Gənc Tamaşaçılar Teatrının aktyoru yubiley yaşını qeyd edir

Gənc Tamaşaçılar Teatrının aktyoru yubiley yaşını qeyd edir
21 fevral 2025
# 16:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sevimli aktyoru Vüqar Məmmədəliyev bu günlərdə yubiley yaşını qeyd edir.

Kulis.az xəbər verir ki, teatrın rəhbəri Naidə İsmayılzadə yaradıcılığının 30 illiyini, həyatının isə 50-ci yubileyini qeyd edən aktyorla görüşərək onu təbrik edib, teatrın fəxri diplomunu təqdim edib.

Qeyd edək ki, həm teatr, həm də kino sahəsində bir-birindən maraqlı, yaddaqalan rollar ifa edən Vüqar Məmmədəliyevin 50 illik yubileyi münasibəti ilə Teatr Xadimlər İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin “Kişi və qadın” adlı əsəri əsasında eyniadlı tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur.

Səhnə əsərində aktyorlar Vüqar Məmmədəliyev, Elçin Muradov, Rəbillə Ələkbərzadə iştirak edirlər.

Tamaşanın premyerası aktyorun ad günündə 24 fevral, saat 19:00-da Teatr Xadimlər İttifaqında baş tutacaq!

# 3455 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər