Nəfsin sınağı
20 sentyabr 2011
08:00
Lev Qumilyov “Xalqların passionarlığı” nəzəriyyəsində bizi inandırmağa çalışır ki, ərəblərin intibahı V əsrdə ərəb poeziyasının inkişafı ilə başladı və bu poetik inkişaf Quranın “göydəndüşməsinə”, onun misilsiz avazına gətirib çıxardı. Yəni adamın sözündən belə çıxır ki, - babalı öz boynuna – İslamın müqəddəs kitabının bünövrəsini islamaqədərki ərəb şairlərində, daha doğrusu, ərəb ədəbiyyatında axtarmaq lazımdır.
Düzdür, Lev demiş, öz damazlığını şairlərdən tutan İslam sonra onların qəniminə çevrildi; asdı, kəsdi, şaqqaladı, dərisini soydu. Və elə buna görə də müsəlman ədəbiyyatı asiləşdi, Allaha yox, göylərə üz tutdu, şairlər səmavi sərgərdanlığa başladı. Din Allahı onların əlindən alıb özününküləşdirdi, öz eqoist məqsədlərinə xərclədi. Din Allahın deyil, Allah dinin xidmətçisinə çevrildi, Axundovun sözləriylə desək, göylə yer arasında çaparlıq etməkdən qanadları ütülmüş Cəbrayıl vasitəsilə öz peyğəmbərinin arvad-uşaq məsələlərini yoluna qoymaqla girinc oldu. Buna görə də müsəlman ədəbiyyatında, xüsusilə Azərbaycan ədəbiyyatında düz-əməlli bir dindar obrazı yoxdur.
Xristian ədəbiyyatında Hüqodan tutmuş, Tolstoya, Dostoyevskyə, Kamyuya, Sartra qədər, hansı yazıçının yaradıcılığına nəzər salsan, mütləq qarşına xeyirxah bir keşiş obrazı çıxacaq. Təkcə Tolstoyun “Sergi ata”sının adını çəkmək kifayətdir, cismanı nəfsini, yəni şəhvət hissini öldürməkdən ötrü mağarada, onunla yatmağa gələn qadından uzaqlaşıb, barmağını baltayla xırt atdıran keşişi. Bizimkilər isə dinin haram buyurduğu bütün ayın-oyunun üstünə “halal” sözü yapışdırıb vur-hay içəri ötürürlər.
Dükanlarda el arasında adına “hacı pivəsi” deyilən bir içki var və əksər “əməli-saleh” din düşkünləri bu pivədən içirlər, guya, tərkibində alkoqol yoxdur. Orta məktəbi kafi qiymətlərlə oxumuş adama da bəllidir ki, qıcqırdılmış hər hansı flora növündə spirt əmələ gəlir və bizim dindar haradan bilir ki, Almaniyada, Çexiyada istehsal olunmuş “hacı pivəsində” alkoqol yoxdur.
Bu heç. Keçək məsələnin mənəvi, daha vacib tərəfinə; dində nəfs çox ciddi anlayışdır və insanın Tanrı qarşısında götürdüyü ilk öhdəlikdir. Zavallı Adəmi məhz həyat yoldaşı Həvvanın nəfsinə nökər olduğu üçün Tanrı cənnətdən didərgin saldı. Nəfs ilahi sınaqdır, Tanrı yaratdığı bəndəsini tanımaqdan ötrü onu ilk dəfə nəfsi ilə sınayıb və insan bu sınaqdan üzüqara çıxıb – arvad xeylağının acgözlüyü ucbatından. Rəhmətliyin qızı, - Həvvanı deyirəm – deyilənə görə, cənnət doludur budaqlarından qadın döşü kimi sallanan şirəli meyvələri olan ağac-uğacla. Tıx da nə qədər tıxırsan.
Gərək elə almaya da əl uzadasan. Gül kimi havayı cənnəti burnumuzdan gətirdi. Yüz faiz əminəm, Adəm mənim kimi ürəyiyuxa dama olub, fikirləşib ki, zənən xeylağına əl bulamaq kişiyə yaraşmaz, həm də cənnət də arvadı döyəcəksənsə, day o nə cənnət oldu? Belə girdirmə cənnətdənsə, sadə cəhənnəm yaxşıdır. Necə ki, indi biz yaşayırıq, vaxtlı vaxtında arvadları döyürük, vaxtlı vaxtında arvadlar bizi çərlədib öldürür, qəmli şəklimizi də böyüdüb divardan asırlar.
Adəmin bir problemi vardı ki, dünyagörüşü yox idi. Məsələn, o, Həvvanın qarınqululuğunu ilk baxışdan tanıya və dərhal, palçığı qurumamış onu boşaya bilərdi. Kişi ilə qadın cənnətdə ayrılıblar, bu dünyadakı ayrılıqlar boş şeylərdi.
Demək, Tanrı ilə insanın münasibətləri ikincinin nəfsinə görə korlanıb və pərvərdigar bu məxluqu qovub öz yanından, vəssalam. Nəfsin dini izahı, təxminən, belədir.

3516 dəfə oxunub