin satirik dildə ifadəsi idi. Hər bir yazıçı öz dövrünün, öz zəmanəsinin salnaməçisi olmalıdır, ərşlə-gürşlə əlləşməməlidir, metafora, təşbeh üçün dağa-daşa dırmaşmamalıdır. Gördüyünü, duyduğunu yaz, yetər.
- MKM-də onluğa düşməməyiniz, sizcə, nəylə bağlıydı?
- “X (İks) günü” iyirmiliyə düşmüşdü və məmnun qalmışdım. Amma “onluğ”a düşməməsi məni o qədər də pəjmürdə etmədi, açığı. Ona görə yox ki, onu başqa əsərlərdən zəif sayırdım. Yox. Ona görə ki, mən onu yazanda hansısa müsabiqə üçün yazmamışdım. 2005-ci ildə üfüqdə heç bir ədəbi müsabiqə görünmürdü. Onu da deyim ki, ədəbi müsabiqələr, ümumiyyətlə, bütüm müsabiqələr subyektivizmə, müəyyən faktorlara əsaslanır. Ya gərək müsabiqədə iştirak etməyəsən, ya da edirsənsə, uduzmağa hazır olasan. 100-dən artıq əsər MKM-in birinciliyinə iddialıydı. Axırı nə oldu?! Yalnız biri qalib gəldi. Məmimki də qalib gəlməyən 100-ün içində oldu.
- Pərviz Cəbrayıl birinciliyə layiq idimi?
- Sözsüz. Başqa əsər qalib gəlsəydi, biz yenə yüzdəyüz dəqiqliklə deyə bilməzdik ki, yox, bu əsər qalib gəlməli deyildi. Sonucda münsiflər o əsəri seçiblər. Bu, onların toplu zövqünün məhsuludur. Biz o nəticə ilə razılaşmalıyıq. Cığallıq edə bilmərik. Adama sübut edə bilərlər ki, filan-dilan aspektlərə görə onlar düz seçim ediblər
- Siz "gənclərlə - AYB" arasındakı davada hər zaman mühafizəkar mövqe tutmusunuz. Bu mövqeyinizdə qalırsınızmı yenə də?
- Yox, mən gənclərlə AYB arasındakı davada tərəf tutmamışam, amma varislik, xeyir-dualı münasibətlər tərəfdarı olmuşam. O zamanlar gənclər xeyli dərəcədə cığallıq edir, ortaya əsər-filan qoymadan yaşlı yazıçılarla mənsəb davası aparırdılar. Sonradan yazmağa da başladılar. Bu, yaşlı yazıçılarla onların arasındakı mübahisədə gənclərə üstünlük qazandırdı. İndi yaşlılar cığal görsənirlər. Dediyim odur ki, söhbət insanların yox, əsərlərin, ideyaların toqquşmasından getməliydi. O vaxtlar gənclər əliyalın döyüşürdülər.
- Bunlardan hansı sizi doğru ifadə edir: “yazıçı Xalid Kazımlı”, “publisist Xalid Kazımlı”, “redaktor Xalid Kazımlı”?
- İndiyə qədər jurnalist Xalid Kazımlı kimi təqdim olunurdum və bu, statusumu tam düzgün ifadə edirdi. Ancaq indi sanki bir az dəyişib. Sanıram ki, indi yazıçı-jurnalist kimi təqdim olunsam, yerində olar. Onu da deyim ki, mən hələ 33 il əvvəldən özümü yazıçı olmağa hazırlayırdım. Deyəsən, yaza-yaza yazıçı da oluram artıq.
- Hazırda nəyi mütailə edirsiniz?
- Bu günlərdə Milan Kunderanın bir romanını bitirdim. Filminə baxmışdım, kitabı da xoşuma gəldi. Bir də internet saytlarından bir neçə əsər çəkmişəm, onları oxumağa başlayacam. Paolo Koelyonun “11 dəqiqə” əsəri də onların arasındadır. “Kimyagəri” də oxuyuram, düzü, yaxşı getmir, zövqümü oxşamır.
- İnternetdən kitabları çap edib oxuyursunuz?
- Xeyr. lib.ru və digər ədəbi saytlardan endirir, noutbukumda oxuyuram - ya evdə, ya da işdə.
- Ancaq çox adam şikayət edir ki, kompüterdə irihəcmli əsər oxumaq mümkün deyil.
- Mümkündür, amma rahat deyil. Kitabı əlinə götürüb istənilən pozada otura, uzana bilərsənsə, hansı pozada oxumağı sənə kompüter diktə edir. Amma bunun da çarəsi var.
- Əsərlərinizi bilgisayarda yazırsınız?
- Bəli. Bunun böyük üstünlükləri var, xüsusilə də redaktə, əlavə və düzəliş etmək sahəsində. Amma minusları da var. Məsələn, 6 il öncə yazdığım bir uzun hekayə - povest də demək olardı - kompüterin formatlanmasının güdazına getdi, silindi və onu bərpa etmək mümkün olmadı.
- Ən çox günün hansı saatlarında işləyirsiniz?
- Axşam. Səhər-səhər publisistika və veb-redaktorluqla məşğul olmaq gərəkdir. Çünki bədii yaradıcılıqdan fərqli olaraq jurnalistika və publisistika maddi problemləri həll edir.
- Azərbaycanda yeni çıxan romanlardan hansılarını bəyəndiniz?
- Əlabbasın “Qiyamçı”sını, Aqil Abbasın “Dolu”sunu bəyəndiyimi daha öncələr də demişəm. Digər həmkarlarımın yazdıqlarını oxumağa vaxt qıtlığı baxımından macal eləməmişəm. Amma hamısını oxuyacam. Mən hər bir əsərdə işıqlı nəsə tapmağa vərdiş eləmiş oxuculardanam deyə, ümid edirəm ki, xoşuma gələcəklər. Əsas odur ki, əsərlər yazılır. Bəziləri “roman bumu” adlandırır və bundan narahat olurlar. Ancaq bu, əbəs təlaşdır. Qoy nə qədər yazılır-yazılsın, yaxşılar qalacaq, pislər unudulacaq və heç yazılmamış kimi olacaqlar. Nərmin Kamalın və Sevinc Pərvanənin də kitablarını bəyənirəm.
Elmin HƏSƏNLİ

1524 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024