Oğurluq müqəddəs işdir - Aqşin Yensiey yazır...

Oğurluq müqəddəs işdir - Aqşin Yensiey yazır...
8 iyun 2021
# 12:06

Mədəniyyət özü oğurluq hadisəsidir. Renessans yunanlardan oğurladı, sonrakı dünya Romadan oğurladı, ruslar xəzərlərdən oğurladı, ərəblər yəhudilərdən oğurladı.

Bu mədəni cinayətlər kitablar vasitəsilə baş verdi. Dünya özü kitab oğrusudur. Anqetilinin Avesta tərcüməsindən Nitsşe çıxdı.

Biz oğurladıq və mədəni olduq. Bütün müqəddəs kitablar oğurluqdur. Hazırda “Enokun kitabı”nı oxuyuram, Tövratın əcdadıdır. İnandığımız hər şey orda yazılıb. Biz “ikinci əl” kitablara tapırıq.

Oğurluq müqəddəs bir işdir.

Danteni araşdırıram indi, məlum olur ki, “İlahi Komediya”nın konsepsiyasını Məhəmməd peyğəmbərin meracından əkişdirib.

Yaxud, Napolenonun Misir siyasəti tamamilə Volneyin “Misirin təsviri” kitabından oğurlanmışdı.

“Oğrudan oğruya halaldır” ifadəsi qədim və qəliz məslədir.

# 3829 dəfə oxunub

Müəllifin son yazıları

# # #