"Planet Lens" Film Festivalı üçün müraciətlər davam edir

"Planet Lens" Film Festivalı üçün müraciətlər davam edir
21 fevral 2025
# 09:36

“Planet Lens" Beynəlxalq Fotoqrafiya və Film Festivalı üçün müraciətlər davam edir.

Kulis.az xəbər verir ki, bu il Macarıstan “Planet Lens" Beynəlxalq Fotoqrafiya və Film Festivalına ev sahibliyi edəcək. May ayında keçiriləcək müsabiqədə əsas diqqət təbiətin mühafizəsinə yönəlib. Festivalın son qeydiyyat tarixi 28 fevraldır.

Qeyd edək ki, iştirakçılar dörd gün davam edəcək festivalda təbiət fotoqrafiyası, film çəkilməsi ilə bağlı müzakirələr və seminarlarda iştirak edə biləcəklər.


# 219 dəfə oxunub

Müəllifin son yazıları

# # #