Söz cangüdənə çevriləndə
8 iyun 2011
14:26
Sözsüz ki, Azərbaycanda bu gün ədəbiyyat canlanır və sözsüz ki, bu gün ədəbiyyat canlandıqca söz ölür. Yazıçı və şairlərimiz öz tənha yuvalarından çıxıb xora, cərgəyə qoşulurlar. Ədəbiyyatı bürüyən bu uğultu yazıçı və şairlərin faciəsi, oxucuların qələbəsidir.
Bu gün ədəbiyyatı yazıçılar deyil, oxucular öz dallarınca dartıb aparırlar. Hamımız qarşıda bizi gözləyən aysberqdən xəbərsiz nəhəng ədəbiyyat “Titanik”inə sevinə-sevinə doluşmuş zavallı sərnişinlərik.
Yaratdığımız kitab bolluğunda söz qıtlığı ilə üzləşmişik. Təsəvvür edin, hamımız pomidor satırıq, amma hamımızın pomidoru əzik-üzükdü – içi mən özüm qarışıq. Ucuz şöhrət, ağır dolanışıq və kefqom ortabab iddiası – evimizi yıxan bunlardır. Dolanışığı olanlar şöhrət, şöhrəti olanlar pul, heç biri olmayanlar isə qonorar qazanmaqla məşğuldur. Yazılar kapitalizm dünyasına xas olan kütləvi istehsal qanunları ilə yazılır və bu bolluq özüylə bərabər nəhəng zibilxanaların yaranmasına səbəb olur. Bu, şair, yazıçı zibillikləri isə getdikcə böyüyür, üfunət mənbəyinə çevrilir.
Digər sahələrindəki durğunluq bizi adına “yazıçı”, “şair” deyilən boşboğazlığa, çərənçiliyə sürükləyir. Ədəbiyyatımız durğunluqdan çıxıb xaosa, həftəbecərliyə düşür. Biz əsərləri yox, müəllifləri tanıyırıq, sevirik, tənqid edirik, o müəllifləri ki, üstündən qısa zaman keçdikdən sonra heç kim tanımır, sevmir, tənqid etmir. O müəllifləri ki, onları zamanın sınağından əsərlərinin deyil, özlərinin keçməsi maraqlandırır – içi mən özüm qarışıq.
Əsərlər müəlliflərindən daha tez qocalıb ölür. Əgər yazıçının məqsədi gündə bir əsər yazmaqla öz diriliyini yada salmaqdırsa, apar onu AYB-yə üzv elə. Ədəbiyyatımız artıq, sadəcə, bizim fiziki diriliyimizin keşikçisinə, cangüdəninə, şahidinə çevrilir. O, şahidlik edir ki, biz sağıq, keşiyimizi çəkir ki, acından, yaxud soyuqdan ölməyək. Ancaq əksinə olmalıdır, ədəbiyyat bizi – müəllifi öldürməlidir, onu kökəltməli deyil. Əgər onun buna gücü çatmırsa, deməli, zəif ədəbiyyatdır.
Şöhrətdən bədbəxtlik yox, kabab qoxusu gəlirsə, bu, yaradıcılığın gətirdiyi şöhrət deyil, bu, olsa-olsa, təzə ayaqqabının geyidikcə köhnəlməsi, bir gün zibilliyə atılmasıdır. Yazıçı yazandan sonra zibilliyə atılmamalıdır, o, elə siftədən zibillikdə yazmalıdır, atılmışların arasında. Yəni onun yaradıcılığının vektoru həyatdan zibilliyə doğru olmamalıdır, zibillikdən həyata doğru olmalıdır. Evdən zibilliyə gedən kitablar yox, zibillikdən evə qayıdan kitablar müqəddəsdir.
Sözsüz ki, bu yazıda mənim kiməsə ağıl vermək, yol göstərmək fikrim yoxdu, məni öz içimdəki yazıçının - əgər belə deməyə haqqım çatırsa – taleyi maraqlandırır. Mən onunla haqq-hesab çürütmək istəyirəm. Yadıma Mariya Svetayevanın Mayakovski haqqında dediyi sözlər düşür: “O, bütün ömrü boyu içindəki şairi öldürməklə məşğul idi, amma bir gün içindəki şair çıxıb onun özünü öldürdü”.
Deyəsən, bizim hamımızı bu tale gözləyir, çünki biz də hələ ki, içimizdəki şairi, yazıçını öldürməklə, onu evədən qovub bizə şöhrət, qonorar gətirməyə yollamaqla məşğuluq. O hələ ki, bizə boyun əyir, dözür. Unutmuşuq ki, biz onun yox, o, bizim sahibimizdir. Bizim ondan başqa heç kimimiz, heç nəyimiz yoxdur.

4112 dəfə oxunub