"Çocuklar duymasın"ın aktyoru vəfat etdi

"Çocuklar duymasın"ın  aktyoru vəfat etdi
18 fevral 2025
# 16:00

Aktyor Muhammet Emin Gümüşkaya vəfat edib.

Kulis.az xəbər verir ki, aktyor ağciyər çatışmazlığından əziyyət çəkirdi.

Aktyorun ölüm xəbərini yaxın dostu Zafer Algöz sosial media hesabında paylaşıb.

"Emin Gümüşkayanı itirdik... Həyatımızda həmişə yeri olan böyüyümüz idi... Allah rəhmət eləsin."

Muhammet Emin Gümüşkaya kimdir?

Muhammet Emin Gümüşkaya 1985-ci ildən müxtəlif seriallarda oynamağa başlayıb. 2010-cu ildə "Çocuklar duymasın" serialında canlandırdığı Səyyar Təyyar obrazı ilə məşhurlaşıb.

# 584 dəfə oxunub

Müəllifin son yazıları

# # #