Amerikada seksual inqilabın əsasını qoyan Şervud Anderson
19 iyul 2011
14:00
“Anderson bütöv bir yazıçı nəslinin – bizim nəslin atasıdır”.
Uilyam Folkner
“Biz hamımız sevgiyə möhtacıq, ancaq heç kim hələ ki, davamlı olaraq özünə yeni sevgililəri hardan tapmağın yolunu tapa bilməyib».
Şervud Anderson
1912-ci ildə Şervud Andersonun 36 yaşı vardı. O öz ofisində oturub katibəsinə reklam mətni diktə edirdi. “Sizin soruşduğunuz bütün mallar istehsalda olan malların ən yaxşısıdır... “ Bu yerdə o dayandı və uzun müddət katibənin üzünə baxdı. Sonra qalxdı və çıxdı. O gün o, evə gəlmədi. Nə o gün, nə də səhərisi gün. Onu dörd gündən sonra hansısa köhnə müştərisi Klivlend şəhərində, küçədə görüb tanıdı. Xəstəxanaya qaldırılan Andersonda əsəb və kiçik yaddaş pozğunluğu (amneziya) təsbit edildi.
20-ci əsrin başlanğıcında Amerika yeni bir ədəbiyyatla, realist və modernist ədəbiyyatla tanış oldu. Artıq gənclik dönəmini bitirməkdə olan Şervud Andersonun ədəbiyyata gəlişi Mark Tvenlə təməli qoyulan, German Melvillə böyüyən, Edqar Po ilə psixoloji çalarlar qazanan romantik Vəhşi Qərb ədəbiyyatını tarixin məzarlığına gömdü.
Anderson romantik ədəbiyyatın artıq özünü bitirdiyini dərk edən və patriarxal ədəbiyyatdan qısa zaman kəsiyində böyük məsafədə uzaqlaşmağı bacaran ilk Amerika yazarlarından biri oldu. O, Amerika ədəbiyyatını macəraçılıqdan çıxararaq, ona yeni psixoloji və tarixi təkan verdi. Onun qəhrəmanları “balaca və cılızdı”, eyni zamanda, hər biri ayrı-ayrılıqda bir fərddi və özlərinin sosial-psixoloji problemləri ilə biri-birilərinə demək olar ki, bənzəmirdilər. Bununla yanaşı, Anderson ədəbiyyata yeni yazı texnikası və üslub fərqləri gətirdi. Onun arxasınca ədəbiyyata gələnlər məhz bu yeni yazı texnikasını və üslub fərqliliyini mənimsəyərək möhtəşəm Amerika ədəbiyyatını yaratdılar.
Hələ Andersonun sağlığında onu bəyənməyənlər belə, etiraf edirdilər ki, “Böyük Amerika Ədəbiyyatı”, onun “Uaynsburq, Ohayo” (1919) və “«Yumurtanın təntənəsi” (1921) adlı hekayələr məcmuəsindən bəhrələnərək yaranıb. “İtirilmiş nəsl”in nümayəndələri olan Uilyam Folkner, Frensis Skott Fitscerald, Ernest Heminquey, Dos Pasos, Erksin Kolduell, Tomas Vulf, Con Steynbek kimi “Böyük Amerika Ədəbiyyatı” yaradıcıları açıq şəkildə Andersonu özlərinin ədəbi və mənəvi atası adandırırdılar. Hətta bu gün əminliklə demək olar ki, 60-cı illər Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanının qəhrəmanı Holden Kolfild Andersonun “Bilmək istərdim niyə belədir?” hekayəsindən çıxıb.
Andersonun bir yazar kimi unikallığı ondadır ki, yaradıcı təxəyyülə malik olan hər bir adam onun hekayəsini oxuduqdan sonra nəyisə öyrənməməsi qeyri-mümkündür. Onun hekayələri hər bir yaradıcı insana yeni yazı texnikası və fərqli üslub öyrədir. Məhz buna görə də o, “İtirilmiş nəsil”in nümayəndələri qədər tanınmasa da, bir mənalı olaraq “İtirilmiş nəsil”in atası hesab olunur.
* * *
Şervud Anderson 7 uşaqlı ailənin üçüncü uşağı olaraq 1876-cı ilin 13 sentyabrında Ohayo ştatının Kamden şəhərində gözlərini dünyaya açıb. 1883-cü ildə ailə Ohayo ştatının Klayd şəhərinə köçür. Sonralar bu şəhər Anderson yaradıcılığında Uaynsburqun prototipi rolunu oynayır.
Ailə kasıb olduğundan Anderson tam orta təhsil ala bilməyib. Uşaq yaşlarında atasını itirən Anderson, uşaqlıq illərindən ağır fiziki əməklə məşğul olub və müxtəlif sənətlərdə özünü təsdiq etməyə çalışıb.
1898-1900-cü illər arasında Kubada ispan-amerikan müharibəsində iştirak edib. Ordudan tərxis olunduqdan sonra Vittenberq kollecində leksiyalara qatılıb, sonra Çikaqoya yola düşüb. Çikaqoda ilk hekayələrini və esselərini yazmağa başlayıb.
1904-cü ildə Kornelli Leynlə evlənib və bu nikahdan 3 uşağı olub. Elə həmin ildən də reklam biznesi ilə məşğul olmağa başlayıb və uzun müddət reklam mətnləri yazıb.
1912-ci ildə əsəb pozğunluğu keçirib və yenidən Çikaqoya qayıdıb. 1916-cı ildə arvadından boşanaraq heykəltəraş Tennesi Mitçellə evlənib. 1924-cü ildə isə bir daha boşanaraq Folknerin qohumu olan Elizabet Proll ilə evlənib və Yeni Orleana köçüb. Elə orada da Folknerlə tanış olub. Folknerin ilk romanı olan və uğur qazanmayan “Əsgər mükafatı” romanının dərc edilməsinə yardımçı olub.
1921-27-ci illərdə Avropaya səyahətə çıxıb. 1933-cu ildə dördüncü dəfə Elianor Kouperxeyverlə evlənib. 1941-ci ildə arvadı ilə Cənubi Amerika səyahətinə çıxarkən Panamada, gəmidə xəstələnərək ölüb.
* * *
Şervud Anderson digər müasiri və həmyerlisi Teodor Drayzer kimi Azərbaycanda tanınmasa da, Anderson yaradıcılığı bütün 20-ci əsr boyunca aktual olub. 20-ci əsrin bütün ədəbi tənqidçiləri onun haqqında yazıb və demək olar ki, onun yaradığılığını tədqiq edən yazılar, Andersonun məhsuldar yaradıcılığından daha böyükdür.
Andersonun “Qəsəbəmiz” (1919) hekayələr toplusu isə Amerikada seksual inqilabın başlanğıcını qoydu. Freyddən bəhrələnərək seksual psixologiyanı araşdıran bu hekayələr toplusu nəşr olunduqdan sonra patriarxal Amerika cəmiyyətində ona olan hücumlar səngimək bilmədi.
Yazıçının ədəbi şöhrəti 29 hekayədən ibarət “Uaynsberq, Ohayo” kitabı ilə başladı və cəmi 6 il davam etdi. 1925-ci ildə yazdığı “Qara gülüş” romanı onun şöhrətinə balta çaldı.
Anderson yaradığılığının ən qərib tərəfi isə odur ki, böyük romanlar yazmasına baxmayaraq, o, hekayə və novella ustası kimi tanınır. Andersonun romanları ona şöhrətdən daha çox baş ağrısı gətirib. Yazdığı 7 romanın heç birini uğurlu adlandırmaq olmaz. Hətta “Qara gülüş” Amerikada bestellerə çevrilsə də, tənqidçilər və müasirləri tərəfindən ciddi tənqid atəşinə tutuldu. Bu roman demək olar ki, onun ciddi və aparıcı yazar imicini darmadağın etdi. Fiscerald kitabın redaktoruna yazdığı məktubda romanı “vecsiz” adlandırdı. Folkner bir müsahibəsində Andersonun “bundan sonra yazmaması gərəkdiyini” söylədi.
Heminquey isə, nəinki, müsahibəsində Andersonunun yazmaması gərəkdiyini sölədi, hətta onun haqqında qərəzli parodiya da yazdı. “İtirilmiş nəsil” beləcə, öz “atasını” bitirdi. Amma nə olursa-olsun, Anderson 20 əsr ədəbiyyatının qarşısında duran vəzifəni görüb tətbiq edən ilk Amerika yazıçısı oldu. Bu vəzifəni bir qədər sonra Hemequey belə ifadə eləmişdi: “Yazıçının ən zərif və mürəkkəb vəzifəsi – öz halını duyub tutmaq, başa düşmək və ifadə eləməkdir”.
Reklam agenti olan Anderson, onun zamanında ləyaqətli və özünə hörmət edən insanların etmədiyi bir şeyi etdi. O arvadını və üç uşağını atdı. Sonra isə üç dəfə daha evləndi. Bundan başqa, o bu gün belə əksəriyyət insanların edə bilmədiyi bir iş gördü. Özünü bir yazıçı olaraq qoruyub saxlaya bilmək üçün yüksək gəlir gətirən reklam biznesini buraxdı. Bütün bunları özünün bitməz-tükənməz yazıçı ehtirası üçün etdi. Özünün dediyi kimi: “Mən əyyaş kimiyəm, mürəkkəb iyi üçün ölürəm”.
Azər QARAMANLI

1273 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024